Sizi varlı edə biləcək 17 vərdiş (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Sizi varlı edə biləcək 17 vərdiş (2-ci hissə)

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun

Gəlirlərinizi artırmaq, varlı olmaq üçün həyata yanaşmanızı dəyişdirin.

  • Pul əmanəti toplayın

Qənaətcillik sizi milyoner etməyəcək, amma iflasdan qurtarmağa kömək edə bilər. Forc-major vəziyyətlər üçün elementar yatırımlarınız, ehtiyatınız olmasa, fövqalədə hallarda, məsələn, xəstəlik və ya işdən çıxarılma zamanı, heç olmasa qidalanmaqdan ötrü siz borca girməyə məcbur olacaqsınız.

  • Əlavə qazancınız olduqda onu ehtiyac üçün saxlayın

Adamlar xalq müdrikliyindən bəhs edən sitatları çox sevirlər, amma “yelnən gələn, elə yel ilə də gedər” kimi ibarəni nədənsə “qəpik manatı qoruyur” ifadəsindən daha tez-tez işlədirlər. Buna baxmayaraq, pul ehtiyatı yaratmaqla bağlı məsləhət, hansı ki, qəfildən ortalığa çıxıb, həqiqətən bizləri varlandıra bilər.

Gözlənilməz mükafat, qonorar, hədiyyə və ya digər mənbələrdən gələn vəsaitləri asanlıqla arxaya atmaq olar, çünki bunlar onsuz da büdcədə nəzərdə tutulmayan məbləğdir. Özü də bu zaman ehtiyatınız artacaq və siz sərvətə doğru bir addım da irəlidə olacaqsınız.

  • Pulları işləməyə məcbur edin

Nə qədər ki, pulları sadəcə toplayırsınız, onlar onsuz da inflyasiya nəticəsində azalmaqda davam edir, onların real alıcılıq qabiliyyəti aşağı düşür. Bunun baş verməməsi üçün pulları ən azından yığım hesabına yatırmalısınız ki, heç olmasa üzərinə faizlər gəlsin, həmin faizlər inflyasiyanı qabaqlaya da bilər. Amma, bu da qazanc üçün alət deyildir.

Pullardan qazanc götürmək üçün onları sərmayə kimi yatırmaq lazımdır. Düzdür, buna görə investisiya yatırımları etməkdən ötrü müxtəlif variantları nəzərdən keçirmək lazım gələcək. Çünki yığdığınız pulları itirmək təhlükəsi də yarana bilər.

Kapital artımı üçün bir gəlir mənbəyi yetərli deyil, ən azından üç mənbə lazımdır.

Özü də bu zaman ikinci və ya üçüncü iş yeri axtarmaqdan söhbət getmir. Siz səhmlərə pul yatıra bilərsiniz, daşınmaz əmlakı icarəyə verə və ya kənar şirkətdə partnyor da ola bilərsiniz.

  • Düzgün kumirlər axtarın

Super-qəhrəmanlarla fəxr etməyi bizlərə heç kim qadağan etmir, lakin rollarda iştirak edən modellərdənsə, xüsusi qabiliyyətlərə malik daha ədəbi personajlar axtarıb tapmaq lazımdır, hansı ki, onlara baxıb inkişaf etmək olar.

Uğurlu biznesmenlər arasında çox güman ki, sizi ruhlandıran bir neçə insanı tapmaq olar. Məhz, belələri bu həyatda heç nəyin mümkünsüz olmadığını sübut edə bilirlər. Deməli, siz də uğura çata bilərsiniz.

  • Özünüzə investisiya yatırın

Necə varsınızsa, yəni, inkişaf etmək istəmirsinizsə, onda siz yalnız miras əldə edə bilərsiniz. Yaxşı gəlir əldə etmək üçün isə siz həmişə inkişaf etməlisiniz. Bu yüksək maaşla muzdlu işçi olaraq qalmaq istəyən üçün də, öz işini qurmaq istəyən şəxsdən ötrü də çox mühümdür.

Kurslar, seminarlar, treninqlər, səyahət, görüşlər – bu boş yerə pul xərcləmək demək deyil. Belə də siz daha ağıllı, təcrübəli, fərasətli olursunuz ki, bu da sizin qazancınızda da özünü göstərəcək. Treninq və seminarlara gəldikdə, siz bunları aparanlar sırasından daha təcrübəli olanları seçməlisiniz.

  • Oxuyun

Xüsusi ədəbiyyatı oxumaq – minimal xərclə bunu internetdən də yükləyə bilərsiniz. Bu sadə bir üsuldur. Belə etsəniz, siz başqalarının səhvlərindən də yararlana bilərsiniz, onların öz bizneslərinin müxtəlif növlərini necə inkişaf etdirdiklərini, düşdükləri müəyyən çətin vəziyyətlərdən necə çıxdıqlarını öyrənməklə, siz belə vəziyyətlərdən sığortalana bilərsiniz.

