» » » E-kassadan istifadənin xüsusiyyətləri

E-kassadan istifadənin xüsusiyyətləri

posted in: Xəbər | 0
birbank biznes

E-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu e-kassa istifadəçisi olan hüquqi şəxslərə və fərdi sahibkarlara e-kassa operatorları tərəfindən imzalanmış müqavilə əsasında təqdim olunur və e-kassa operatorunun təqdim etdiyi müvafiq təlimatlar əsasında istismar olunur. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə cavab verən e-kassa operatorları barədə məlumatı portalın “E-kassa operatorları və e-kassaların stoku” alt-bölməsindən əldə etmək olar.

E-kassa istifadəçiləri olan hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan qurğuların qorunmasını təmin etməlidir.

E-kassalara texniki baxış və onların təmiri, müvafiq müqavilə imzalanmaqla, e-kassa operatorları tərəfindən həyata keçirilir.

Hüquqi şəxslər və fərdi sahibkarlar e-kassaları Vergilər Nazirliyinin informasiya sistemləri bazasına müvafiq məlumatlar daxil olunduqdan sonra istifadə sahəsinə uyğun şəkildə istismar etməlidirlər.

E-kassaların istifadəsi aşağıdakı hallarda mümkün deyil:

  • e-kassa dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;
  • unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;
  • e-kassa yararsız hala düşdükdə; e-kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
  • e-kassasının zavod və ya seriya nömrəsi sertifikatda göstərilən nömrə ilə uyğun olmadıqda;
  • qanunvericilikdə nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
  • nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda; nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

Mənbə: e-kassa.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.