Xaricdə yerləşən şirkətlərə xidmət göstərirəmsə mütləq mənfəət vergisi ödəyicisi olmalıyam?

posted in: sual-cavab, Xəbər | 0

xidmətSual: Gəlmə turizm sahəsi ilə məşğul olan turizm şirkəti yalnız əcnəbi vətəndaşlara və ya əcnəbi vətəndaşları Azərbaycana göndərən əcnəbi şirkətlərə xidmət göstərir. Təbii ki, belə halda elektron qaimə verilmir. Bu zaman turizm şirkəti sadələşmiş vergi ödəyicisi kimi fəaliyyətini davam etdirə bilərmi?

Cavab: Bildiririk ki, elektron qaimə-fakturanın təqdim edilib-edilməməsindən asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Sorğunuzda qeyd olunan müəssisənin eyni zamanda xarici şirkətlərə xidmət göstərdiyini nəzərə alaraq, sadələləşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Eyni zamanda mikro sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin (mənfəətin) 75 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci və 218.5.10-cu maddələri.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
xidmət

Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı iki variant təklif edilir

posted in: Xəbər | 0

“Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hazırda iki variant təklif edilir”.

Bunu İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib.

O vurğulayıb ki, İslam İnkişafı Bankı ölkədə İslam bankçılığının tətbiqi ilə əlaqədar hökümətə 2017-ci ildə 200 min dollarlıq qrant ayırıb: “Hesab edirik ki, layihə davamlı ola bilər. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layihədə icraçı qurumdur. Layihə ilə bağlı bu günədək müəyyən işlər görülüb. “IFAAS və EKVITA” konsorsiumu cəlb edilib. Konsorsiumun məqsədi yerli qanunvericiliyi öyrənmək və gələcəkdə müvafiq tövsiyələr təklif etməkdir. Ümumiyyətlə, iki variant təklif edilir – İslam bankçılığın ölkədə tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanması, yaxud da mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək üçün imkan yaradılması təklif edilir. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində İslam bankçılığının pəncərələrinin açılması ilə mümkün olur”.

“Konsorsium müəyyən təkliflərini bu il ərzində verməsi gözlənilir”, – deyə İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi bildirib.

T. Tağıyev qeyd edib ki, İslam bankçılığı alternativ maliyyə mexanizmlərinin tətbiq edilməsi üçün lazımlı mexanizmdir: “İslam bankçılığı faizsiz, dəyərsiz fəaliyyət demək deyil, bu həm ziyana, həm qazanca ortaqlıq prinsiplərindən irəli gəlir”.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İslam bankçılığının tətbiqi

PAŞA Sığorta İnvestisiyaların İdarəolunması Xidmətində Təcrübə elan edir

Təcrübə VakansiyaVakansiya: İnvestisiyaların İdarəolunması Xidmətində təcrübə / İşəgötürən: PAŞA Sığorta

“PAŞA Sığorta” ASC Ali məktəbdə qiyabi təhsil alan, sonuncu kurs bakalavr və habelə magistraturada təhsil alan və təcrübə keçmək arzusunda olan tələbələri İnvestisiyaların İdarəolunması Xidmətində təcrübə keçməyə dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Daxili maliyyə bazarlarında aparılan əməliyyatlar ilə tanış olmaq;
• İnvestisiya əməliyyatlarının icrasında kömək olmaq;
• Daxili hesabatların hazırlanmasında kömək olmaq.

Bilik və bacarıqlar:

• İqtisadiyyat/ Maliyyə istiqaməti üzrə bakalavr/magistr təhsili alan tələbələr;
• Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi üzrə biliklərin olması;
• Dil bilikləri – Azərbaycan dilinin mükəmməl, rus və ingilis dillərinin işlək səviyyədə olması;
• Riyazi biliyə, analitik və məntiqi düşüncəyə malik olması.

Son müraciət tarixi: 15 oktyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (4-cü hissə)

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (4-cü hissə) (əmək müqaviləsi)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Attestasiya və ya sınaqdan çıxmayan işçi…

Hazırki iş yerində 1 ildən az olmayaraq çalışan və istisna kateqoriyaya düşməyən işçilər hər üç (elmi işçilər 5) ildə bir dəfə peşəkarlıq səviyyəsinin yoxlanması üçün attestasiyadan keçə bilər. Bununla yanaşı bəzi kateqoriya şəxslər istisna olmaqla, yeni işə başlayan işçilərə 3 ayadək müddətə sınaq müddəti müəyyən edilə bilər.

Attestasiya komissiyası azı 5 nəfərdən ibarət olur və nüfuzlu işçilər və ya həmkarlar ittifaqı üzvlərindən tək sayda seçilir. Attestasiya zamanı işçiyə vəzifəsi, ixtisası, təhsili, işinin nəticələri, əmək funksiyası üzrə suallar verilir. Attestasiyanın nəticələrinə uyğun olaraq işçinin tutduğu vəzifəyə uyğun olduğu, ya da olmadığı barədə qərar qəbul edilir. Vəzifəyə uyğun olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər attestasiya komissiyası işçinin vəzifəyə uyğun olmadığını, lakin başqa işə keçirməyin mümkünlüyünü qeyd edərsə, işçi başqa işə öz razılığı ilə keçə bilər.

Sınaq müddəti ilə bağlı isə qeyd etmək mümkündür ki, sınaq müddəti ərzində tərəflər müqaviləyə 3 gün əvvəlcədən xəbərdarlıq etməklə xitam verə bilər.

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.
5-ci hissəni oxumaq üçün linkə daxil olun.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək müqaviləsi