» » » ƏDV-nin əvəzləşdirilməsi

ƏDV-nin əvəzləşdirilməsi

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

ƏDVƏDV-nin əvəzləşdirilməsi.

Sual:

Müəssisə Əlavə Dəyər Vergisi tutulan əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparır. Əlavə Dəyər Vergisi tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği xüsusi çəki metodu, yoxsa tam məbləğdə əvəzləşdirilir?

Cavab:

Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında Əlavə Dəyər Vergisi ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil olunan malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş Əlavə Dəyər Vergisinin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, tam məbləğdə əvəzləşdirilir.

Misal:
“A” MMC topdan ticarət fəaliyyəti ilə məşğuldur. 2019-cu ilin yanvar ayında 118.000 manat (o cümlədən 18.000 manat ƏDV) dəyərində yuyucu vasitələr, 50.000 manat dəyərində (ƏDV-dən azad edilən əməliyyat) isə Azərbaycan Respublikasında istehsal olunmuş quş əti alınmışdır. Hər iki mala 10 faiz ticarət əlavəsi tətbiq edilməklə yuyucu vasitələr 110.000 manata (Əlavə Dəyər Vergisiz), quş əti isə 55.000 manata təqdim edilmişdir. Cəmiyyətin dövriyyəsi ümumilikdə 165.000 manat (Əlavə Dəyər Vergisiz) təşkil etmiş və tərkibi aşağıdakı kimi olmuşdur:

Əlavə Dəyər Vergisi cəlb olunan əməliyyat (yuyucu vasitələrin satışı) – 110.000 manat (ƏDV-siz);
Əlavə Dəyər Vergisindən azad edilmiş əməliyyat (quş ətinin satışı) – 55.000 manat;

Vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi – 66,67 faiz (110.000 / 165.000 x 100%) təşkil etmişdir.

Müəssisənin yanvar ayı üzrə əvəzləşdirilən Əlavə Dəyər Vergisi məbləği belə olacaq: alınmış quş ətinin (ƏDV-dən azad olunan əməliyyat) və yuyucu vasitələrin (ƏDV-yə cəlb olunan əməliyyat) ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu halda, ödənilmiş ƏDV tam məbləğdə əvəzləşdirilir, yəni: 18.000 manat (ödənilmiş Əlavə Dəyər Vergisi) x 100% = 18.000 manat.

Əsas: Vergi Məcəlləsi, 175.4-cü maddə

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV Əlavə Dəyər Vergisi