Daha çox8
Daha çox8

Hansı kənd təsərrüfatı məhsullarının satışı və istehsalı ƏDV-dən azad edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsində malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bir çox növlərindən Əlavə Dəyər Vergisini ödənişindən azad edilmə barədə müddəalar mövcuddur. Xahiş edirik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində quşçuluq və maldarlıq təsərrüfatları üçün istehsal olunan yem məhsullarının Əlavə Dəyər Vergisinə cəlb olunması və yaxud Əlavə Dəyər Vergisindən azad olması ilə bağlı Vergi Məcəlləsində hər hansı bir maddənin mövcud olması barədə bizə məlumat verilməsinə köməklik göstərəsiniz. (ƏDV-dən azad, kənd təsərrüfatı)

Cavab: Bildiririk ki, kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə  ƏDV-dən azad edilmişdir. Digər yem məhsullarının istehsalı və satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.

Gələcəkdə qeyd etdiyiniz məhsulların ƏDV-dən azad edilib-edilməyəcəyi barədə bildiririk ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Hər hansı dəyişikliklər edildikdə isə, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 2.4-1-ci, 164.1.43-cü maddəsi.

Mənbə: taxes.gov.az


Vakansiya: Mühasib – Caspian Services Group

Vakansiya: Mühasib.

İşəgötürən: Caspian Services Group.

Vakansiya barədə məlumat:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF);
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Hamiləlik, Əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması

Məzuniyyət, xəstəlik və / və ya analıq ərizələrinə / vərəqlərinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət edilməsi;

  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
  • Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasının düzgün və vaxtında həyata keçirməsi;
  • “BTP” (Vergi ofısi) və “B3Editor” (Sosial Fond) e-mail hesabat proqramından istifadə etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq vergilərə dair aylıq, rüblük və illik olaraq hesabatlar, о cümlədən statistik hesabatların tərtib edilməsi;
  • Əmək qanunvericiliyinə və şirkətin siyasətinə uyğun olaraq əmək haqlarının işçilərə verilməsinin təmin edilməsi;
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Ə/h dair bütün sorğu/sualların araşdırılması və cavablandırılması;
  • Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və proseslərin təkmilləşdirilməsi;
  • Əmək haqqını hesablamaq, rüblük və illik hesabatlar hazırlamaq və Dövlət Sosial Fonduna təqdim edilməsi;
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • Gördüyü işlərə və vurduğu ziyana görə məsuliyyət daşıyır;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi;
  • Əməyin mühafizəsi və yanğından mühafizə, texniki təhlükəsizlik qaydalarına, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Rəsmi, stabil ödənilən əmək haqqı
  • İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
  • İstirahət: Bazar günü
  • İcbari sığorta
  • Korporativ rabitə vasitəsi
  • Mehriban kollektiv

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Web: www.caspianservices.az

Namizədə tələblər:

  • Təhsil: Ali iqtisadi təhsili
  • İş təcrübəsi: Minimum 3-5 il
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
  • Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C proqramları ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
  • Kargüzarlıq işlərini bilmək
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.azelektron / info@finstaff.az ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Mühasib) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Mənbə: finstaff.az


Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

bina tikintisi, vergi öhdəlikləri, Sual: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi olduqda onlar tərəfindən yaşayış binaları təqdim edilən zaman sənədləşmə notariusda aparılır? Əgər notariuslar tərəfindən sənədləşmə aparılırsa notarius ödəmə mənbəyində vergini tuturmu? Tutursa hansı dərəcə ilə vergi hesablanır? (vergi öhdəlikləri)

Cavab: Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Mənbə: taxes.gov.az



Gömrük təmsilçiləri gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar

posted in: Xəbər | 0

Gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən yeniliklərə görə gömrük təmsilçilərinin məsuliyyəti daha da artacaq və onlar gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar.

Bu barədə Komitədə gömrük təmsilçiləri ilə keçirilən görüşdə bilidirilib.

Görüşdə xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

O da qeyd edilib ki, DGK tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə gömrük rəsmiləşdirilməsi prosesində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndiriləcək. Yeni təkmilləşdirmə nəticəsində rəsmiləşdirməni həyata keçirən şəxslər prosesin bütün mərhələlərini onlara gələn SMS və elektron mesajlar vasitəsilə izləyə biləcəklər.

“İlkin mərhələdə Bakı Baş Gömrük İdarəsində tətbiq edilən bu yenilik hesabına artıq gömrük təmsilçilərinin gömrük orqanına gəlmələrinə ehtiyac yoxdur. Belə ki, onlar rəsmiləşdirmə zamanı bütün proseslərin izlənilməsini və idarə olunmasını özlərinə aid elektron kabinet vasitəsilə həyata keçirə bilərlər”, – DGK-dan bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatların nəticəsi olaraq beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli şəkildə imtahanların təşkil olunduğu, imtahanlarda uğur qazanan mütəxəssislərin ixtisas attestatları ilə təmin edildiyi və prosesin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.

Görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Faiq Seyidov, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Ədalət Hüseynəliyev, Komitənin əməkdaşları və gömrük təmsilçiləri iştirak edib. Görüşdə gömrük bəyannaməsinin doldurulması, gömrük təmsilçiliyi ilə bağlı yeniliklər, gömrük təmsilçilərinin vəzifə və məsuliyyətləri barədə məsələlər müzakirə olunub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gömrük orqanı, Gömrük təmsilçiləri
error: Content is protected !!