Nəzarət-kassa aparatlarının istismarı Qaydaları təsdiq edilib

posted in: Xəbər | 0

Nəzarət-kassa aparatlarının istismarı Qaydaları təsdiq edilib

“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın
təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                  Novruz Məmmədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:

Nəzarət-kassa aparatlarının istismarı Qaydaları (61 downloads )

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Nəzarət-kassa aparatları

Azərbaycanda nizamnamə kapitalı 2 milyon manat olan şirkət yaradılıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda nizamnamə kapitalı 2 milyon manat olan şirkət yaradılıb

Nizamnamə kapitalı

Vergilər Nazirliyi “Bakı Tekstil Sənaye Fabriki” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 11/5, nizamnamə kapitalı 2 milyon manat, qanuni təmsilçisi isə Emin Ələkbər oğlu Şirinovdur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
nizamnamə kapitalı

Vergi uçotunda olan və əmək müqaviləsi ilə digər muzdlu işdə işləyən fiziki şəxsə nağdsız ödənişə görə güzəşt

posted in: Vergi, Xəbər | 0

Vergi uçotunda olan və əmək müqaviləsi ilə digər muzdlu işdə işləyən fiziki şəxsə nağdsız ödənişə görə güzəşt

Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd olunan güzəşt hüququnu əldə etmək üçün vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödəniş nağdsız qaydada aparılmalıdır. Vergi orqanında uçotda olan fiziki şəxs eyni zamanda əmək müqaviləsi ilə digər muzdlu işdə işləyir və muzdlu işlə əlaqədar əməkhaqqı kartından öz şəxsi istehlakı üçün nağdsız qaydada ödəniş etməklə mal alarsa, bu halda ödənişi qəbul edən şəxs Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd olunan güzəşt hüququnu ala biləcəkmi?


Teleqram kanalımıza üzv olun


1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləğinin nəzərə alınmaması vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
nağdsız ödəniş vergi

Daşınmaz əmlakın icarə haqqının bazar qiymətinə uyğun hesablanması

posted in: Vergi, Xəbər | 0

Daşınmaz əmlakın icarə haqqının bazar qiymətinə uyğun hesablanması

Bu, şəxsin mülkiyyət hüququnu və müqavilə azadlığını pozurmu?

Daşınmaz əmlakla bağlı icarə münasibətləri zamanı bəzən icarəyəverən və icarəçi şəxslər yaxın qohumluq və digər asılılıq münasibətlərindən istifadə edərək, real icarə haqqı məbləğlərini müqavilələrdə əks etdirmir. Bununla bağlı hər iki tərəfin qarşılıqlı razılığa gəldiyinə əsaslanılır, beləliklə, icarə haqqından tutulmalı olan gəlir vergisi büdcədən yayındırılır.

Vəkillər Kollegiyasının üzvü, vergi hüququ üzrə ekspert Sirac Piriyev məsələni şərh edərək bildirib ki, bu hal uzun zaman praktikada mübahisələr yaratmışdır. Tərəflərin müqavilə azadlığı prinsipi məhkəmələr tərəfindən mübahisələrin həllində əsas yanaşma olduğu üçün vergi orqanlarının əleyhinə qərarlar çıxarılmışdır.

Nəhayət, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Konstitusiya Məhkəməsi tərəfindən icarə müqaviləsindəki icarə haqqına bazar qiymətinin tətbiqinin mümkün olub-olmamasının Vergi Məcəlləsinin 14, 67 və 124-cü maddələri və Mülki Məcəllənin 152.1, 390.1, 390.5 və 390.6-cı maddələri baxımından şərhi verilmişdir.


Teleqram kanalımıza üzv olun


Məhkəmənin mövqeyinə görə, qanunverici, müqavilə azadlığını təsbit edərkən, mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Bunun əksi sübut edilmədiyi halda isə hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biri kimi qəbul edilir.

Bunun əksinin, yəni hüquqdan sui-istifadə halının sübuta yetirilməsi isə vergi orqanlarının üzərinə düşür. Bu hal sənədlərlə sübut olunduqda daşınmaz əmlakın icarə haqqı məbləği bazar qiyməti nəzərə alınmaqla hesablana bilər. Bu qaydada aparılan hesablama həm vergi ödəyicisinin Konstitusiyanın 73-cü maddəsi ilə müəyyən edilmiş öhdəliyinin icrasının təmin olunmasına xidmət edir. Həm də Konstitusiyanın 60-cı maddəsinə əsasən vergi orqanlarının hərəkətləri qanunsuz və əsassız olduqda, qeyd olunanları məhkəmə qaydasında sübut etmək imkanı yaradır.

Nəticə olaraq, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İcarə haqqı Daşınmaz əmlak