Daha çox8
Daha çox8

Vakansiya: Mühasib – General Supply LLC

Mühasib vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: General Supply LLC.

  • Əmək haqqı: 800 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: cv@gsuplyllc.com.com / info@finstaff.az

Vakansiya barədə məlumat

– Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
Debitor və kreditor borcların uçotunun aparılması;
– Gəlir və xərclərin hesablanması;
– Banklarla və digər orqanlarla hesablaşmalar;
– Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
– İdxal olunmuş malların maya dəyərinin hesablanması;
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
– Vergi hesabatlarının hazırlanması;
– Maliyyə hesabatlarının hazırlanması;
– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
– Statistika hesabatlarının hazırlanması.
– 5 günlük iş həftəsi
– iş vaxtı: 09:00 -18:00
– Tibbi sığorta
– AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
– Əməkhaqqı- 800 AZN .

Mühasib üçün tələblər

– Azərbaycan – Ana dili;
– Rus, İngilis dili (Orta)
– Kompüter bilikləri: Microsoft office (Word, Excel, PowerPoint) – yaxşı səviyyədə,
– Riyazi və Analitik bacarıq;
– Təcrübə: min. 2-3 il;
– 1C Mühasibat Proqramını bilmək (1C 8.3 versiyası ilə işləmə);
– Vergi Məcəlləsi üzrə biliklər

Maraqlanan namizədlər cv@gsuplyllc.com.com / info@finstaff.az mail ünvanına Muhasib başlığı altında cv göndərə bilər.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

posted in: Xəbər | 0

Bildiyimiz kimi, balans aktiv və passiv hissədən, yəni aktiv 2 bölmədən, passiv isə 3 bölmədən ibarətdir. Aktiv uzun və qısamüddətli aktivləri, passiv isə kapital, uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəlikləri özündə əks etdirir. Əməliyyatlar nəticəsində müəssisənin aktiv və passivində dəyişiklik əmələ gəlir, başqa sözlə müəssisənin balansı dəyişir. Təsərrüfat əməliyyatlarının təsiri nəticəsində balansda dörd cür dəyişiklik əmələ gələ bilir:

I təsir – aktivlərin yerdəyişməsi əməliyyatı nəticəsində müəssisənin yalnız aktiv hesablarının tərkibində dəyişiklik baş verir.

Belə ki, balansın aktivində bir maddə artır, digər maddə isə azalır. Balansın yekunu isə dəyişməz qalır. Yəni, balansın yekunu dəyişmədən aktivlər dəyişir. Eyni məbləğdə aktivdə artma və azalma olur.

Məsələn, Debitor borclar hesablaşma hesabımıza ödənilmişdir və ya hesablaşma hesabından kassaya pul daxil olmuşdur. Bu əməliyyat aparılan zaman balansın aktivinin bir hesabında artma gedir digər hesabında isə azalma baş verir. Yəni kassa hesabında pul artır bank hesablaşma hesabında pul azalır. Lakin balansın yekunu dəyişmir.

II təsir – passivlərin yerdəyişməsi əməliyyatı nəticəsində balans-ın yekunu dəyişmədən passivin maddələri dəyişir. Bu zaman passivdə bir maddə artır, digər maddə azalır, balansın yekunu dəyişilmir və оnun bərabərliyi pоzulmur.

Məsələn, bölüşdürülməmiş mənfəət, ehtiyat kapitalının artırılmasına yönəldilmişdir və ya əmək haqqı hesablanmışdır. Bu əməliyyatlara əsasən balansın passivində iki maddəyə toxunulur. Bu zaman passivdə bir maddə artır, digər maddə azalır.

III təsir – aktivlərin artması əməliyyatı nəticəsində eyni məbləğdə həm təsərrüfat vəsaitlərinin tərkibi, həm də оnların əmələ gəlmə mənbələri artır və bu məbləğ qədər balansın həm aktivi, həm də passivi çохalır.

