ƏDV ödəyicilərinin sayında 40 faiz artım olub

posted in: Vergi, Xəbər | 0

ƏDV ödəyicilərinin sayında 40 faiz artım olub

İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari il iyunun sonuna 52,9 faizə enib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu, şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

Qeyd olunub ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir.

Belə ki, cari il iyulun 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb.

Mənbə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV EDV

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3 faizə çatıb

posted in: Xəbər | 0

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3 faizə çatıb

elektron qaimə-faktura

2019-cu ilin altı ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, ticarət sektorunda dövriyyə 22 faiz, o cümlədən pərakəndə ticarətdə 35 faiz, ictimai iaşədə isə 26 faiz artıb.

Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə isə 65 faizdən 82 faizə qalxıb.

Həmçinin bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 faiz, o cümlədən ticarətdə 43,4 faiz, pərakəndə ticarətdə 50,2 faiz, topdansatış ticarətdə 41,8 faiz, rabitədə 23,7 faiz, qeyri-neft istehsal sahəsində 30 faiz, kənd təsərrüfatında 91,4 faiz, xidmət sektorunda isə 20,8 faiz təşkil edib.

Mənbə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron qaimə-faktura

Bank Respublika ASC Təcrübə proqramı elan edir.

Təcrübə ProqramıVakansiya: Təcrübə Proqramı

İşəgötürən: Bank Respublika ASC

Bank Respublika ASC istedadlı və motivasiyalı universitet tələbələri və yeni məzunlar üçün TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz Bankın müxtəlif sahələrində bilik və bacarıqlarınızı tətbiq edə biləcəyiniz, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramından faydalanmaq şansı əldə edirsiniz.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.

Maraqlanan şəxslərin öz CV-lərini 08 avqust 2019-cu il tarixinədək hr@bankrespublika.az / info@finstaff.az ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Təcrübə Proqramı

Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda…

posted in: Vergi, Xəbər | 0

Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda…

Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir. 179.1-ci maddədə qeyd olunur ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2-ci maddəyə əsasən isə digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi əvəzləşdirilən əlavə dəyər vergisi (ƏDV) məbləğinin hesablanmış ƏDV məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyən etməkdən ibarətdir. ƏDV bəyannaməsi üzrə vergi tutulan dövriyyədən hesablanmış vergi əvəzləşdirilən vergidən çox olanda, büdcəyə ödəmə yaranır. ƏDV ödəyicisi bu fərqi büdcəyə ödəməlidir. Əksinə, ƏDV bəyannaməsi üzrə vergi tutulan dövriyyədən hesablanmış vergi əvəzləşdirilən vergidən az olduqda isə vergi ödəyicisinin artıq ödəməsi yaranır.

Bu artıq məbləğin geri qaytarılması haqqında vergi ödəyicisi vergi və ya gömrük orqanlarına ərizə verdikdən sonra Vergi Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq həmin məbləğ büdcədən vergi ödəyicisinə qaytarılır.

Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, vergi ödəyicisi həm 18 faizlə, həm də sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparır və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatları ümumi dövriyyənin 50 faizdən artıq olduğu zaman ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanmış ƏDV-dən çox olduqda, artıq hissə vergi ödəyicisinin ərizəsi vergi və ya gömrük orqanlarına verildiyi vaxtdan 20 gündən gec olmayaraq vergi ödəyicisinə qaytarılmalıdır. Vergi Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, digər vergi ödəyiciləri ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanan ƏDV-dən çox olduqda, artıq olan hissə vergi ödəyicisinin elektron formada ərizəsini vergi və ya gömrük orqanlarına verdiyi vaxtdan 4 aydan gec olmayaraq büdcədən vergi ödəyicisinə qaytarılmalıdır.

Misal 1: Mehmanxana 2019-cu ilin mart ayı ərzində aldığı mal, iş, xidmətə görə podratçı təşkilatlar tərəfindən təqdim olunmuş elektron vergi hesab-fakturalarına əsasən nağdsız qaydada 118.000 manat (o cümlədən 18.000 manat ƏDV məbləği ƏDV-nin depozit hesabı vasitəsilə) ödəmişdir. Mart ayı ərzində mehmanxananın göstərdiyi xidmətlər ƏDV-siz 70.000 manat təşkil etmişdir. Bu məbləğin 35.400 manatı (o cümlədən 5.400 manatı ƏDV) ƏDV-yə 18 faiz dərəcə ilə, 40.000 manatı isə ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar çərçivəsində olmuşdur. Bu halda hesablanacaq və geri qaytarılacaq vergi məbləğini müəyyən edək.

Mart ayında büdcəyə hesablanmış ƏDV məbləği 5.400 manat, əvəzləşdirilən ƏDV məbləği isə 18.000 manat olmuş, nəticədə büdcədən qaytarılmalı ƏDV məbləği 12.600 manat (5.400-18.000 = -12.600 manat) təşkil etmişdir. Mart ayında mehmanxanada ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunmuş dövriyyənin ümumi dövriyyədə (ƏDV-siz) xüsusi çəkisi 57,15 faiz (40.000 : 70.000×100 = 57,15%) təşkil etmişdir, deməli, 50 faizdən artıq olmuşdur.

Bu zaman ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanmış ƏDV-dən 12.600 manat artıq olduğu üçün Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, həmin məbləğ vergi ödəyicisinin ərizəsinin vergi və ya gömrük orqanlarına verildiyi vaxtdan 20 gündən gec olmayaraq büdcədən vergi ödəyicisinə qaytarılmalıdır.

Misal 2: Tutaq ki, A MMC 2019-cu ilin yanvar ayında ƏDV bəyannaməsi təqdim edib və ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV məbləği 10.000 manat, hesablanmış ƏDV məbləği isə 3.000 manat olmuşdur. Yanvar ayı ərzində MMC-nin göstərdiyi xidmətlərin tam dəyəri ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilmiş əməliyyatlar çərçivəsində olmuş, yəni ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən əməliyyatları olmamışdır. Bu halda hesablanacaq və geri qaytarılacaq vergi məbləğini müəyyən edək.

Yanvar ayında büdcəyə hesablanmış ƏDV məbləği 3.000 manat, əvəzləşdirilən ƏDV məbləği isə 10.000 manat olduğundan, büdcədən qaytarılmalı ƏDV məbləği 7.000 manat ( 3.000 – 10.000 = -7.000 manat ) təşkil etmişdir. Yanvar ayında MMC-nin göstərdiyi xidmətlərin tam dəyəri ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatlar olduğunu nəzərə aldıqda ƏDV bəyannaməsində əvəşləşdirilən ƏDV hesablanmış ƏDV-dən 7.000 manat artıq olduğu üçün Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən həmin artıq olan 7.000 manat məbləğ vergi ödəyicisinin elektron formada ərizəsini vergi və ya gömrük orqanlarına verdiyi vaxtdan 4 aydan gec olmayaraq büdcədən vergi ödəyicisinə qaytarılmalıdır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əvəzləşdirilən vergi hesablanmış vergi