» » » Kreditora olan borc yararsız mallar səbəbi ilə azaldıldıqda hansı vergi öhdəlikləri yaranır?

Kreditora olan borc yararsız mallar səbəbi ilə azaldıldıqda hansı vergi öhdəlikləri yaranır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Kreditora olan borc yararsız mallar səbəbi ilə azaldıldıqda hansı vergi öhdəlikləri yaranır?

Sual: Şirkətimizin əsas fəaliyyəti elektrik mallarının topdan və pərakəndə satışını həyata keçirməkdir. Mütəmadi olaraq satdığımız məhsulları xaricdən idxal edirik. İdxal edilən mallara görə xarici şirkətlərə borcumuz yaranır. İdxal edilən mallar şirkətimizin anbarına daxil olunduqdan sonra bəzən qablaşdırmanı açdıqda malların yararsız olduğu (istehsal zamanı qusurlu olduğu) aşkarlanır. Biz komissiya yaradıb yararsız malları akt əsasında silirik və silinmiş malların vergisini ödəyirik. Malların yararsız olmasını xarici şirkət nümayəndələri təsdiq edir və yararsız mallara görə xarici şirkətə yaranan borca Kredit Note təqdim edir və bizim onlara olan borcumuzu azaldır. Azaldılan borc bizim gəlirimiz hesab olunurmu? Bu halda biz təqdim etdiyimiz hesabatlarda azaldılan borcu necə əks etdirməliyik?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Malların idxalı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Fiziki şəxslər tərəfindən dəymiş zərərlərin ödənilməsi ilə bağlı kompensasiya xarakterli gəlirləri gəlir vergisindən azad olduğu üçün gəlir vergisinə cəlb olunmur.

Hüquqi şəxslərin kompensasiya xarakterli gəlirləri mənfəət vergisindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün həmin gəlirlər ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 102.1.10-cu, 104-cü, 106-cı, 159.5-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəlikləri, borc