» » » Monitorinqi aparılan 300 işəgötürəndən 159-nun fəaliyyətində pozuntu halları aşkar edilib

Monitorinqi aparılan 300 işəgötürəndən 159-nun fəaliyyətində pozuntu halları aşkar edilib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması ilə bağlı həyata keçirilən monitorinqin nəticələri haqda jurnalistlərə məlumat verib. Aşkarlanmış qanun pozuntusu faktlarını sadalayıb: (işəgötürən)

”Əmək və ya xidməti müqavilə olmadan işçi götürən işəgötürənlərdən 90 nəfəri barəsində inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib”. Qeyd olunub ki, 4 işəgötürən üzrə əməldə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib: ”Ümumilikdə pozuntu halları üzrə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib”.

Müdir müavini işəgötürənlərə əmək müqaviləsi elektron formada rəsmiləşdirilərək hüquqi qüvvəyə minmədən işə işçi cəlb etməməyi, işçilərə əmək müqaviləsinin bağlanılmasını tələb etməyi, bir sözlə hər iki tərəfə əmək qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edib:

“Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən iki il ərzində monitorinqi aparılan 300 işəgötürəndən 159-da (53%) pozuntu halları aşkar edilib. Onlardan 119 işəgötürən barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 40 işəgötürən barədə isə Baş Prokurorluğa göndərilib”.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
işəgötürən