» » » Meksika vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

Meksika vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Meksika vergi sistemiMeksika vergi sistemi haqqında bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Meksika vergi sistemi haqqında  danışacağıq.

Meksika vergi sisteminin başlıca qaydaları 1917-ci il Konstitusiyası ilə müəyyən edilib. Ona görə hazırda fəaliyyətdə olan vergilər ümumöhdəlik, ədalətlilik və orta ölçülülük, qanunilik, dövlət məsrəflərinin örtülməsinə istiqamətlilik kimi prinsiplərə əsaslanır.

Meksika vergi sistemi təkcə federal qanunlarla deyil, həm də ştat hökumətləri və bələdiyyələr tərəfindən tənzimlənir. Onun idarə olunması isə birbaşa Vergi administrasiyası xidmətinin əlində cəmləşib.

Ümumöhdəlik prinsipinə əsasən Meksikada daşınmaz əmlaka görə vergiyə bütün əmlak sahibləri, o cümlədən əcnəbi vətəndaşlar cəlb olunurlar. Bu növdən olan vergi ödənişlərinə 3 vergi daxildir:

Əmlak satın alınmasına görə vergi onun dəyərinin 2% təşkil edir. İllik yığım – özlüyündə əmlakın qiymətinin 0,01% təşkil edir. Kapital artımına görə vergi – əmlak satılarkən hesablanma üsulundan asılı olaraq, 25-30% həcmində ödənilir.

Qeyd etmək lazımdır ki, verginin faiz stavkası yalnız real bazar qiymətindən deyil, həm də dəyərləndirmə qiymətindən asılı olur. Bu ikinci, Meksikada bərabərsizliyə əsaslanır, lakin müntəzəm olaraq tənzimlənir. Adətən əmlakın dəyərləndirmə qiyməti real qiymətindən xeyli aşağı olur. Əgər, fiziki şəxslər öz gəlirlərinin böyük hissəsini Meksikada əldə edirlərsə və ya onların həyatı və işgüzar maraqlarının başlıca yeri Meksika hesab olunursa, ölkədən kənarda olan əmlaka görə də mülkiyyət sahibləri vergiyə cəlb oluna bilərlər.

Meksikada daşınmaz əmlak satılarkən, kapital artımına görə vergi yığımı iki üsulla həyata keçirilir:

– Satış sövdələşməsi zamanı onun dəyərinin 25% həcmində

– Əmlak alınarkən və satılarkən dəyərləndirilən qiymət fərqi arasındakı məbləğdən 30% həcmində.

Alış-satış sövdələşməsini həyata keçirərkən, yaxşı olar ki, bununla bağlı notariusla məsləhətləşmələr keçirilsin.


Teleqram kanalımıza üzv olun


Meksikada gəlirdən tutulan vergi və onun xüsusiyyətləri.

Bəzən fərqli vergilər arasından çıx incə bir hüdud keçir, məsələn, gəlir vergisi ilə əmlaka görə hesablanan vergi arazında olduğu kimi. Meksikada əmlak sahibi olan əcnəbi vətəndaş daşınmaz əmlaka görə vergi ödəyir. Amma, əgər həmin əcnəbi əmlakını icarəyə verərsə, onda mülkiyyət sahibi olan sahibkar kimi gəlir vergisi ödəyəcək.

Beləliklə, gəlir vergisi o hallarda ödənilir ki, əgər siz:

  • bank hesabına maliksiniz və ora faizlər köçürülür;
  • qiymətli kağızlara və ya şəxsi biznesə maliksiniz;
  • muzdlu işçisiniz.
  • Sözügedən vergi stavkası 30%-dən yüksək deyil.

Muzdlu işə görə vergi həcmi əməkhaqqı məbləğindən, minimal maaşda 3%-dən başlayaraq, özündə həm də mükafatları da ehtiva etməklə hesablanır. Eyni zamanda gəlir vergisi altına həm rezidentlər, həm də ölkənin qeyri-rezidentləri düşürlər.

Meksikada sahibkarlığa görə vergilər.

Biznesdən qazanılan gəlirlər kommersiya gəlirləri hesab olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla fiziki şəxs tərəfindən əldə edilən istənilən gəlir bu cür gəlirlər hesab olunur. Bu vergi stavkası 35%-dən çox olmur və o, birbaşa gəlirin həcmindən asılı olur. Fiziki şəxs qeyri-rezident kimi tanınıbsa və onun biznesdən əldə etdiyi gəlirlər vergiyə cəlb olunmaq üçün minimal məbləğə çatmırsa, onda vergi ödəmir. Passiv gəlir adlandırılan, yəni, bank hesabına Meksika şirkətlərindən dividendlər köçürülürsə, həmin gəlirdən 10% həcmində gəlir vergisi tutulur.

Meksikada əmlakın icarəyə verilməsi.

Əmlakın əcnəbilərə icarəyə verilməsindən sonra vergidən yayınma ilə bağlı hallar çox ciddi izlənilir. Onu da qeyd etmək lazımdır ki, əcnəbilər də yerli sakinlər kimi öz əmlaklarını icarəyə vermək hüququna malikdirlər. Bir şərtlə ki, onlar da bütün vergiləri ödəsinlər, bu isə çox vaxt problemli görünür.

Daşınmaz əmlak sahibləri çox vaxt bankı öz etimad göstərdikləri şəxs olaraq təyin edirlər. Lakin bəzi banklarda sadəcə bu vəzifələrin vaxtında yerinə yetirilməsi üçün zəruri infrastruktur olmur. Ona görə vicdanlı əmlak sahibləri əksər hallarda şəxsi vergi nömrəsi alırlar. Və bundan sonra Meksika xəzinədarlığında qeydiyyatdan keçərək, vergiləri sərbəst şəkildə ödəməyə başlayırlar.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Meksika vergi sistemi