Yəni ki, balansın yekun bərabərliyi saxlanılmaqla aktivin və passivin maddələrində artma olur, eyni məbləğdə aktivin bir maddəsi artır və passivin bir maddəsi də artır.

Məsələn Malsatanlardan Material daxil olmuşdur və ya bankdan kredit alınmışdır. Nəticədə öhdəlik və aktiv hissə eyni məbləğdə artır. Nəticədə, balans-ın yekunu da eyni məbləğdə artır.

IV təsir – aktivlərin azalması əməliyyatı- nəticəsində isə balansın yekun bərabərliyi saxlanılmaqla aktivin  və passivin maddələrində azalma müşahidə olunur; eyni məbləğdə aktivin bir  maddəsi  azalır, passivin bir maddəsi də azalır, balansın yekunu da bərabər həcmdə azalır.

Məsələn Kassadan əmək haqqı, kreditor borc və bank krediti və s. ödənilmişdir, Bu əməliyyat zamanı balansın aktivində pul vəsaitlərində azalma olsa da, eyni zamanda öhdəliklərdə də azalma olur.

Müəllif: Ramin Ramazanov / Accounting.Az MMC-nin Direktoru.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
balans

Vakansiya: Mühasib tələb olunur

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Caspian Services Group

Əmək Haqqı: Razılaşma ilə

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • Cins: Fərqi yoxdur
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR

 

Vakansiya barədə məlumat

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF);
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Hamiləlik, Əmək qabiliyyətinin olmaması vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
Məzuniyyət, xəstəlik və / və ya analıq ərizələrinə / vərəqlərinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
• Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasının düzgün və vaxtında həyata keçirməsi;
• Əmək qanunvericiliyinə və şirkətin siyasətinə uyğun olaraq əmək haqlarının işçilərə verilməsinin təmin edilməsi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• Əmək haqqına dair bütün sorğu/sualların araşdırılması və cavablandırılması;
• Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və proseslərin təkmilləşdirilməsi;
• Əmək haqqını hesablamaq, rüblük və illik hesabatlar hazırlamaq və Dövlət Sosial Fonduna təqdim edilməsi;
• “BTP" (Vergi ofısi) və “B3Editor” (Sosial Fond) e-mail hesabat proqramından istifadə etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq vergilərə dair aylıq, rüblük və illik olaraq hesabatlar, о cümlədən statistik hesabatların tərtib edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Gördüyü işlərə və vurduğu ziyana görə məsuliyyət daşıyır;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi;
• Əməyin mühafizəsi və yanğından mühafizə, texniki təhlükəsizlik qaydalarına, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Rəsmi, stabil ödənilən əmək haqqı
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
• İstirahət: Bazar günü
• İcbari sığorta
• Korporativ rabitə vasitəsi
• Mehriban kollektiv

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
Xəritədə yeri: Ətraflı bu keçiddə
Web: www.caspianservices.az

Mühasib üçün tələblər

• Təhsil: Ali iqtisadi təhsili
• İş təcrübəsi: Minimum 3-5 il
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C proqramları ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
• Kargüzarlıq işlərini bilmək
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.azelektron / info@finstaff.az ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Mühasib) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib Vakansiya

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

posted in: Maliyyə, mühasib, Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə elan edir.

Test və yazılı şəkildə təşkil ediləcək müsabiqənin nəticəsi üzrə qaliblərə Təşkilat Komitəsi tərəfindən üç mükafat (Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək üçün I yer alan iştirakçı üçün – 500 /beş yüz/ manat məbləğində təlim paketi; II yer üçün – 300 /üç yüz/ manat məbləğində təlim paketi; III yer üçün isə – 200 /iki yüz/ manat məbləğində təlim paketi) və Mərkəzin “Sertifikatı”nın verilməsi nəzərdə tutulmuşdur.

İştirak üçün 25 oktyabr 2019-cu il tarixinədək tedrismaliyye@gmail.com elektron ünvanında qeydiyyatdan keçmək tələb edilir (Əlaqə nömrəsi – (012) 404-81-59).

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Beynəlxalq Mühasib Günü
error: Content is protected !!