Birinci dəfə xəbərdarlıqdır, sonra sanksiya – Vergi Yoxlaması

posted in: Vergi, Xəbər | 0

Birinci dəfə xəbərdarlıqdır, sonra sanksiya – VERGİ YOXLAMASI

Son 2 həftə ərzində Vergilər Nazirliyi operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Bu nəzarət tədbirlərinin məqsədi dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi hallarını aşkar etmək və əmək müqaviləsi olmayan işçilərin müəyyən edilməsidir. Bu funksiya vergi orqanlarına Vergi Məcəlləsi ilə verilmiş hüquqdur.

Vergi eksperti Vəli Əliyev bildirir ki, Vergilər Nazirliyinin üzərinə Vergi Məcəlləsi müəyyən vəzifələr də qoymuşdur. Bu vəzifələrdən biri də Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etməkdir. Yəni vergi ödəyicisinin qanunla qorunan hüquq və mənafelərini məhz Vergilər Nazirliyi müdafiə etməlidir. Yuxarıda deyildiyi kimi Vergilər Nazirliyi tərəfindən keçirilən operativ nəzarət tədbirləri fonunda vergi ödəyicilərinin bilməsi lazım olan məqamı xatırlatmaq vacibdir.

2019-cu ildə kassa çekinin təqdim edilməməsi və əmək müqaviləsi bağlanılmaması faktı aşkarlanıbsa və bu qanun pozuntusuna 2019-cu ilin yanvarın 1-dən başlayaraq bir il müddətində birinci dəfə yol verilibsə maliyyə sanksiyası tətbiq olunmur. Belə hal ilk dəfə aşkar ediləndə vergi orqanı bu barədə sahibkara rəsmi yazılı xəbərdarlıq edir. Bu hal il ərzində təkrarlandığı halda isə maliyyə sanksiyaları başlayır. Sanksiyaların məbləği 1-ci dəfə üçün 2 min manat, 2-ci dəəfə üçün 4 min manat, 3-cü dəfə üçün isə 6 min manatdır.

Mühüm məqam ondan ibarətdir ki, işçilərin müqaviləsiz işləməsi ilə bağlı ikinci hal aşkar edilsə onda göstərilən sanksiyalar hər bir işçi üçün tətbiq ediləcək. Məsələn, yoxlama zamanı sahibkarın 3 işçisinin müqaviləsiz çalışdığı aşkar olunsa, hər işçiyə görə, 2 min manat olmaqla 6 min manat, 3-cü dəfə olduqda isə hər işçiyə görə 4 min manat olmaqla 12 min manat sanksiya tətbiq edilir.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi Yoxlaması xəbərdarlıq sanksiya

Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edilib

posted in: Xəbər | 0

Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edilib

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasına görə yeni cərimə müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Beləliklə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Satınalmalar satınalma cərimə

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır?

posted in: Xəbər | 0

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaqdır.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq,  dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılıb. Dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Mənbə: sosial.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vahid Tarif Cədvəli

Prior Leasing 1400 manat əmək haqqı ilə Mühasib axtarır

Mühasib, vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Prior Leasing

Əmək Haqqı: 1400 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@priorleasing.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Əsas vəsaitlərin uçotu və amortizasiyasını aparmaq;
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Bank əməliyyatlarının uçotunun aparılması;
– Gündəlik əməliyyatlar və sənədləşmələr;
– Gəlir və xərclərin hesablanması;
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
– Bazar ertəsi – Cümə: 9:00 – 18:00
– Şənbə : 10.00 – 16.00

Namizədə tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi qanunvericilikləri üzrə məlumatlı;
– Xarici dil bilikləri üstünlükdür;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr@priorleasing.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib vakansiya