» » » 2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə Yaddaş

2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə Yaddaş

posted in: Vergi, Xəbər | 0
birbank biznes
2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə 
Y A D D A Ş
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr 
  • 2019-cu il üzrə hesablanmış torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2019-cu ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2019-cu ilin iyul ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir). 
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin iyul ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin avqust ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:  20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.
Mənbə: taxes.gov.az