Ticarət festivalları dövründə əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Ticarət festivalları dövründə əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 24.0.7-2-ci və 165.4- cü maddələri – AR Prezidentinin 20.02.2017- ci il tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” – VN-nin Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələr

Müraciəti emal edən struktur vahidi

– qeydiyyata xitam verilməsi: ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– qeydiyyata xitam verilməsi barədə bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var

posted in: Vergi, Xəbər | 0

Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var

“Keçən ilin sonlarından başlayan vergi islahatları ölkədə çox ciddi vüsat almaqda olub. Bu gün artıq 2019-cu ilin birinci yarım illiyinin yekunlarına görə, həm vergi, həm də bütövlükdə fiskal siyasətlə, büdcə vergi siyasəti ilə bağlı həyata keçirilən islahatların müəyyən nəticələrinin şahidi oluruq”.

Bunu açıqlamasında Azərbaycan Dövlət İqtisad Universtetinin (UNEC) professoru, iqtisadçı–ekspert Elşad Məmmədov bildirib.

İnkişaf və iqtisadi artımın vergi yığımlarına təsiri olacaq

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, həyata keçirilən tədbirlərin müsbət effekti göz qabağındadır:

“Bir tərəfdən həm vergi, həm də gömrük istiqamətləri üzrə büdcəyə daxilolmalar artmaqdadır, digər tərəfdən vergi islahatlarının əsas fəlsəfəsi birmənalı şəkildə ancaq büdcə daxilolmalarının qısamüddətli perspektivdə artmasına deyil, vergi bazasının genişlənməsinə və iqtisadi inkişafın stimullaşdırılmasına yönləndirilməlidir. Yəni iqtisadi inkişaf və iqtisadi artım olduğu halda nəticədə vergi yığımlarına da təsir olacaq”.

Ekspert deyir ki, dünya təcrübəsidə onu deməyə əsas verir ki, sərt fiskal siyasət əksər hallarda müsbət effekt vermir: “Ona görə də 2019-cu ilin əvvəlindən başlayaraq, vergi islahatlarının həyata keçirilməsində gördük ki, tədricən vergi tutumları baxımından qeyri-dövlət və qeyri-neft sektorunda fiziki şəxslərin gəlirlərinin vergidən müəyyən mənada azad edilməsi istiqamətində görülən işlər, əslində vergi bazasının genişləndirilməsi və iqtisadiyyatın maksimum şəkildə kölgədən çıxmasına xidmət edirdi. Artıq görürük ki, tədricən bunun müsbət nəticələri olmaqdadır. Eyni zamanda, bəzi qonşu ölkələrdə fiskal siyasətdə həyata keçirilən sərtləşmə, əlavə dəyər vergisinin faiz dərəcəsinin daha da yüksəldilməsi müsbət effekt vermir”.

E. Məmmədov düşünür ki, vergi siyasətinin əsas ana xətti və fəlsəfəsi məhz vergi bazasının genişlənməsinə, vergi islahatları vasitəsilə iqtisadi artımın stimullaşmasına xidmət etməlidir: “Buna görə də ümid edirəm ki, atılan addımlar və həyata keçirilən islahatlar bundan sonra da ardıcıl olaraq davam etdirilməlidir. Bütün bunlar bir az da kompleksli şəkildə həyata keçirilməlidir. Bura ilk növbədə tədricən biznes mühitinin, işgüzar fəallıq subyektlərinin əldə etdikləri gəlirlərinin amortizasiyasına, investisiyalara, əsas və dövriyyə fondlarının yenilənməsinə istiqamətləndirilən bir vergi siyasəti olmalıdır. Yəni vergi siyasəti bunları stimullaşdırmalıdır ki, iqtisadi artım ölkəmizdə qabaqlayıcı şəkildə həyata keçirilsin. Eyni zamanda, iqtisadi islahatlar yalnız vergi islahatları ilə məhdudlaşdırıla bilməz. Çünki əks halda bunun effektivliyi olmayacaq. Ümid edirəm ki, digər sahələrdə də, ilk növbədə bank sektorunda pul-kredit siyasəti ilə bağlı olan məsələlərdə də kompleksli və sistemli islahatlar paketinin təsdiqinin şahidi olacağıq”.

