Daha çox8
Daha çox8

Online kassa aparatlarının quraşdırılması sistemi işə düşməyə başlayır

posted in: Xəbər | 0

Online kassa aparatlarıAzərbaycanda əhalinin və sahibkarların maraqla gözlədiyi vergi yeniliyi – online kassa aparatları-nın quraşdırılması sistemi işə düşməyə başlayır. Artıq bu sistemin Vergilər Nazirliyinin müvafiq məlumat bazalarına inteqrasiyası işləri başlayıb.

Vergilər Nazirliyi “Online kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərinin yerinə yetirilməsi üzrə tenderə yekun vurub.

Tenderin qalibi “Cybernet” MMC olub. Bu işlərin görülməsi 559 min manta başa gələcək.

Qeyd edək ki, mal və xidmətlərin alınması zamanı ödənilən ƏDV-nin 10-15%-nin əhaliyə geri qaytarılması da məhz online kassa aparatlarının işə düşməsindən sonra başlayacaq.

Mənbə: fed.az



Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (3-cü hissə)

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsiƏmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (3-cü hissə) (əmək müqaviləsi)

Mülkiyyətçi dəyişərsə.

Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəssisənin mülkiyyətçisinin dəyişməsidir. Mülkiyyətçi dəyişərsə, müəssisə rəhbəri, onun müavinləri, baş mühasib və idarə etmə funksiyasını həyata keçirən struktur rəhbərləri ilə bağlanmış müqaviləyə xitam verilə bilər. Digər işçilərlə isə bu əsasla müqavilənin xitamı mümkün deyildir.

Əgər müqaviləyə bu əsasla xitam verilirsə, bu halda işçiyə orta aylıq əmək haqqının azı 3 misli məbləğdə müavinət ödənilməlidir.

Əmək şəraitinin şərtlərinin dəyişilməsi

İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək şəraitinin şərtlərinin dəyişdirilməsi halıdır. Mövzuya keçməzdən qeyd etmək lazımdır ki, əmək şəraitinin şərtlərinə işçinin vəzifəsi, əməyin ödənilməsi normaları, sanitariya və gigiyena normalarına cavab verən iş şəraiti, istirahət vaxtı, məzuniyyət, iş vaxtından əlavə işə cəlb olunma hallarında əməyin ödənilməsi, texniki təhlükəsizlik və əməyin mühafizəsi kimi hallar daxildir. Onu da qeyd edək ki, əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi və ya kollektiv müqavilə ilə nəzərdə tutula bilər.

Qeyd edək ki, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yaranarsa, işəgötürən işçinin peşəsi, vəzifəsi və ixtisasını saxlamaqla əmək şəraitinin şərtlərini dəyişdirə bilər. Bu halda işəgötürən işçini azı 1 ay əvvəl ya yazılı məlumatlandırmalı, ya da müvafiq əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadıqda, işəgötürən işçini ya yeni işlə təmin etməli, ya da bağlanmış müqaviləyə xəbərdarlıq müddəti bitdikdən sonra xitam verməlidir.

İşçilərin sayı azı 50 nəfər olan müəssisədə 10%-dən çox işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi halında işəgötürən bu barədə səlahiyyətli dövlət orqanına məlumat verməlidir.

Qeyd etmək lazımdır ki, əmək şəraitinin şərtlərinin dəyişilməsi ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir.

Müəllif: Praktiki Hüquqşünas Şəhriyar Əbilov.



Vergilər naziri və müavinlərinin oktyabrda qəbul günləri açıqlandı

posted in: Vergi, Xəbər | 0

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında bölgələrdə keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb. (Vergilər naziri)

Siyahıya əsasən, Vergilər naziri Mikayıl Cabbarov oktyabrın 18-də Sumqayıt şəhərində Abşeron, Siyəzən, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarının sakinlərini qəbul edəcək.

VN birinci müavini Sahir Məmmədxanov Masallıda vətəndaşları qəbul edəcək. Oktyabrın 15-də keçiriləcək qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri iştirak edə biləcəklər.

VN müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabulda vətəndaşların müraciətlərini araşdıracaq. Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarının sakinləri dinləniləcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev oktyabrın 21-də vətəndaşları Bərdə şəhərində qəbul edəcək. Görüşdə, həmin rayonla yanaşı, Mingəçevir, Yevlax, Şəki, Ağdam və Tərtər sakinləri iştirak edəcəklər.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib köməkçisi – Altus Engineering Company

Vakansiya Mühasib KöməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Altus Engineering Company.

  • Şəhər: Bakı
  • Yaş: 23 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@altus-group.az / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma

İş barədə məlumat

  • Gündəlik məlumatların 1C bazasına yerləşdirilməsi.
  • E-qaimələrin(VHF) yazılması.
  • Mühasibatlığa aid kargüzarlıq işlərinin aparılması, sənədlərin müvafiq qovluqlara yerləşdirilməsi.
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək.
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Namizədə tələblər

  • Təhsil: Ali (Maliyyə və İqtisadiyyat üzrə)
  • Təcrübə: Minimum 1 il
  • Dil: Azəri, İngilis, Rus (sərbəst danışıq)
  • Komputer bilikləri: MS Office proqramları , 1C 8.3,

Müraciət etmək üçün CV-lərinizi hr@altus-group.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


error: Content is protected !!