Turpaketlərdən əldə edilən gəlirdən verginin tutulması

posted in: Turizm, Vergi, Xəbər | 0

Turpaketlərdən əldə edilən gəlirdən verginin tutulması

Mövsümlə əlaqədar olaraq, turizm şirkətlərinin fəaliyyətində xeyli canlanma yaranıb. Onlar xarici ölkə vətəndaşlarına turpaketlər təklif edir, eyni zamanda qonşu ölkələrə turist səfərləri təşkil edirlər. Bəs bu zaman həmin şirkətlərin vergi öhdəlikləri necə hesablanır?

Bununla bağlı redaksiyamıza daxil olan müraciətdə konkret məqamlar da qeyd edilib. Məsələn, turizm şirkəti Hindistanda yaşayan Hindistan vətandaşına 5 gün Azərbaycanda, daha sonra 4 gün Gürcüstanda, daha sonra isə 5 gün Türkiyədə olmaqla turpaket satır.

Həmin şəxs turpaketin ümumi dəyəri olan 4.000 manat məbləği Hindistandan birbaşa “A” MMC-nin Azərbaycandakı hesabına ödəyir. MMC isə ödənilən məbləğdən turun digər hissələri olan Gürcüstan və Türkiyə otellərində gecələmək üçün həmin ölkələrdə ümumilikdə 2.800 manat məbləğində ödəniş edir. Bu zaman “A” MMC turun digər ölkələrdə ödənilən 2.800 manat məbləğdən nə qədər vergi (ƏDV, yoxsa gəlir vergisi) ödəməlidir?


Teleqram kanalımıza üzv olun


Suala Vergilər Nazirliyinin rəsmiləri aydınlıq gətiriblər. Bildirilib ki, sorğuda qeyd olunan turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Bildirilir ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi tutulan əməliyyatın dəyəri isə vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Bu baxımdan da istər rezident şəxslərdən, istərsə də qeyri-rezident şəxslərdən göstərilən xidmətlərin müqabilində əldə olunacaq tam məbləğ ƏDV-yə cəlb edilməlidir.

Yuxarıda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunmuş gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyi üçün həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Məcəllənin 104.2-ci bəndinə görə, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Qeyd: Yuxarıda qeyd olunan sorğu ilə bağlı Vergi Məcəlləsinin 125-ci, 159-cu, 169-cu maddələri də tətbiq edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Meksika vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Meksika vergi sistemiMeksika vergi sistemi haqqında bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Meksika vergi sistemi haqqında  danışacağıq.

Meksika vergi sisteminin başlıca qaydaları 1917-ci il Konstitusiyası ilə müəyyən edilib. Ona görə hazırda fəaliyyətdə olan vergilər ümumöhdəlik, ədalətlilik və orta ölçülülük, qanunilik, dövlət məsrəflərinin örtülməsinə istiqamətlilik kimi prinsiplərə əsaslanır.

Meksika vergi sistemi təkcə federal qanunlarla deyil, həm də ştat hökumətləri və bələdiyyələr tərəfindən tənzimlənir. Onun idarə olunması isə birbaşa Vergi administrasiyası xidmətinin əlində cəmləşib.

Ümumöhdəlik prinsipinə əsasən Meksikada daşınmaz əmlaka görə vergiyə bütün əmlak sahibləri, o cümlədən əcnəbi vətəndaşlar cəlb olunurlar. Bu növdən olan vergi ödənişlərinə 3 vergi daxildir:

Əmlak satın alınmasına görə vergi onun dəyərinin 2% təşkil edir. İllik yığım – özlüyündə əmlakın qiymətinin 0,01% təşkil edir. Kapital artımına görə vergi – əmlak satılarkən hesablanma üsulundan asılı olaraq, 25-30% həcmində ödənilir.

Qeyd etmək lazımdır ki, verginin faiz stavkası yalnız real bazar qiymətindən deyil, həm də dəyərləndirmə qiymətindən asılı olur. Bu ikinci, Meksikada bərabərsizliyə əsaslanır, lakin müntəzəm olaraq tənzimlənir. Adətən əmlakın dəyərləndirmə qiyməti real qiymətindən xeyli aşağı olur. Əgər, fiziki şəxslər öz gəlirlərinin böyük hissəsini Meksikada əldə edirlərsə və ya onların həyatı və işgüzar maraqlarının başlıca yeri Meksika hesab olunursa, ölkədən kənarda olan əmlaka görə də mülkiyyət sahibləri vergiyə cəlb oluna bilərlər.

