Daha çox8
Daha çox8

Azərbaycanda ƏDV-nin bu modelinin tətbiqi təklif olunur

posted in: Vergi, Xəbər | 0

Hesablama vergi sirri hesablama palatası vergi ödəmələri Ali Audit Qurumları memorandumHesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.

Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir. 2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni təşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir. Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2%-ni təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4%-ə enmiş, Komitənin payı isə artaraq 54,6%-ə yüksəlib”, – V.Gülməmmədov bildirib.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7%, Komitə üzrə 32% artıb.

O, qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçı lıq modelinin tətbiqini təklif edir”, – deyə Hesablama Palatasının sədri bildirib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV

Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

posted in: Xəbər | 0

Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, sahibkarlıqla bağlı mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmənin yaradılması artıq zamanın tələbinə çevrilib: “Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli zamanı operativliyin təmin olunması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə ötən ilin dekabrında qanunvericiliyə əsaslı dəyişikliklər edilib, o cümlədən iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada, yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması müəyyən edilib.

Eyni zamanda, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha operativ və səmərəli həllinin təmin edilməsi, məhkəmə icraatının effektivliyinin artırılması məqsədilə Fərmanda mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlil edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi ilə bağlı ali və apelyasiya məhkəmələri, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tövsiyə və tapşırıqlar verilib”.

Nazir qeyd edib ki, yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılması məqsədilə yeni ixtisaslaşmış məhkəmələr – kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. Hazırda həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

F.Məmmədovun sözlərinə görə, yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur:

“Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaq. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq”.

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaq.

Mənbə: muhasibat.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
inzibati məhkəmə

Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəticələr açıqlanıb

posted in: Məqalə, Xəbər | 0

Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəticələr açıqlanıb

Azərbaycanda 2018-ci ilin sonu, 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb.

Azərbaycan Baş Nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayı 101 min 551 ədəd artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731 ədəd olub.

Ə.Əhmədov xatırladıb ki, 2018-ci ildə bu göstərici 91 min 389 ədəd təşkil edib. Ümumilikdə, Komissiya yaranandan indiyədək, təxminən, 250 min əmək müqaviləsi artımı olub.

Komissiya sədrinin sözlərinə görə, 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxslərin sayı ötən ilin əvvəli ilə müqayisədə 32 min 457 nəfər artaraq 361 min 1 nəfər, 2019-cu ilin 1 iyul tarixinə isə aktiv fiziki şəxslərin sayı 8 min 569 nəfər artaraq 369 min 570 nəfər təşkil edib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qeyri-formal məşğulluq

Yeni qeydiyyata alınan hüquqi şəxslərin e-qeydiyyatdan istifadəsi

posted in: Xəbər | 0

Azərbaycanda yeni qeydiyyata alınan hüquqi şəxslərin 85,7 %-i e-qeydiyyatdan istifadə edib

2019-cu ilin ötən 6 ayında ölkəmizdə 7 111 hüquqi şəxs qeydiyyata alınıb. Qeydiyyata alınan hüquqi şəxslərin mütləq əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Bu barədə Vergilər Nazirliyi xəbər verib.

Aparılan təhlillər göstərir ki, buna təsir edən səbəblərdən biri 2019-cu ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsidir. Elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanın yaradılması nəticəsində bu xidmətdən istifadə edənlərin sayı yüksək sürətlə artmaqdadır. 2019-cu ilin 6 ayında qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb. E-qeydiyyatın xüsusi çəkisi isə 79,6 %-dən 85,7%-ə yüksəlib.

Məlum oduğu kimi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər nəticəsində cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır.

Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb. Həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər.

Məlumatda qeyd edilir ki, qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə hüquqi şəxsin qeydiyyat prosesi yekunlaşır. Yeni elektron qeydiyyat sistemində əmək müqaviləsi bildirişləri barədə məlumatlar avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilir.

Həmçinin vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi və biznes tipli sertifikatın əldə edilməsi üçün müraciətin sertifikat xidmətləri mərkəzinə göndərilməsi təmin olunur. Başqa sözlə, bir prosedurun yekunlaşması ilə daha 4 fərqli proses yerinə yetirilmiş olur.

Yeni elektron qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir. Və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi sənəd olaraq bütün dövlət qurumları:

banklar;

notariuslar;

digər təşkilatlar tərəfindən elektron formada qəbul edilməsi təmin edilir.

Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə elektron hökumət portalında müvafiq inzibati reqlament, “İnternet Vergi İdarəsi”ndə isə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.

Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir etməkdədir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Qeyd olunan dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enib və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
e-qeydiyyat
error: Content is protected !!