» » » Təsisçi və direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır?

Təsisçi və direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır?

posted in: Xəbər | 0
birbank biznes

Təsisçi və direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır?

təsisçi direktor müqavilə

Sual:

Müəssisənin təsisçisi eyni zamanda müəssisənin direktorudur. Bu halda direktorla əmək müqaviləsi baglanmalıdırmı?

Cavab:

Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olmasından asılı olmayaraq rəhbər və digər işçilərlə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir.

Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu baxımdan hüquqi şəxslə onun rəhbəri arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Hüquqi şəxslə onun digər işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə bildirişlər hüquqi şəxsin rəhbəri tərəfindən elektron informasiya sisteminə daxil edilir.

Əlavə olaraq bildiririk ki, “Elektron imza olmadan Mobil nömrə və FİN kodla Yerli İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətlərin onlayn dövlət qeydiyyatı” prosesi zamanı istifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını, ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsini sistemə daxil etməlidir.

Bu halda MMC ilə işçilər arasında bağlanmış əmək müqavilələrinin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə birbaşa ötürüldüyü üçün, əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab olunur. İşçilərlə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
təsisçi direktor müqavilə