Meksikada daşınmaz əmlak satılarkən, kapital artımına görə vergi yığımı iki üsulla həyata keçirilir:

– Satış sövdələşməsi zamanı onun dəyərinin 25% həcmində

– Əmlak alınarkən və satılarkən dəyərləndirilən qiymət fərqi arasındakı məbləğdən 30% həcmində.

Alış-satış sövdələşməsini həyata keçirərkən, yaxşı olar ki, bununla bağlı notariusla məsləhətləşmələr keçirilsin.


Teleqram kanalımıza üzv olun


Meksikada gəlirdən tutulan vergi və onun xüsusiyyətləri.

Bəzən fərqli vergilər arasından çıx incə bir hüdud keçir, məsələn, gəlir vergisi ilə əmlaka görə hesablanan vergi arazında olduğu kimi. Meksikada əmlak sahibi olan əcnəbi vətəndaş daşınmaz əmlaka görə vergi ödəyir. Amma, əgər həmin əcnəbi əmlakını icarəyə verərsə, onda mülkiyyət sahibi olan sahibkar kimi gəlir vergisi ödəyəcək.

Beləliklə, gəlir vergisi o hallarda ödənilir ki, əgər siz:

  • bank hesabına maliksiniz və ora faizlər köçürülür;
  • qiymətli kağızlara və ya şəxsi biznesə maliksiniz;
  • muzdlu işçisiniz.
  • Sözügedən vergi stavkası 30%-dən yüksək deyil.

Muzdlu işə görə vergi həcmi əməkhaqqı məbləğindən, minimal maaşda 3%-dən başlayaraq, özündə həm də mükafatları da ehtiva etməklə hesablanır. Eyni zamanda gəlir vergisi altına həm rezidentlər, həm də ölkənin qeyri-rezidentləri düşürlər.

Meksikada sahibkarlığa görə vergilər.

Biznesdən qazanılan gəlirlər kommersiya gəlirləri hesab olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla fiziki şəxs tərəfindən əldə edilən istənilən gəlir bu cür gəlirlər hesab olunur. Bu vergi stavkası 35%-dən çox olmur və o, birbaşa gəlirin həcmindən asılı olur. Fiziki şəxs qeyri-rezident kimi tanınıbsa və onun biznesdən əldə etdiyi gəlirlər vergiyə cəlb olunmaq üçün minimal məbləğə çatmırsa, onda vergi ödəmir. Passiv gəlir adlandırılan, yəni, bank hesabına Meksika şirkətlərindən dividendlər köçürülürsə, həmin gəlirdən 10% həcmində gəlir vergisi tutulur.

Meksikada əmlakın icarəyə verilməsi.

Əmlakın əcnəbilərə icarəyə verilməsindən sonra vergidən yayınma ilə bağlı hallar çox ciddi izlənilir. Onu da qeyd etmək lazımdır ki, əcnəbilər də yerli sakinlər kimi öz əmlaklarını icarəyə vermək hüququna malikdirlər. Bir şərtlə ki, onlar da bütün vergiləri ödəsinlər, bu isə çox vaxt problemli görünür.

Daşınmaz əmlak sahibləri çox vaxt bankı öz etimad göstərdikləri şəxs olaraq təyin edirlər. Lakin bəzi banklarda sadəcə bu vəzifələrin vaxtında yerinə yetirilməsi üçün zəruri infrastruktur olmur. Ona görə vicdanlı əmlak sahibləri əksər hallarda şəxsi vergi nömrəsi alırlar. Və bundan sonra Meksika xəzinədarlığında qeydiyyatdan keçərək, vergiləri sərbəst şəkildə ödəməyə başlayırlar.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Meksika vergi sistemi

Vakansiya: Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Pera Plastik Qrup MMC

Əmək Haqqı: 600 – 700 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 50 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ceyran xanım
  • Telefon: (012) 448-02-14 / (012) 448-02-15
  • E-mail: hr@peraplastic.netinfo@finstaff.az

İş barədə məlumat

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.


Teleqram kanalımıza üzv olun


– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək.
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
– Bank əməliyyatlarının aparılması.
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək.
– İş qrafiki: 09:00-18:00
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)

Namizədə tələblər

– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli.
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
– Ali iqtisadi təhsil Xanım
– Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uygun olmayan CV–e baxilmayacaq).
Başlanğıc əmək haqqı – 600 manat

Mənbə: finstaff.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Xidmət, Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı Asan İmza Simkartı

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə” – şəxsiyyəti təsdiq edən sənədin surəti – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) – notariat qaydasında təsdiq edilmiş fiziki şəxsin işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə – Asan İmza SİM-kartı – Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”


Teleqram kanalımıza üzv olun


Xidmətin göstərildiyi yer

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti

Emal müddəti nəzərə alınmaql a müraciət zaman

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: 

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Asan İmza Simkartı