» » » Malların elektron qaimə-faktura verilmədən satılmasına görə sanksiya tətbiq edilir

Malların elektron qaimə-faktura verilmədən satılmasına görə sanksiya tətbiq edilir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Malların elektron qaimə-faktura verilmədən satılmasına görə sanksiya tətbiq edilir

Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Elektron qaimə-fakturaların tətbiqi:

  • vergi inzibatçılığının sadələşdirilməsinə;
  • vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə;
  • vergidən yayınma hallarının azaldılmasına;
  • vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir.

2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir.

Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur. Və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir.

Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa:

  • birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi;
  • ikinci dəfə 20 faizi;
  • üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron qaimə-faktura