» » » Qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

Qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

“Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək”. “APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması” mövzusunda keçirilən tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov bildirib.

İ.Alışov deyib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm də dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir: “Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Qeyri-rezident bank hesabı