Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Əlavə dəyər vergisinin (ƏDV) qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri – AR Prezidentinin 12.07.2016- cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” – VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı – Vergilər nazirinin 18.07.2016- cı il tarixli 1617040101056100 nömrəli əmri

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

– qeydiyyata xitam verilməsi: ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– qeydiyyata xitam verilməsi barədə bildiriş (elektron kabinetə göndərilir) (Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


 

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV Əlavə Dəyər Vergisi

E-kassanın tərkibi haqqında

posted in: Xəbər | 0
E-kassanın tərkibi haqqında

E-kassa sistemi iki əsas elementdən ibarətdir: bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan. Hər bir e-kassa nəzarət mexanizmi qurğusu ilə vahid ritmdə işləməlidir.

E-kassa

E-kassa hüquqi şəxslərə və fərdi sahibkarlara, malların satışı və xidmətlərin təqdim edilməsi zamanı pul hesablaşmaları üzrə kassa əməliyyatlarının aparılması imkanını yaradır.

İstifadə edildiyi yerdən asılı olaraq e-kassaların funksionallığında müəyyən fərqliliklər ortaya çıxır. Məsələn, yanacaqdoldurma məntəqələrində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasını və satış çekinin formalaşdırılmasını neft məhsullarının, mayeləşdirilmiş karbohidrogen qazların çıxışı ilə eyni vaxtda həyata keçirməsini təmin etməlidir.

Bununla yanaşı, istehlakçıya masa arxasında xidmət göstərilən və hesab verilən ictimai iaşə obyektlərində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasının və satış çekinin yaradılmasını sifarişin qəbulu və təqdim olunması ilə eyni anda həyata keçirməlidir.

E-kassa vergi ödəyicisi haqqında məlumatları sertifikatdan ötürülərək çekin üzərində çap olunmasını təmin etməlidir. Çekin formalaşdırılması üzrə əməliyyat yalnız unikal idendifikatorun (fiskal İD) uğurla alınmasından sonra bitmiş hesab edilməlidir.

Bununla yanaşı, e-kassa dəyişilməyən zavod və ya seriya nömrəsinə malik olmalıdır. Və istifadəçisinin identifikasiyasını, həmçinin e-kassanın işə düşməsi üçün nəzarət mexanizmi qurğularının PIN kodunun yığılması imkanını təmin etməlidir.

Nəzarət mexanizmi qurğusu

E-kassanın tərkibi hissəsi olan nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyində qeydiyyata alınmalıdır. Vergi ödəyicisinin şəxsi məlumatlarını əhatə edən sertifikatla (Vergilər Nazirliyi tərəfindən verilmiş) təmin olunmalıdır. Yalnız bundan sonra e-kassalarda istifadə edilməlidir.

Nəzarət mexanizmi qurğusu 3 il müddətinə hər bir e-kassaya fərdi qaydada quraşdırılır. Və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni e-kassaya quraşdırıldırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir.

Bununla yanaşı, nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyinin informasiya sistemləri bazası ilə bağlantı olmadığı təqdirdə 7 gün ərzində e-kassa vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını, həmçinin onların tamlığının və etibarlığının qorunmasını təmin edir. Qurğu, məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə formalaşdırılmasına, çeklərin sıra ardıcıllığının pozulmamasına və formalaşdırma tarixinə nəzarət edir.

E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilən PİN kodu istifadəçi daxil etdikdən sonra çap edilə bilər. Qurğu oflayn rejimdə qalması müddətini (7 gün) aşan tarixlə çekin formalaşdırması əməliyyatının aparılmasına icazə vermir.

Mənbə: e-kassa.gov.az

 

AGA Group of Companies Mühasib axtarır

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: AGA Group of Companies

Əmək Haqqı: 600 – 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 497-32-11
  • E-mail: vakansiya@agagroup.azinfo@finstaff.az

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Mal-materialların uçotunun aparılması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə saat 09:00-dan 18:00-dək; Şənbə qısaldılmış iş günü saat 09:00-dan 13:00-dək; bazar – istirahət
– Əmək haqqı: 600-800 AZN + bonus

Namizədə tələblər

– Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Azərbaycan dili (əla)
– 1C (8.3) proqramında işləmək bacarığı
– Maliyyə sahəsində sertfikatı olanlara üstünlük verilir

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV-lərini vakansiya@agagroup.az  / info@finstaff.az elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya mühasib

Bəzi məhsullar üçün aksiz vergisi azaldılıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycana gətirilən yüngül distilyatlar və məhsullar üçün aksiz vergisi 80 dəfə azaldılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara əsasən, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra- avqustun 28-də qüvvəyə minəcək.

Tam mətnə nəzər yetirin:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan …..malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. AR Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə 2710 12 110 0 alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “1 ton üçün 80 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilsin.
  2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 Azərbaycan Respublikasının

Baş naziri            Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
aksiz vergisi məhsullar