Sığorta şirkətləri icbari sığorta ödənişinə dair hesabat verəcək

posted in: Xəbər | 0

Sığorta şirkətləri icbari sığorta ödənişinə dair Dövlət Agentliyinə hesabat verəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortaçı tərəfindən icbari tibbi sığorta ilə bağlı ödənilən sığorta haqlarına dair hesabat forması və onun təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulmuş sığortaçı tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları barədə hesabatın forması və onun təqdim edilməsi qaydasını müəyyən edir.


Teleqram kanalımıza üzv olun


Qanuna əsasən, sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” qanun ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir.

Qaydaya əsasən sığorta haqqı sığortaçılar tərəfindən aylıq olaraq hesablanmalıdır. Və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq icbari tibbi sığorta fonduna ödənilməlidir. Hesabat sığortaçının İdarə Heyətinin sədri və baş mühasibi tərəfindən imzalanmalıdır. Və həmin sığortaçının möhürü ilə təsdiqlənməlidir.  Sığortaçı hesabatı rüblük əsasda, müvafiq rüb başa çatdıqdan 20 gün müddətində kağız və elektron daşıyıcılarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Bu Qayda 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: apa.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
icbari sığorta

Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər

posted in: Xəbər | 0

Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər

 

Azərbaycanda fəaliyyət göstərən ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər. Bunu “APA-Economics”ə maliyyə bazarındakı etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, bu əməliyyatları smartfona yazılan mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq.


Teleqram kanalımıza üzv olun


“Burada mobil telefon POS-terminal rolunu oynayacaq. İstənilən sahibkar POS-terminal almadan mobil telefon vasitəsilə ödənişləri qəbul etmək iqtidarında olacaq. Alıcı təmassız texnologiyasını dəstəkləyən bank kartını smartfona yaxınlaşdıraraq ödəniş həyata keçirə biləcək”, – deyə mənbə qeyd edib.

Mənbə: apa.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
POS-terminal
nağdsız ödəniş

Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsinə dair meyarlar dəyişib

posted in: Xəbər | 0

Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsinə dair meyarlar dəyişib

Nazirlər Kabineti “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.


Teleqram kanalımıza üzv olun


İndiyə qədər kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 120 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 300 milyon manatdan az olmamalı idi.

Dəyişikliyə əsasən, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəlir və balansın yekun məbləğinə dair göstərici artırılır. Hesabat ili ərzində işçilərin orta hesabla sayı isə dəyişmir. Başqa sözlə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 450 milyon manatdan az olmamalıdır.

Mənbə: apa.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kommersiya
Kommersiya təşkilatı

Aparıcı Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Aparıcı Mühasib / İşəgötürən: Sinteks

Əmək Haqqı: Razılaşma

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: recruitment@sinteks.com / info@finstaff.az

 

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Proqram üzrə mühasibat yazılışlarının verilməsi
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması
– Elektron Verqi Hesab Faktura,Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
– İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
– Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
– Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
– İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

Namizədə tələblər

– Maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifələrdə (baş xəzinədar, aparıcı xəzinədar, aparıcı mühasib, və s.) 2 (iki) ildən az olmayaraq iş təcrübəsinə malik olmaq
– Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
– Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq
– 1C Proqramında işləmə təcrübəsi
– Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq
– Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq
– Azərbaycan dili səlis (İngilis dili arzuolunandır)
– Məsuliyyət

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya