Yeni işə başlayan fiziki şəxsin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Yeni işə başlayan fiziki şəxsin vergi öhdəlikləri.

Sahibkarlıq fəaliyyətinə ilk dəfə başlamaq üçün nə etmək lazımdır? Əgər vətəndaş mağaza açırsa, ilk günlərdən ona vergi necə və hansı məbləğdə təyin olunacaq? İlk dəfə sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayan fiziki şəxs üçün hansı güzəştlər və məlumatlandırma baxımından hansı köməkliklər göstərilir? 

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, mağaza açmaq sahibkarlıq fəaliyyəti hesab edilir. Və fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət etməlidir. Və vergi uçotuna alınmalıdır.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunan şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir.

Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna durmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

“Asan imza” sertifikatlarının alınması üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) “Asan imza” SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlidir. Təqdim edilən sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət edən şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Gücləndirilmiş elektron imzanın vacibliyi ilə bağlı isə bildirilir ki, 2018-ci il yanvar ayının 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə fakturanın təqdim edilməsi üçün, əmək müqavilələrinin rəsmiləşdirilməsi üçün gücləndirilmiş elektron imzanın (o cümlədən “Asan imza”nın) olması zəruridir.

Həmin şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sadələşdirilmiş vergi ödəyicisi olduqda əldə olunan gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi ödənilməlidir. Göründüyü kimi, sadələşdirilmiş verginin dərəcəsi güzəştli xarakter daşıdığı üçün əlavə vergi güzəştləri nəzərdə tutulmayıb.

Sahibkar gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyi halda isə gəlirlərindən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Bu halda bir sıra vergi güzəştləri nəzərdə tutulub.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəlikləri fiziki şəxsin vergi öhdəlikləri

Audit departamentində təcrübə proqramı elan olunur

posted in: Təcrübə, Xəbər | 0

PASHA Holding Qrup üzrə Audit departamentində tam iş günü təcrübə proqramı elan edir.

4 aylıq ödənişli proqram növbəli şəkildə hər şirkətdə bir ay müddətində olmaqla (PAŞA Holdinq və onun strateji aktivləri olan Kapital Bank, PAŞA Bank və sığorta şirkətlərindən birində, (PAŞA Sığorta və ya PAŞA Həyat Sığorta) təcrübə nəzərdə tutur. Təcrübə proqramının sonunda nümayiş etdikləri fəaliyyət göstəriciləri əsasında ən uğurlu 5 namizədə vurğulanan 5 şirkətdə daimi iş təklif olunacaq.

Təcrübə dövrü ərzində təcrübəçidən tələb olunanlar:

• Audit fəaliyyəti və audit işi üzrə təsəvvür formalaşdırmaq;
• Daxili nəzarət prosedurlarını aydın və dəqiq şəkildə sənədləşdirmək;
• Audit sənədlərini və audit məlumatlarını təhlil etmək;
• Potensial daxili nəzarət çatışmazlıqlarını aşkarlamaq və audit komandasını məlumatlandırmaq;
• Audit hesabatlarının və təqdimatlarının hazırlanmasında dəstək olmaq;
• Tapşırılmış audit yoxlamalarının aparılmasında, eləcə də gündəlik audit işlərində audit komandasına dəstək olmaq.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Audit, Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi;
• Güclü yazı və şifahi ünsiyyət bacarığı;
• MS Office proqramları üzrə dərin biliklər – Excel, Word, Power Point.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV internship@pasha-holding.az / info@finstaff.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Audit üzrə təcrübəçi” qeyd olunmalıdır;
• CV-lər 19 avqust 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı YALNIZ qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Mənbə: muhasibat.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Torpaq sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

posted in: Vergi, Xəbər | 0

Torpaq sahələriVergi Məcəlləsinin 218.4.5-cü maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi mülkiyyətində olan torpaq sahələrini təqdim edən şəxslərdən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması qaydasını müəyyənləşdirməkdir. Belə ki, yaşayış fondlarının, sənaye və kənd təsərrüfatı təyinatlı torpaqların təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir.

