» » » Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

A MMC Azərbaycan Respublikasında Turizm Fəaliyyəti ilə məşğul olur. A MMC xarici ölkə vətəndaşları üçün tur paketlər təşkil edərək onlara satır.

Məsələn, Hindistanda yaşayan Hindistan vətandaşına 5 gün Azərbaycanda, daha sonra 4 gün Gürcüstanda, daha sonra isə 5 gün Türkiyə olmaqla Tur paket satır. Hindistan vətandaşı ümümi tur paketin dəyəri olan 4000,00 manat məbləği A MMC-nin Hindistandan bir başa Azərbaycandakı hesabına ödəyir. A MMC isə ödənilən 4000,00 manat məbləğdən Turun digər hissələri olan Turistin Gürcüstan və Türkiyə otellərində gecələmək üçün Gürcüstan və Türkiyə Respublikalarına ümümilikdə 2800,00 manat məbləğ ödəniş edir.

Sual:

A MMC Turun Digər hissələrinə ödədiyi 2800,00 manat məbləğdən Ödəmə mənbəyindən və ya 18% dərəcə ilə ƏDV si vergisi dövlət bücəsinə ödəməlidirmi?

Cavab:

Sorğunuzda qeyd olunan turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi tutulan əməliyyatın dəyəri isə vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir.

Bu baxımdan da istər rezident şəxslərdən, istər qeyri-rezident şəxslərdən göstərəcəyininiz xidmətlərin müqabilində əldə edəcəyiniz tam məbləğ ƏDV-yə cəlb olunmalıdır. Sorğunuzda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyini nəzərə alaraq həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas:

Vergi Məcəlləsinin 104-cü, 125-ci, 159-cu, 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Turizm şirkəti vergilər