“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun qüvvəyə minməsi ilə bağlı Fərman imzalayıb. Dəyişiklikdən sonra Qanuna 17.6-1. maddə əlavə olunub.

Beləliklə, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.

Dəyişikliyin tam mətni:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli və 29 mart tarixli 1550-VQD və 1552-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 17.6-1-ci maddə əlavə edilsin:

“17.6-1. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2019-cu il.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Dövlət rüsumu

Mühasibat və Maliyyə sahəsində Vakansiya və Kadr axtarışı saytı istifadəyə verilib

Mühasibat və Maliyyə sahəsində Vakansiya və Kadr axtarışı saytı istifadəyə verilib

Mühasibat Maliyyə Vakansiya Kadr

Bu yeni layihənin yaranma səbəbi kimi, şirkətlərin mühasib və maliyyəçi, mühasib və maliyyəçilərin isə iş istəklərini nəzərə alaraq Mühasibat və Maliyyə sahəsində Vakansiya və Kadr axtarışı saytı olan www.finstaff.az portalını yaratdıq.

Sayt Azərbaycanda ilk dəfə olaraq sırf mühasiblər və maliyyəçilər üçün nəzərdə tutulmuşdur.

Sayta girən şəxs ilk olaraq İş elanları və  İş axtaranlar bölmələri ilə rastlaşacaq ki, bu da ona rahatlıqla həm İş elanlarına baxmağa, həm də CV-lərlə tanış olmağa imkan yaradacaqdır. Saytda Maliyyə Sahəsinin bütün bölmələri:

  • Mühasibat;
  • Maliyyə;
  • Audit;
  • Bank;
  • Sığorta;
  • Xəzinədarlıq və sair bölmələr kimi bölmələr də vardır ki, bu da sayta daxil olan şəxslərin rahatlığını təmin edəcəkdir.

www.finstaff.az saytının əlavə üstünlükləri nədən ibarətdir?

  • Sırf Mühasiblər və Maliyyəçilər üçün nəzərdə tutulub.
  • Çox rahatlıqla özünüzə Şəxsi kabinet yarada bilərsiniz.
  • Qeydiyyatdan keçdiyiniz təqdirdə, əgər CV yerləşdirmisinizsə uyğun vakansiya, əgər İş elanı yerləşdirmisinizsə uyğun namizəd olduğu halda sizə bildiriş gələcəkdir.
  • İstədiyiniz vakansiyaya 1 toxunuşla CV göndərə biləcəksiniz.
  • Əgər iş axtardığınızı gizli saxlamaq istəyirsinizsə, o zaman anonim CV yarada və bunu uyğun şirkətə göndərə bilərsiniz.
  • Axtarış bölməsində rahatlıqla sırf sizə uyğun vakansiya, məsələn “Mühasib köməkçisi” tapa bilərsiniz.
  • İş elanları saytın facebook səhifəsində – www.facebook.com/finstaff.az/ – yerləşdiriləcəkdir. Əgər iş axtaranın istəyi olarsa CV də bu səhifədə yerləşdiriləcəkdir və bununla da daha tez bir zamanda iş tapılacaqdır.

İstifadənizin rahatlığını nəzərə alaraq hər hansı çatışmazlıq olarsa Zəhmət olmazsa bizə bildirin.


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Xidmətlər üçün linkə daxil olun.
Mühasibat Maliyyə Vakansiya Kadr 
Kadr saytı

E-qaimə ilə rəsmiləşən dövriyyənin artımı “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarədir

posted in: Vergi, Xəbər | 0

E-qaimə ilə rəsmiləşən dövriyyənin artımı “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarədir

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov cari ildə əldə olunan nəticələri şərh edərkən bildirib ki, 2019-cu ilin ilk 5 ayında qeyri-neft sektoru üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. ƏDV dövriyyəsində artım isə 9,6 faiz təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4 faiz, o cümlədən ƏDV dövriyyəsi 24,6 faiz artıb.

Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə – 37,3 faiz, o cümlədən ƏDV dövriyyəsi 38,2 faiz artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6 faiz təşkil edir.

Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib.

Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 faizi ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.