Qanuna əsasən, torpaq sahələrini təqdim edən şəxslərdən alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar ödəmə mənbəyində torpaq sahələrinin sadələşdirilmiş vergisini yaşayış fondları, sənaye və kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə aşağıdakı qaydaya uyğun olaraq ayrılıqda hesablayır:

Yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə hesablama: torpağın ümumi sahəsi x 0,5 manat (baza məbləği) x zona əmsalı;
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri üzrə hesablama: torpağın ümumi sahəsi x 0,5 manat (baza məbləği) x zona əmsalı x yüksəldici əmsal;
Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə hesablama: kənd təsərrüfatı təyinatlı torpaqlara Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində sadələşdirilmiş vergi hesablanır: torpağın ümumi sahəsi x şərti bal x 0,06 (bir şərti balın məbləği) x 2 (sadələşdirilmiş vergi əmsalı).

Misal 1: Tutaq ki, Naxçıvan şəhərində fiziki şəxsin mülkiyyətində sahəsi 500 m2 olan və yaşayış fondu üçün nəzərdə tutulan torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (500 m2) baza məbləğinə (0,5 manat) vururuq və alınan məbləği Naxçıvan şəhəri üzrə zona əmsalına (1,2) vuraraq ödəmə mənbəyində tutulmalı 300 manat (500 m2 (torpağın ümumi sahəsi ) x 0,5 manat (baza məbləği) x 1,2 (zona əmsalı) = 300 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Misal 2: Tutaq ki, Kəngərli rayonunda hüquqi şəxsin mülkiyyətində sahəsi 1200 m2 olan sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (1200 m2) baza məbləğinə (0,5 manat), alınan məbləği isə Kəngərli rayonu üzrə zona əmsalına (1,2) vururuq və bu dəfə alınan məbləği həmin rayon üzrə yüksəldici əmsala (1,1) vuraraq ödəmə mənbəyində tutulmalı 330 manat (1.200 m2 (torpağın ümumi sahəsi ) x 0,5 manat (baza məbləği) x 0,5 (zona əmsalı) x 1,1 (yüksəldici əmsal) = 330 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Misal 3: Tutaq ki, Babək rayonunda fiziki şəxsin mülkiyyətində birinci kateqoriyaya aid olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (2 ha) Babək rayonunun birinci kateqoriyaya üzrə şərti balına (53), alınan məbləği də bir şərti balın məbləğinə (0,06) vururuq. Alınan məbləği sadələşdirilmiş vergi əmsalına ( 2 ) vuraraq ödəmə mənbəyində tutulmalı 12.72 manat (2 ha (torpağın ümumi sahəsi ) x 53 (şərti bal) x 0,06 (bir şərti balın məbləği) x 2 (sadələşdirilmiş vergi əmsalı) = 12.72 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Onu da qeyd edək ki, bu maddəyə əsasən torpaq sahələrinin təqdim edilməsi zamanı aşağıdakı hallarda müqavilələri təsdiq edən natariuslar sadələşdirilmiş vergi tuta bilməzlər.

1. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən torpaq sahələri vergi ödəyicisinin ailə üzvləri tərəfindən hədiyyə, maddi yardım və miras kimi verildikdə;

2. Vergi Məcəlləsinin 102.1.18-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;

3. Vergi Məcəlləsinin 106.1.16. -cı maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;

4. Vergi Məcəlləsinin 144.1.1-ci maddəsinə torpaq sahələri ər və arvad arasında verildikdə;

5. Vergi Məcəlləsinin 144.1.2-ci maddəsinə əsasən torpaq sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;

Misal 4: Tutaq ki, Bakı şəhərində hüquqi şəxsin mülkiyyətində 500m2 torpaq sahəsi var. Hüquqi şəxsin həmin torpağı dövlət ehtiyacları üçün alınıb və dəyəri kompensasiya kimi ödənilmişdir. Bu halda alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır. Çünki Vergi Məcəlləsinin 106.1.16-ci maddəsinə əsasən hüquqi şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildiyi halda onun tam dəyəri vergidən azaddır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Bank, Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı AMB uçot

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə keçirdiyi mətbuat konfrasında qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar iyulun 29-dan qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə sentyabrın 13-də baxacaq.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun. 
Azərbaycan Mərkəzi Bankı AMB uçot