» » » E-kassanın tərkibi haqqında

E-kassanın tərkibi haqqında

posted in: Xəbər | 0
birbank biznes
E-kassanın tərkibi haqqında

E-kassa sistemi iki əsas elementdən ibarətdir: bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan. Hər bir e-kassa nəzarət mexanizmi qurğusu ilə vahid ritmdə işləməlidir.

E-kassa

E-kassa hüquqi şəxslərə və fərdi sahibkarlara, malların satışı və xidmətlərin təqdim edilməsi zamanı pul hesablaşmaları üzrə kassa əməliyyatlarının aparılması imkanını yaradır.

İstifadə edildiyi yerdən asılı olaraq e-kassaların funksionallığında müəyyən fərqliliklər ortaya çıxır. Məsələn, yanacaqdoldurma məntəqələrində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasını və satış çekinin formalaşdırılmasını neft məhsullarının, mayeləşdirilmiş karbohidrogen qazların çıxışı ilə eyni vaxtda həyata keçirməsini təmin etməlidir.

Bununla yanaşı, istehlakçıya masa arxasında xidmət göstərilən və hesab verilən ictimai iaşə obyektlərində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasının və satış çekinin yaradılmasını sifarişin qəbulu və təqdim olunması ilə eyni anda həyata keçirməlidir.

E-kassa vergi ödəyicisi haqqında məlumatları sertifikatdan ötürülərək çekin üzərində çap olunmasını təmin etməlidir. Çekin formalaşdırılması üzrə əməliyyat yalnız unikal idendifikatorun (fiskal İD) uğurla alınmasından sonra bitmiş hesab edilməlidir.

Bununla yanaşı, e-kassa dəyişilməyən zavod və ya seriya nömrəsinə malik olmalıdır. Və istifadəçisinin identifikasiyasını, həmçinin e-kassanın işə düşməsi üçün nəzarət mexanizmi qurğularının PIN kodunun yığılması imkanını təmin etməlidir.

Nəzarət mexanizmi qurğusu

E-kassanın tərkibi hissəsi olan nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyində qeydiyyata alınmalıdır. Vergi ödəyicisinin şəxsi məlumatlarını əhatə edən sertifikatla (Vergilər Nazirliyi tərəfindən verilmiş) təmin olunmalıdır. Yalnız bundan sonra e-kassalarda istifadə edilməlidir.

Nəzarət mexanizmi qurğusu 3 il müddətinə hər bir e-kassaya fərdi qaydada quraşdırılır. Və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni e-kassaya quraşdırıldırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir.

Bununla yanaşı, nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyinin informasiya sistemləri bazası ilə bağlantı olmadığı təqdirdə 7 gün ərzində e-kassa vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını, həmçinin onların tamlığının və etibarlığının qorunmasını təmin edir. Qurğu, məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə formalaşdırılmasına, çeklərin sıra ardıcıllığının pozulmamasına və formalaşdırma tarixinə nəzarət edir.

E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilən PİN kodu istifadəçi daxil etdikdən sonra çap edilə bilər. Qurğu oflayn rejimdə qalması müddətini (7 gün) aşan tarixlə çekin formalaşdırması əməliyyatının aparılmasına icazə vermir.

Mənbə: e-kassa.gov.az