Bu təcrübə sizə bir kitabın dəyərinə başa gələ bilər, halbuki müəlliflər ola bilsin ki, buna milyonlar xərcləyiblər.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
varlı

Cari il bitməmiş dividend ödəmək olar?

posted in: Vergi, Xəbər | 0

Cari il bitməmiş dividend ödəmək olar?

Sual: Şirkət cari il bitməmiş bank hesabına daxil olan vəsaitdən öz təsisçilərinə dividend ödəyə bilərmi?

Yəni cari ilin sonunda əldə olunacaq xalis mənfəət hesabından avans olaraq, ÖMV ödəmək şərti ilə öz təsisçilərinə dividend paylaya bilərmi? Qeyd edim ki, şirkət gəlirli şirkətdir, xərcləri çox azdır.

Cavab: Bildiririk ki, vergi qanunvericiliyi ilə təsisçilərə dividendlərin verilməsi qaydasında hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.

Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.

Bax: Мülki Məcəllənin 90-1-ci və 106-3.2-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
dividend cari il

Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi tələb olunur

AFB Bank Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi vakansiyası elan edir.

Ünvan: Bakı şəhəri.

Təcrübəçiyə dair tələblər:

• İT sahəsi üzrə təhsil;
• Yaş həddi 20-26
• İş təcrübəsi və ya praktikanın olması üstünlükdür;
• Proqramlaşdırma dilləri, SQL və s. bilikləri üstünlükdür;
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word, Power Point);
• Ünsiyyətqurma qabiliyyəti və aktivlik;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Dəqiqlik, detallara diqqət yetirmək və yaradıcılıq qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
• Analitik düşünmə və işə planlı yanaşma bacarığı.

İşin təsviri:

• Tərtib edilmiş funksionallığın test edilməsində aktiv iştirak etmək.
• Mövcud proseslərin optimallaşdırılmasına aid tapşırıqların qeydiyyata alınması (texniki sənədləşmənin aparılması) və tətbiq edilməsinin izlənilməsi;
• Sistemlərin inteqrasiyası prosesində iştirak və gedişatla bağlı hesabat verilməsi;
• Mütəmadi olaraq proseslər barədə rəhbər şəxslərə hesabatların verilməsi;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi üzrə təcrübəçi” qeydi edərək cv@afb.az / info@finstaff.az elektron ünvanına göndərməyini xahiş edirik.

Mənbə: jobsearch.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
təcrübəçi

E-kassanın uçotdan çıxarılması

posted in: Xəbər | 0

E-kassaların uçotdan çıxarılması elektron kassa operatorları tərəfindən aşağıdakı prosedurlar yerinə yetirilməklə həyata keçirilir.

İlk öncə e-kassa istifadəçisi e-kassalarda sonuncu növbəni bağlayır. E-kassa istifadəçisi e-kassanı uçotdan çıxarmaq üçün gücləndirilmiş elektron imzadan istifadə etməklə e-kassanın uçotdan çıxarılması haqqında ərizə forması ilə vergi orqanına müraciət edir.

Bundan sonra, vergi orqanı tərəfindən e-kassa operatorunun elektron kabinetinə istifadəçiyə məxsus e-kassanın uçotdan çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə bildiriş göndərilir.

E-kassa operatoru bildiriş daxil olduğu tarixdən 5 iş günü ərzində aparılmış əməliyyatlar barədə nəzarət mexanizmi qurğusunda toplanmış məlumatların tam şəkildə Vergilər Nazirliyinin elektron informasiya sisteminə ötürülüb-ötürülməməsini yoxlayır və zərurət yarandığı halda məlumatların Vergilər Nazirliyinin elektron informasiya sisteminə ötürülməsini təmin edir. Bununla yanaşı, e-kassa operatoru mütləq qaydada nəzarət mexanizmi qurğusuna yazılmış sertifikat faylını silərək qurğunu sıfırlaşdırır. Qeyd olunanlardan sonra e-kassa operatoru e-kassanın uçotdan çıxarılması barədə Akt tərtib edərək portal üzərindən vergi orqanına göndərir. Bu andan etibarən e-kassa qeydiyyatdan çıxarılaraq statusu dəyişdirilir. Akt istifadəçinin müraciəti əsasında kağız daşıyıcıda ona verilə bilər. E-kassanın uçotdan çıxarılması barədə bildiriş sistem tərəfindən hazırlanaraq e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir.

Mənbə: e-kassa.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.