Sosial sığorta haqqının hesablanması

posted in: sual-cavab, Xəbər | 0

Sosial sığorta haqqının hesablanması

Sual:

Özəl müəssisədə çalışan fiziki şəxsin aylıq əməkhaqqı 200 manatdır. Bu məbləğdən sosial sığorta haqqı hesablanırmı?

Cavab:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olan işçidən 6 manat məbləğində sosial sığorta haqqı tutulur (200 x 3% = 6 manat).

Əsas: “Sosial sığorta haqqında” Qanun, 14-cü maddə

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Sosial sığorta haqqı

Mühasib Köməkçisi tələb olunur

Vakansiya Mühasib KöməkçisiVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: Formag – Baku MMC

  • Əmək haqqı: 500 – 600 AZN
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: zahmadova@formag.com / info@finstaff.az

Vakansiya barədə məlumat:

– Yaş həddi : 25-35
– MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
– Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
– Mühasibat və vergi qanunvericiliyi sahəsində nəzəri biliklər
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti ;
– Azərbaycan ve Rus dillərini bilmək (vacibdir), (İngilis dili bilikləri arzu olunandır);

– İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək,istirahət günləri şənbə və bazar
– ƏMƏK HAQQI: 500 – 600 AZN

Mühasib Köməkçisi üçün tələblər

1. Aylıq, rüblük və illik Vergi hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
2. Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
3. Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
4. Mühasibat əməliyyatlarının müvafiq proqram üzrə işlənilməsi;
5. Mühasibatlığa dair sənədlərin tərtib olunması;Условия работы:AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib Köməkçisi

Gilan Holding Böyük Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya Böyük MühasibVakansiya: Böyük Mühasib / İşəgötürən: Gilan Holding

  • Əmək haqqı: Razılaşma ilə
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • E-mail: info@gilanholding.com / info@finstaff.az

 

Vakansiya barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət edilməsi;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib edilməsi, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Böyük Mühasib üçün tələblər

Ali təhsil (Mühasibat uçotu, Maliyyə);
1C, MS Office proqramlarını yüksək səviyyədə bilməlidir;
Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi olmalıdır;
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq mühasibat standartlarını bilməlidir.

CV-lərinizi info@gilanholding.com / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Böyük Mühasib

Vergidən yayınma halları müəyyən edilib

posted in: Vergi, Xəbər | 0

Kustar üsulla alkoqollu içkilərin hazırlanması və vergidən yayınma halları müəyyən edilib

Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanması, eyni zamanda həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayındırılması barədə daxil olmuş əməliyyat məlumatları əsasında fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb. Müəyyən edilib ki, vergi ödəyicisi 19.08.2024-cü il tarixədək fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib. Obyektdə 3 nəfər fiziki şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib. Həmçinin, burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4,955 ədəd saxta aksiz markaları, eləcə də 1036 ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub.

Araşdırma zamanı qeyd olunan istehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlullar da aşkar edilib. Həmin məhlulların vergi ödəyicisi tərəfindən alkoqollu içkilərin istehsalında istifadə olunduğu faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub.

Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergidən yayınma halları