Professorun sözlərinə görə, 2019-cu ilin əvvəlindən həyata keçirilən islahatların konkret istiqamətlərinə nəzər salsaq, burada əsas istiqamətlərdən biri qeyri-neft və qeyri-dövlət sektorunda çalışanların əmək haqqılarından, yəni gəlirlərindən tutulan vergilərlə bağlı ciddi dəyişikliklər olub:

“Bunun da sözsüz ki, əhalinin gəlirlərinə birbaşa təsiri olub. Digər tərəfdən, bu islahatlar nəticəsində həm gömrük, həm də vergi xətti üzrə fiskal yığımların artması sosial paketin ölkədə dövlət başçısı tərəfindən qəbul edilmiş sosial istiqamətdə sosial siyasətlə bağlı tədbirlərin daha da intensiv şəkildə həyata keçirilməsinə şərait yaradıb. Əmək haqqları, təqaüd və müavinətlər artıb və bunların hamısı vergi, fiskal və büdcə siyasəti ilə bağlı olub ki, dövlətin iqtisadi imkanlarının artması bilavəsitə sosial siyasətə daha çox vəsait yönəldilməsinə şərait yaradıb”.

O hesab edir ki, bu istiqamətdə işlər davam etdirilməli və tədricən bütövlükdə büdcə vergi siyasətində adekvatlığın, yəni gəlirlərin, mənfəətin haradan daha çox formalaşırsa, vergi yükünün də ora daha çox istiqamətlənməsi, proqressiv vergi şkalaların tətbiqi kimi məsələlərə keçməliyik ki, bunların tətbiqi də ölkə iqtisadiyyatının dayanıqlığına xidmət etməlidir.

Qeyri-neft sektorunda şəffaflaşma prosesləri sürətlənib

Bu ilin I yarısının nəticələri məlum olmasa da, 2019-cu ilin ilk 5 ayında qeyri-neft sektoru üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. ƏDV dövriyyəsində artım isə 9,6% təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4%, o cümlədən ƏDV dövriyyəsi 24,6% artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə – 37,3%, o cümlədən ƏDV dövriyyəsi 38,2% artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6% təşkil edir.

Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5%-dən 65,7%-ə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3%-i ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.

2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3%, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7%, istehsalda isə 30,1% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9%-dən 83,6%-ə, istehsalda isə 65,7%-dən 75,4%-ə yüksəlib.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7%-ə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8%), ticarətdə (43,7%), rabitədə (24,2%), sənayedə (16,9%) və digər fəaliyyət sahələrində (29,9%) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1% və 56,3% artmasıdır.

Hazırkı vergi sistemi daha loyaldır, amma sərtdir

Vergi üzrə ekspert Anar Bayramov açıqlamasında bildirib ki, Azərbaycan kimi zaman-zaman vergi sistemi dəyişən ölkə üçün 6 ay çox qısa bir müddətdir. Onun sözlərinə görə, əvvəlki vergi sistemi ilə vergi ödəyicisinə və vergi ödənişinə yanaşma ilə hazırkı vergi sistemi arasında kəskin fərq var:

“Etiraf edək ki, hazırkı vergi sistemi daha loyaldır, amma sərtdir. Nəzərə alsaq ki, səyyar vergi yoxlamalarının sayı 4 dəfə azaldılıb, amma kameral vergi yoxlamaları daha ciddi və daha sərt olub, əvvəlki vergi sistemində ənənəvi vergi ödəyicilərinin ənənəvi vergi ödənişləri vardı. Zəng edib telefonla “bu qədər vergi ödəmək lazımdır” deyirdilər. Bu cür hallara artıq Vergilər Nazirliyində bu cür yanaşma azaldılıb. Tam demək olmaz ki, yığışdırılıb, amma azaldılıb”.

Onun sözlərinə görə, vergi əməkdaşları vergi ödəyiciləri və vergi mütəxəssisləri ilə daha yaxından əlaqəlidir: “Onlar arasında yüksək səviyyədə əməkdaşlıqlar mövcuddur. Vergi əməkdaşları vergi ödəyicilərindən məlumatlar alırlar, onlar çatışmayan məsələləri öyrənirlər. Mövcud boşluqlar və çatışmayan tərəflərlə bağlı məlumatları alıb, emal edib və həmin boşluğu aradan qaldırmağa çalışırlar. Bəzi hallarda yüksək iradə nümayiş etdirirlər, istəklərini ortaya

Mütəxəssis bildirib ki, bu gün səyyar vergi yoxlamalarının 4 dəfə azaldılması səbəbindən, elə vergi ödəyicisi var ki, 3 ildir ona vergi yoxlaması gəlmir:

“Ancaq əvvəlki vergi sistemində isə mümkün deyildi ki, bir il ərzində yoxlama gəlməsin. Hətta şirkətin fəaliyyətinin bir ili tamam olmadan, səkkizinci ayında belə növbədənkənar vergi yoxlaması aparırdılar. İndi isə bu hallar yoxdur və bu, biznes mühitinə müsbət təsir göstərir. Şirkətlər də yoxlama olmadığı üçün rahat “nəfəs alır”, manevr edir, kapitalını daha rahat dövr edir. Bütün bunların müsbət tərəfləri var. Müsbət haldır ki, səyyar yoxlamalarının sayının azaldılması vergi ödəyicilərinə biznes imkanlarının genişləndirməsinə şərait yaradır”.

