» » » Bəzi kateqoriyalar üzrə aylıq vəzifə maaşlarında dəyişiklik edilib

Bəzi kateqoriyalar üzrə aylıq vəzifə maaşlarında dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Bəzi kateqoriyalar üzrə aylıq vəzifə maaşlarında dəyişiklik edilib

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609; 2019, № 2, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Sıra

№-si

Aylıq vəzifə ma-

aşının məbləği (manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 310
2. 1-ci kateqoriya dövlət orqanlarında 295
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 280
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 260

 

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə

 

Azərbaycan Respublikasının

Baş Naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vəzifə maaşları