Vakansiya: Büdcə və maliyyə hesabatlığı üzrə mütəxəssis

posted in: Uncategorized | 0

maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiyaVakansiya: Büdcə və maliyyə hesabatlığı üzrə mütəxəssis.

İşəgötürən: Gilan Holding

  • Əmək haqqı: Razılaşma
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: info@gilanholding.com / info@finstaff.az

İş barədə məlumat

  • Maliyyə və idarəetmə hesabatlarını müəyyən edilmiş müddətdə tərdib və təqdim etmək;
  • Maliyyə intizamının icrasına nəzarət etmək; İstehsal olunan məhsulların maya dəyərini və gəlirliyinin planlaşdırılması;
  • Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analizi;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini yoxlamaq;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaq;
  • Daxil olan pul vəsaitlərinin mühasibat uçotu hesablarında onların hərəkətinin düzgün əks etdirilməsini yoxlamaq;
  • Şirkətlərlə və fiziki şəxslərlə imzalanması nəzərdə tutulan alqı-satqı, xidmət, icarə və sair müqavilələrin hazırlanmasında yaxından iştirak edir.

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat);
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (Word,Excel,Power Point);
  • Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
  • Analitik təhlil etmə və hesabat tərtib etmə qabiliyyətinə sahib olmalı;
  • Komandada işləmək bacarığı;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

CV-lərinizi info@gilanholding.com / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya

Torpaq vergisinin hesablanması

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Torpaq vergisinin hesablanması

Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən, bütün torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində torpaq vergisinə cəlb edilir. Bunun üçün rezident və qeyri-rezident fiziki şəxslər, habelə müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, həmin vergini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Vətəndaşların öhdəliyi olan torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmadan ödənilməlidir. Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin və müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda isə fiziki şəxslərin torpaq vergisi yerli bələdiyyə büdcəsinə ödənilməlidir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Məcəllənin 206.1-1-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Həmin maddənin 2-ci bəndində müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirildiyi əskini tapıb. Vergi Məcəlləsinin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulan torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

10000 m²-dək olduqda

10000 m²-dən yuxarı olan hissə üçün

10000 m²-dək olduqda

10000 m²-dən yuxarı olan hissə üçün

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

10

20

0,6

1,2

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri

8

16

0,5

1,0

Digər şəhərlər və rayon mərkəzləri

4

8

0,3

0,6

Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər

2

4

0,1

0,2

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Dəymiş zərərə görə kompensasiyanın hesablanması

posted in: Vergi, Xəbər | 0

                           Dəymiş zərərə görə kompensasiyanın hesablanması kompensasiya

Vergi Məcəlləsinin 102-ci maddəsi gəlir vergisindən azadolmalara və güzəştlərə həsr olunub. Məcəllənin 102.1.10-cu bəndində göstərilib ki, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri vergidən azad edilən gəlirlər siyahısındadır. “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində ödəmələr verilməlidir. Bəs burada hansı ödəmələrdən söhbət gedir? Həmin ödəmələrin məbləğini hansı dövlət orqanı müəyyən edir?

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilib.

Qeyd: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı əsas götürülür.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kompensasiya

1500 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Azakhov LLC

  • Əmək haqqı: 1000 – 1500 AZN
  • Şəhər: Bakı
  • Yaş: 29 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@azakhov.com / info@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü

Baş Mühasib üçün tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)
– Rus dilini bilənlərə üstünlük veriləcək.
-Yaş həddi minimum 29-30 –dan yuxarı

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər (hr@azakhov.com / info@finstaff.az)

Əmək haqqı 1000-1500 azn

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Baş Mühasib