2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 faiz artıb. O cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 faiz, istehsalda isə 30,1 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9 faizdən 83,6 faizə, istehsalda isə 65,7 faizdən 75,4 faizə yüksəlib.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7 faizə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8 faiz), ticarətdə (43,7 faiz), rabitədə (24,2 faiz), sənayedə (16,9 faiz) və digər fəaliyyət sahələrində (29,9 faiz) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1 faiz və 56,3 faiz artmasıdır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
E-qaimə

Nağd xarici valyuta əməliyyatları üzrə təlimat hazırlanıb

posted in: Xəbər | 0

Nağd xarici valyuta əməliyyatları üzrə təlimat hazırlanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ı təsdiqləyib. Təlimat Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün banklardan, xarici bankların yerli filiallarından və poçt rabitəsinin milli operatorundan nağd xarici valyuta mübadiləsi əməliyyatları, nağd xarici valyutanın kassa dövriyyəsi və nağd xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması barədə statistik məlumatların əldə edilməsi məqsədilə qəbul edilib.

Bu Təlimat bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun nağd xarici valyuta əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim olunması məsələlərini tənzimləyir. Hesabatın tərtib olunmasında məqsəd Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün statistik vahidlərdən nağd xarici valyuta mübadiləsi (alğı-satqı) əməliyyatları, nağd xarici valyutanın kassa dövriyyəsi (mədaxil, məxaric və qalıq) və nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması barədə statistik məlumatların əldə edilməsidir.

Təlimata əsasən, nağd xarici valyuta mübadiləsi (alğı-satqı) əməliyyatları statistikasında statistik vahidin bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi üzrə həyata keçirdiyi nağd valyuta mübadiləsi əməliyyatı (çarpaz məzənnə üzrə) 2 əməliyyat kimi – milli valyutanın satışı və milli valyutanın alışı – qeyd olunmalıdır.

Statistik vahidin aldığı nağd xarici valyuta (milli valyutanın alınan xarici valyutaya nisbətdə nağd satış məzənnəsinə əsasən) xarici valyuta alışı əməliyyatı kimi, satdığı xarici valyuta (milli valyutanın satılan xarici valyutaya nisbətdə nağd alış məzənnəsinə əsasən) isə xarici valyuta satışı əməliyyatı kimi qeyd olunmalıdır.

Günlük əsasda isə mübadilə edilən hər bir xarici valyuta vahidi üzrə alınan/satılan xarici və milli valyutanın məbləği, aparılan mübadilə əməliyyatlarının sayı cəm şəklində qeyd olunmalı, həmin tarixə hər bir valyuta vahidi üzrə mübadilə əməliyyatlarının orta çəkili məzənnəsi əks olunmalıdır.

Nağd xarici valyuta mübadiləsi (alğı-satqı) əməliyyatlarının regionlar üzrə statistikasında hər bir region və mübadilə edilən hər bir xarici valyuta vahidi üzrə alınan/satılan xarici və milli valyutanın məbləği, aparılan mübadilə əməliyyatlarının sayı cəm şəklində qeyd olunmalı, hər bir valyuta vahidi üzrə mübadilə əməliyyatlarının orta çəkili alış/satış məzənnəsi əks edilməlidir. Xarici valyutanın kassa dövriyyəsi statistikasında statistik vahidin nağd xarici valyutada dövrün əvvəlinə və sonuna kassa qalıqları, dövr ərzində nağd xarici valyutanın kassaya mədaxil və məxaric dövriyyələri əks olunmalıdır.

Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması statistikasında isə nağd xarici valyutanın (müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən kağız və metal pul nişanları) statistik vahidlər tərəfindən Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması əməliyyatları əks olunmalıdır. Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması nağd xarici valyutanın dövlət gömrük sərhədindən keçirilməsini nəzərdə tutur. Xarici valyuta əməliyyatları statistik hesabatına statistik vahidlər tərəfindən qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar barədə məlumatlar daxil edilmir.

Hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat aparılmadığı hallarda müvafiq göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunmalıdır.

Nağd xarici valyuta əməliyyatları üzrə operativ təhlilin aparılması məqsədilə nağd xarici valyuta əməliyyatları statistik hesabatının təqdim edilməsi ilə bağlı AMB tərəfindən statistik vahidə hesabat dövrü bitmədən yazılı (və ya elektron) müraciət olunduqda, statistik vahid tərəfindən Mərkəzi Bankın müraciətində qeyd edilən tarixlər üzrə hesabat (və ya hesabatın müvafiq hissəsi) müraciət tarixindən sonrakı 1 iş günündən gec olmayaraq AMB-yə təqdim edilməlidir.

Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilməlidir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
xarici valyuta