Daha çox8
Daha çox8

Təsisçiyə məxsus avtomobil nizamnamə kapitalına qoyulduqda və geri götürüldükdə hansı vergi öhdəliyi yaranır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sual: Təsisçiyə məxsus şəxsi avtomobil nizamnamə kapitalı qoyuluşu şəklində MMC-nin balansına keçirilir. Bu zaman yerinə yetirilməli olan prosedurlar barədə və MMC ləğv olunduqda həmin avtomobil təsisçinin adına keçərkən yaranan vergi öhdəlikləri haqqında məlumat verməyinizi xahiş edirəm.

Cavab: Bildiririk ki, təsisçi tərəfindən əmlakın hüquqi şəxsin nizamnamə fonduna qoyulması hər iki tərəf üçün vergitutma obyektini təşkil etmir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Mənbə: taxes.gov.az

Həmçinin bax:
Elektron qaimə-faktura təqdim olunmadıqda kim nə itirir?
Hansı kənd təsərrüfatı məhsullarının satışı və istehsalı ƏDV-dən azad edilir?
ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməli??


Əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

posted in: Qanun, Xəbər | 0

Əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun bu gün – oktyabrın 1-də qüvvəyə minib. (əmək pensiyası)

Milli Məclisin “Əmək pensiyaları haqqında” qanuna etdiyi dəyişikliklə pensiyanın məbləği 40 manat artırılıb.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilib:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Qeyd edək ki, bu iyulun 12-də Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Mənbə: report.az



Elektron qaimə-faktura təqdim olunmadıqda kim nə itirir?

posted in: Xəbər | 0

e-qaiməVergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, bir qrup şəxs istisna olmaqla, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların, işlərin, xidmətlərin təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura verilməlidir. 109.8-ci maddənin tələbinə görə, kassa çeki və ya mədaxil qəbzi xidmətlərin və ya malların alınmasının dəyərini təsdiq edən sənəd kimi qəbul edilmir. Məsələyə aydınlıq gətirən maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov xərclərin düzgün rəsmiləşdirilməsi üçün sahibkarlara bəzi tövsiyələr verib.

Yoxlamalar zamanı vergi ödəyiciləri mənfəət-zərər hesabatından elektron qaimə-fakturalar və ya vergi hesab-fakturaları ilə təsdiqlənməmiş bütün xərcləri bir-birinin ardınca çıxardıqda təəccüblənməsinlər. Əksinə, bununla bağlı daha məsuliyyətli davranmalıdırlar.

Yalnız üç xidmət növü elektron qaimə-fakturanın təqdim edilməsindən azad edilir:

1. Bankların müştəri hesabları üzrə göstərdiyi xidmətlər. Banklar müştəriyə hesabının açılması və əməliyyatların aparılması ilə əlaqəli olmayan xidmətlər təqdim edirsə, ona elektron qaimə-faktura (məsələn, yığım xidmətləri, çek kitablarının satışı) vermək məcburiyyətindədirlər.

2. Dövlət orqanları, yerli özünüidarəetmə və büdcə təşkilatları tərəfindən göstərilən xidmətlər.

3. Notarial xidmətlər.

Digər bütün hallarda malsatan və ya sahibkarlıq fəaliyyəti göstərən şəxslərə xidmət göstərən vergi ödəyicisindən elektron hesab-fakturanın təqdim edilməsi tələb olunur. Bəs bu zaman alıcı tərəf satıcıdan elektron qaimə-faktura tələb etmədikdə nə baş verəcək? Bu, satıcını məsuliyyətdən azad edirmi?

Belə hallarda mal və xidmətləri təklif edən tərəflər də məsuliyyət daşıyır. Vergi Məcəlləsinə 30.11.2018-ci il tarixdə edilmiş dəyişikliklərdən sonra həm satıcı, həm də alıcı malların alınmasını (işlərin görülməsini, xidmətin göstərilməsini) təsdiq edən sənədin mövcud olmadığı üçün eyni məsuliyyət daşıyır. VM 58.13-cü maddəsinə əsasən, təqvim ili ərzində bu hal birinci dəfə baş verdikdə satılan malların və ya göstərilən xidmətlərin dəyərinin 10 faizi, təqvim ili ərzində ikinci dəfə təkrarlandıqda 20 faizi, üçüncü və sonrakı hallarda təqvim dövründə satılan malların və ya göstərilən xidmətlərin dəyərinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə görə, bu sanksiyalar alıcılara da şamil edilir.

Elektron qaimə-fakturanın təqdim olunmaması vergi ödəyicilərinə bilərəkdən və ya bilməyərəkdən vergidən yayınmaq “imkanı” yaradır. Həmin sənəd olmadıqda gəlir vergisi üzrə hesabatlarda da bu xərclər göstərilmir. Beləliklə, elektron qaimə-faktura tələb etməyən alıcılar özləri də istəmədən vergidən yayınmağa şərait yaratmış olurlar. Buna heç kəs xırda məsələ kimi yanaşmamalıdır: burada prinsipin özü vacibdir.

Vergidən yayınmağın real nəticələrinə gəldikdə bir misalı nəzərdən keçirək: tutaq ki, sahibkar elektron qaimə-faktura tələb etmədən 1.000 manatlıq məhsul və ya xidmət alıb. Bu xidmətin dəyəri 400 manatdır. Bu zaman satıcı 600 manatlıq gəliri gizlətmiş olur. Buna yol verməmək üçün o, 150 manat gəlir vergisi ödəməli idi. Bu pulu kimin itirdiyini düşünün! Dövlət? Dövlət yığılmış vergiləri hara xərcləyir? Həmin vəsaitlərin bir hissəsi büdcə təşkilatlarının maliyyələşdirilməsinə sərf olunur. Gizlədilən gəlirin əvəzində sahibkarın və onun tərəfdaşının talassemiyadan əziyyət çəkən uşaqların 150 manatdan məhrum etdiyini düşünün. Talassemiya Mərkəzi dövlət büdcəsindən maliyyələşdirilir. Bununla ərazinizdə yerləşən bir uşaq evinin, səngərdə bizi qoruyan əsgərin hansısa ehtiyacının ödənilməsinin qarşısı alınır. Düzgün nöqteyi-nəzərdən baxılanda vergidən yayınma dərhal romantikliyini və cəlbediciliyini itirir, bu cəhd gözdən düşür…

Mənbə: vergiler.az



Vakansiya: Mühasib tələb olunur

vakansiya, mühasib,Vakansiya: Mühasib

İşəgötürən: BSC Consulting & Outsourcing Company

20 ildən artıq  konsalting aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı Mühasib tələb olunur.

Mühasib
Vakansiya barədə məlumat

– İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
– İşsizlik sığorta, MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; gəlir vergisi);
– Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
– Dövlət orqanları ilə yazışmaların aparılması.
– Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi

Tələblər

-İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
– Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
-1C (8.3) proqramında işləmək bacarığı
– MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
– Komandada işləmə bacarığı;
– ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.
– Stresədavamlı, məsuliyyətli

Biz Sizə nə təklif edirik:

– Peşəkar, mehriban komandada iş
– Etibarlı şirkətdə karyera
– Professional və maddi yüksəliş üçün perspektiva
– Əmək haqqı 1000-1200 AZN
– İş qrafiki: 9.00-18.00

CV-lərinizi foto ilə birlikdə hr@bsc-group.az / info@finstaff.az elektron ünvanına “ Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az



error: Content is protected !!