» » » Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə)

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə)

posted in: Müqavilələr, Xəbər | 0
birbank biznes

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə)

4-cü hissəni oxumaq üçün linkə daxil olun

Kobud pozuntular..

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin başlıca əsaslarından biri də müqavilə şərtlərinin kobud pozuntusudur.

Belə ki, işçi adi iş günlərindən fərqli olaraq mütləq aşağıdakı pozuntulara yol verdikdə müqaviləyə işəgötürən tərəfindən xitam verilə bilər:

– özünün, yaxın qohumun xəstələnməsi, yaxln qohumun vəfat etməsi halında mümkün olsa da, adi halda heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü ərzində işə gəlməməsi

– alkoqol, narkotik və ya psixotrop maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olaraq işə gəlmək və ya işdə həmin maddələri qəbul edib, sərxoş olması

– mülkiyyətçiyə təqsirli hərəkət (siz)liyi ilə zərər vurulması

– təqsiri nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, yaxud onların ölümünə səbəb olması

– hər bir işçi əmək funksiyasından asılı olaraq müəyyən kommersiya, istehsal və ya dövlət sirri olan məlumatlarla tanış olur ki, bu məlumatların qorunması öhdəliyini qəsdən yerinə yetirməməsi nəticəsində həmin məlumatın yayılması

– kobud səhvi və ya hüquq pozuntusu nəticəsində işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirməsi

– işçiyə əmək funksiyasını pozduğuna görə intizam tənbehi verilibsə, bu tənbeh 6 ay qüvvədə olur. Həmin müddətdə yenidən pozuntu olarsa, işçi işdən azad edilir

– iş vaxtı ərzində inzibati xətalara və ya cinayət məsuliyyəti yaradan əməllərə yol verməsi

Qeyd edək ki, işçinin bu pozuntulara yol verməsi nəticəsində iş yerində işin, əməyin, istehsalın və ya icra intizamının normal ahəngi pozulmuş olmalı ya da işəgötürənə yaxud müəssisənin qanunla qorunan mənafelərinə hər hansı formada zərər dəymiş olsun. Hər bir halda bu kimi əsaslar olduqda işəgötürən işdən azad etməni əsaslandırmaq öhdəliyi daşıyacaqdır.

4-cü hissəni oxumaq üçün linkə daxil olun
6-cı hissəni oxumaq üçün bu linkə daxil olun.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək müqaviləsi xitam