E-kassanın istismarı və əvəzləşdirmə

posted in: Xəbər | 0

İstismar zamanı e-kassada problem yarandıqda, e-kassanın istifadəçisi dərhal vergi orqanlarına və e-kassa operatoruna məlumat verməlidir. E-kassa işlək vəziyyətdə olmadıqda, operator bu barədə məlumat aldığı andan etibarən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində təmir işlərinin görülməsini təmin etməlidir.

E-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunda yaranmış problemin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, operator tərəfindən qanuvericilikdə müəyyən olunmuş tədbirlər həyata keçirməlidir.

Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə operatora təqdim edilməli və operator yoxlanılması üçün onu Vergilər Nazirliyinə göndərməlidir. Bu zaman, nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər-hansı əməliyyatların aparılıb-aparılmadığı Vergilər Nazirliyi tərəfindən yoxlanılır.

Mənbə: e-kassa.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
e-kassa kassa

Bu halda Əlavələrdən Gəlir vergisi tutulmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bu halda Əlavələrdən Gəlir vergisi tutulmalıdır?

Sual:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 259 №–в–li qərarı ilə müəyyən edilmiş, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə hərbi qulluqçulara ödənilən əlavələrdən Vergi Məcəlləsinin 102.1.14.15 maddəsinə əsasən gəlir vergisi tutulurmu?

Cavab:

Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan hərbi qulluqçulara elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” 14 iyun 2017-ci il tarixli 259 nömrəli Qərarına əsasən ödənilən əlavələrin məbləği vəzifə maaşını təşkil etmədiyindən Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən gəlir vergisindən azaddır.

Belə ki, “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu qərarda göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır.

Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar gəlir vergisindən azaddır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gəlir vergisi

İstehsalat üzrə Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: İstehsalat üzrə Mühasib / İşəgötürən: ATEF Şirkətlər Qrupu MMC

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 452-20-41
  • E-mail: hr@atef.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Mebel və İzolyasiya” Zavodu
– Tam sosial təminat (məzuniyyət və s.)
– 6 günlük iş həftəsi, saat 08:00-dan 17:00-dək
– Nahar fasiləsi: 12:00-dan 13:00-dək
– Nahar müəssisə tərəfindən təmin edilir
– Mebel və İzolyasiya sahəsində gündəlik plana əsasən istehsal olunan məhsulların hesabatının toplanması
– Hər bir istehsal olunan məhsulun istehsal tərkibini hazırlamaq, düzgünlüyünə cavabdehlik daşımaq
– Daxili və xarici satışları təşkil etmək
– Mərkəzi anbardan zavodun istehsal sahələrinə daxil olan materialların aylıq resseptura əsasında silgisinə nəzarət etmək
– İstehsal sahələrinin anbar qalıqlarının sistemlə faktiki mövcudluğunu təyin etmək
– Əlavə olaraq ehtiyac yarandıqda material anbardarını əvəz etmək


Teleqram kanalımıza üzv olun


Namizədə tələblər

– İxtisas üzrə minimum 3 il iş təcrübəsi
– Kompüter bilikləri – Excell, Logo Tiger və MS office proqramları
– Dil bilikləri – Azərbaycan, Rus və İngilis dili
– Fikrini izah etmək qabiliyyəti
– Ünsiyyət yaratmaq bacarığı
– İşə planlı yanaşması
– Fəal olması və komandada işləmək bacarığı

Müraciət üçün son tarix: 11 avqust 2019
Bu vəzifəyə müraciət etmək üçün cv-ni hr@atef.azünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya Mühasib

Bu şəxslərə də kassa çeki verilməlidir

posted in: Xəbər | 0

Şəbəkə biznesi ilə məşğul olanlara da kassa çeki verilməlidir

Hazırda dünyada, eləcə də Azərbaycanda şirkətlərin şəbəkə üsulu ilə reklam və satışı həyata keçirməsi aktualdır. Adətən, həmin MMC-lər ƏDV ödəyicisi olan hüquqi şəxs olur. Onlar xaricdən idxal olunan hazır kosmetika və qida əlavələrinin, məişət əşyalarının satışı ilə məşğul olurlar. Alıcıları da əsasən fiziki şəxslərdir. Onlar özləri həmin malları almaqla yanaşı digər şəxsləri də cəmiyyətin məhsulları haqqında məlumatlandıraraq və reklam edərək şirkətdən mal alışına cəlb edir, bununla da cəmiyyətdən gəlir əldə edirlər. Bu gəliri MMC-dən əldə edən şəxslər vergi ödəyicisi kimi qeydiyyatda olmadıqda onların gəlirlərindən ödəmə mənbəyində müvafiq vergilər və sosial ödənişlər tutilaraq büdcəyə ödənilir. Gəlir əldə edən fiziki şəxslər vergi ödəyicisi olduqda isə onların gəlirləri tam şəkildə ödənilir, onlar vergi öhdəliklərini özləri yerinə yetirir. VÖEN-i olan bu şəxslərin əsas fəaliyyətləri reklamdır, vergi ödəyicisi kimi qeydiyyata alındıqları zaman reklam fəaliyyəti göstərən ödəyici kimi qeydiyyata alınıblar. Vergi ödəyicisi olan bu şəxslər eyni zamanda cəmiyyətin məhsullarını öz istifadələri üçün də alırlar. Bəs reklam fəaliyyəti göstərən, vergi ödəyicisi olan bu fiziki şəxslər həmin şirkətlərdən alıcı olaraq öz şəxsi istifadələri üçün məhsul əldə etdikdə onlara elektron qaimə faktura təqdim edilməlidirmi? 

Suala Vergilər Nazirliyindən aydınlıq gətirilib. Bildirilib ki, reklam fəaliyyəti göstərən şəxslərə istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. Elektron qaimə faktura isə həmin şəxslərin sahibkarlıq məqsədləri üçün aldıqları məhsullara, işə və xidmətə görə təqdim edilməlidir.


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab edilir. Məcəllənin 13.2.63-cü maddəsində isə göstərilir ki, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti topdansatış sayılır.
Məcəllənin 16.1.8-cimadəsinin tələbinə əsasən, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 16.1.11-ci maddəsində isə göstərilib ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməlidir. Nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək lazımdır.

Məcəllənin 71-1-ci maddəsinə görə, qanunverciliklə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.