Azərbaycanda biznes başlamaqla bağlı “Doing Bussines” hesabatında yuxarı yerdə olduğumuzu deyən A. Bayramov bildirib ki, bu gün Azərbaycanda biznesə başlamaqda yüksək göstəricisi var:

“Bu gün Azərbaycanda rahatlıqla bir gün ərzində şirkət qeydiyyata almaq mümkündür. Tək şəxsiyyət vəsiqəsi ilə şirkət qeydiyyatdan keçirilir. Bu, çox yüksək bir nailiyyətdir. Avropanın aparıcı ölkələrində belə bir proses yoxdur. Amma yenə də bəzi məsələlər var ki, orada geri qalırıq”.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Artıq ödənilmiş sosial sığorta haqqının geri qaytarılması

posted in: Xəbər | 0

                                 Artıq ödənilmiş sosial sığorta haqqının geri qaytarılması sosial sığorta haqqı

Redaksiyamıza daxil olan müraciətlərin bir qismində artıq ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması məsələsi qaldırılıb. Vergi agenti tərəfindən fiziki şəxsdən artıq miqdarda tutulmuş məcburi sosial sığorta haqqının qaytarılması üçün fiziki şəxs hansı müvafiq icra orqanına müraciət etməlidir? 

Vergilər Nazirliyindən məsələ ilə bağlı bildiriblər ki, vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

  • büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldirlər;
  • büdcəyə artıq ödəmələri işsizlikdən sığorta haqqı ilə bağlı borcların və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
  • sığortaedənin razılığı ilə büdcəyə artıq ödəmələri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
  • büdcəyə artıq ödəmələrin qalan məbləğinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu qaydalarda nəzərdə tutulmuş formada rəy tərtib edirlər.

Artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər.

Onu da deyək ki, Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nı yeni redaksiyada təsdiq edib.

Sənədə əsasən, Azərbaycanda vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sosial sığorta haqqı

ƏDV-nin əvəzləşdirilməsi

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDVƏDV-nin əvəzləşdirilməsi.

Sual:

Müəssisə Əlavə Dəyər Vergisi tutulan əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparır. Əlavə Dəyər Vergisi tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği xüsusi çəki metodu, yoxsa tam məbləğdə əvəzləşdirilir?

Cavab:

Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında Əlavə Dəyər Vergisi ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil olunan malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş Əlavə Dəyər Vergisinin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, tam məbləğdə əvəzləşdirilir.

Misal:
“A” MMC topdan ticarət fəaliyyəti ilə məşğuldur. 2019-cu ilin yanvar ayında 118.000 manat (o cümlədən 18.000 manat ƏDV) dəyərində yuyucu vasitələr, 50.000 manat dəyərində (ƏDV-dən azad edilən əməliyyat) isə Azərbaycan Respublikasında istehsal olunmuş quş əti alınmışdır. Hər iki mala 10 faiz ticarət əlavəsi tətbiq edilməklə yuyucu vasitələr 110.000 manata (Əlavə Dəyər Vergisiz), quş əti isə 55.000 manata təqdim edilmişdir. Cəmiyyətin dövriyyəsi ümumilikdə 165.000 manat (Əlavə Dəyər Vergisiz) təşkil etmiş və tərkibi aşağıdakı kimi olmuşdur:

Əlavə Dəyər Vergisi cəlb olunan əməliyyat (yuyucu vasitələrin satışı) – 110.000 manat (ƏDV-siz);
Əlavə Dəyər Vergisindən azad edilmiş əməliyyat (quş ətinin satışı) – 55.000 manat;

Vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi – 66,67 faiz (110.000 / 165.000 x 100%) təşkil etmişdir.

Müəssisənin yanvar ayı üzrə əvəzləşdirilən Əlavə Dəyər Vergisi məbləği belə olacaq: alınmış quş ətinin (ƏDV-dən azad olunan əməliyyat) və yuyucu vasitələrin (ƏDV-yə cəlb olunan əməliyyat) ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu halda, ödənilmiş ƏDV tam məbləğdə əvəzləşdirilir, yəni: 18.000 manat (ödənilmiş Əlavə Dəyər Vergisi) x 100% = 18.000 manat.

Əsas: Vergi Məcəlləsi, 175.4-cü maddə

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV Əlavə Dəyər Vergisi