Mühasib tələb olunur

Vakansiya: Mühasib / İşəgötürən: Xırman Firması

Əmək Haqqı: 500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Heydərova Kamilə
  • Telefon: (012) 401-88-03 / (055) 205-05-36
  • E-mail: kamile@xirman.az / info@finstaff.az

İş barədə məlumat

– İdarənin nizamnaməsi əsasında uçot işlərinin aparılması
– Mədaxil – məxaric orderlərinin aparılması
– Təşkilatlarla tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması
– İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək
– 1C proqramla işləmək
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Vergi və mühasibat uçotunun aparılması
– Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək


Teleqram kanalımıza üzv olun


Namizədə tələblər

– Təhsil: Ali/Orta ixtisas
– Minimum 2 il əlaqəli iş təcrübəsi
– Sərbəst Azərbaycan və Rus dili vacibdir
– Kompyuter bilikləri: 1C, Excell, Word
– Yaş 25-45
– Cinsi: Qadın
– Zəhmət olmasa Binəqədi rayonu yaşayanlar müraciət etsinlər

Mənbə: finstaff.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya

Sığorta müqaviləsi bağlayarkən nə tələb etmək lazımdır?

posted in: Müqavilələr, Xəbər | 0

Sığorta müqaviləsiSığorta müqaviləsi bağlayarkən nə tələb etmək lazımdır?

Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra cəmiyyətdə ən tanınmış sığorta növlərindən biri olan və “el arasında” icbari sığorta adı ilə tanınan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlandı.

Bununla yanaşı foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkün olması, elektron hökumət portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə sənədləşməni istisna etdi.

Bu isə öz növbəsində kağız daşıyıcıda tərtib edilən müqavilələrin sıradan çıxmasına, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxardı.


Teleqram kanalımıza üzv olun


Buna baxmayaraq yenə də müvafiq sığorta müqavilələri ilə əlaqədar cəmiyyətdə cavabını tapmayan sualların olması müşahidə edilməkdədir.

Bu sualları aşağıdakı kimi qeyd etmək mümkündür:

– Mən necə müqaviləmə baxa bilərəm?

– Müqaviləmin qüvvəsi nə vaxt başa çatacaq?

– Hadisəm olanda nə etməliyəm ki, ödənişdən imtina edilməsin?

– Hansı hadisələrə görə ödəniş verilir? və s

Bu kimi sualların yaranmaması üçün məqsədəuyğundur ki, sığorta müqaviləsi bağlayarkən sığorta şirkətindən yaddaş vərəqi tələb edilsin.

İstər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsini, istərsə də könüllü qaydada tərtib edilmiş sığorta müqavilələrini tərtib edərkən sığorta şirkətləri sığortalılara müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisə zamanı necə hərəkət etməyi, sığortalıların hüquq və vəzifələrini, hansı hadisələrə görə ödəniş verildiyini və digər şərtləri əks etdirən yaddaş vərəqi vermək öhdəliyi daşıyır.

Bu öhdəlik həm Mülki Məcəllənin 913-cü maddəsindən, həm də müvafiq qaydada icbari sığorta qanunvericiliyi və könüllü sığorta qaydalarından irəli gəlir.

Bununla yanaşı qeyd edək ki, icbari qaydada bağlanan və elektron sənəd qaydasında tərtib edilən sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənmək üçün müqavilənizi tərtib edən sığorta şirkətinizə müraciət edərək elektron qaydada tərtib edilmiş müqavilənizi çap versiyada əldə edə bilərsiniz.

Onu da xatırladaq ki, sığorta müqaviləsi bağlanarkən sığorta şirkətinin müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna maliksiniz.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Sığorta müqaviləsi

Vergilər Nazirliyində görüş keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Kroftsu ilə görüşüb. Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə nazir Mikayıl Cabbarov səfir Kerol Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergilər

Vakansiya: Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Avirtel MMC

Əmək Haqqı: 800- 900 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 404 12 40 / (077) 270 02 41
  • E-mail: vacacy@avirtel.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Aylıq hesabatların aparılması
– Kassa və bank əməliyyatlarının aparılması
– Əmək haqqı hesabatlarının hazırlanması
– Kreditorlarla üzləşmələr
– Debitor hesabatların aparılması
– E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması
– Mal-material uçotunun aparılması
– Anbar hesabatının hazırlanmasına nəzarət

Namizədə tələblər

– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Bank işi, maliyyə, mühasibat uçotu sahəsində ən azı natamam ali təhsil
– Sahə üzrə ən azı 2 il iş təcrübəsi
– MS Office (xüsusillə Microsoft Excel), 1C, e-gov, e-taxes və digər portallarıdan istifadə bacarığı
– Dil bilikləri: B1 (intermediate) və daha yuxarı səviyyə ingilis dili biliyi üstünlükdür.

Mənbə: finstaff.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya