Bəzi kateqoriyalar üzrə aylıq vəzifə maaşlarında dəyişiklik edilib

posted in: Xəbər | 0

Bəzi kateqoriyalar üzrə aylıq vəzifə maaşlarında dəyişiklik edilib

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609; 2019, № 2, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Sıra

№-si

Aylıq vəzifə ma-

aşının məbləği (manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 310
2. 1-ci kateqoriya dövlət orqanlarında 295
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 280
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 260

 

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə

 

Azərbaycan Respublikasının

Baş Naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vəzifə maaşları

Əmək haqqı üzrə yeni Vahid Tarif Cədvəli təsdiqləndi

posted in: Xəbər | 0

Əmək haqqı üzrə yeni Vahid Tarif Cədvəli təsdiqləndi

əmək haqqı emek Vahid Tarif Cədvəli emek haqqi

“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında əmək haqqı

“Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 364) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissəsində “1 və 2 nömrəli əlavələrinə” sözləri “əlavəsinə” sözü ilə əvəz edilsin; 1.2. həmin Qərara 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilsin (əlavə olunur). 2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının     

Baş Naziri                            Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli Qərarına

Əlavə

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 250
2 260
3 271
4 282
5 294
6 306
7 319
8 332
9 346
10 360
11 375
12 390
13 406
14 423
15 440
16 457
17 529
18 666
19 906

 

 

Aparatın rəhbəri vəzifəsini

icra edən                                        Natiq Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək haqqı emek Vahid Tarif Cədvəli emek haqqi

Vakansiya: Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Baku Consulting Group MMC

Əmək Haqqı: 500 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 40 yaş
  • Cins: Fərqi yoxdur

 

  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 497 89 65
  • E-mail: info@bacg.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Aylıq, rüblük və illik Vergi, DSMF, Statistika və məşğulluq hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, xəstəlik vərəqəsinin hesablanması;
– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
– Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətinə nəzarət;
– Debitor və kreditor borclarına nəzarət və müvafiq üzləşmələrin aparılması;
– Aylıq maliyyə sənədlərinin hazırlanması;
– Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmək;

Namizədə tələblər

– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– Mühasibatlığa dair cari qanunvericilik aktları barədə bilik;
– Azərbaycan, İngilis və Rus dili biliyi mütləqdir;
– Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;

İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə-bazar

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya Mühasib

Dövlət-biznes elektron reyestri Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibinə daxil edilib

posted in: Xəbər | 0

Dövlət-biznes elektron reyestri Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibinə daxil edilib.

Vahid “G2B” (dövlət-biznes) elektron reyestri bölmə qismində Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibinə daxil edilib.

Bu, Nazirlər Kabinetinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Vahid “G2B” (dövlət-biznes) elektron reyestrə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil ediləcək.

Qeyd edək ki, Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli fərmanına əsasən, Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestri (Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində təşkil edilməli idi.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılmışdı.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.