Azərbaycanda vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb

posted in: Xəbər | 0

                         Mikayıl Cabbarov: “Özəl sektorun bank sistemində manatla olan hesablarındakı qalıq 20% artıb” Vergi daxilolmaları qeyri-neft sektoru

Azərbaycanda vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb. Bu, 2018-ci ildəki 65,8%-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3% təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1%-ni artıq icra etmişik.

Bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib: “Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıb. Bu da ölkədə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 mln. manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14% aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40% artım müşahidə edirik”.

Mikayıl Cabbarov onu da bildirib ki, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb: “Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49% artıb, ilin əvvəlindən isə 20%. Bu da, hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qeyri-neft sektoru Vergi daxilolmaları

Fəaliyyətini dayandıran sahibkarın vergi öhdəliyi olurmu?

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Fəaliyyətini dayandıran sahibkarın vergi öhdəliyi olurmu?

Fəaliyyətini müvəqqəti dayandıran sahibkarların vergi öhdəliyi barədə müəyyən suallar yaranır. Məsələn, fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin balansında olan əsas vəsaitlər konservasiya edilmiş əsas vəsaitlər hesab edilir. Bu halda həmin əsas vəsaitlərə amortizasiya hesablanmadıqda onlar əsas vəsait kateqoriyasından çıxılır. Belə olan halda həmin vəsaitlərin əmlak vergisinə cəlb edilməsi doğrudurmu?

Sualın izahı ilə bağlı Vergilər Nazirliyindən Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə istinadən bildirilib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansında olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər. Lakin hesablanmış amortizasiya xərcləri növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Vergi Məcəlləsinin 16.4-cü maddəsinin tələbinə görə, Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Qanunvericilikdə fəaliyyətini müvəqqəti dayandıran iş adamlarının vergi hesabatları təqdim etməsinin qaydaları da əksini tapıb. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.

Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.

Hesabatın elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəliyi

E-kassanı necə əldə etmək olar?

posted in: Xəbər | 0

E-kassaları əldə etmək niyyətində olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müraciət etməli və müvafiq sənədləri təqdim etməlidir.

Qeyd edək ki, həm dövlət reyestrinə daxil edilmiş e-kassalar, həm də qeydiyyata alınmış operatorlar barədə məlumatları portalın “Reyestrə salınmış e-kassaların siyahısı” və “E-kassa operatorları və kassaların stoku” alt menyularından əldə etmək olar.

E-kassa operatoru tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq uçota alınmış e-kassa vergi ödəyicisinin ticarət obyektində quraşdırılır.

E-kassalar vergi ödəyicisi tərəfindən elektron kabinet vasitəsilə e-kassanın qəbul aktı təsdiq olunduqdan sonra aktivləşdirilir.

E-kassa istifadəçiləri

Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan e-kassa vasitəsilə həyata keçirilməlidir.

  • Qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  • Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  • Səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  • Qiymətli kağızların və lotereya biletlərinin satışı;
  • Elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

Mənbə: e-kassa.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
E-kassa kassa

Titan Group Mühasib tələb edir

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Titan Group

Əmək Haqqı: 600 – 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@titan.azinfo@finstaff.az

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək

– İş yeri Yusif Səfərov 1a/2

İş qrafiki: 09:00-18:00 – I-V günlər.

Namizədə tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsalat)
– MS Office(xüsusillə Excell) , e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Əmək qanunvericilyi üzrə məlumatlı
– Yeni və köhnə hesablar plan üzrə biliklər
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Uyğun namizədlərdən şəkilli CV-lərini email ünvanına göndərmək və mətn mövzu hissəsində (“Mühasib”) yazmaq xahiş olunur. Şəkilsiz CV nəzərə alınmayacaq.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya Mühasib