» » » İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

Təcrübədə rast gəlinən məsələlərdən biri də işçinin həm dövlət orqanında, həm də özəl sektorda çalışmasıdır. Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir. Bu məsələ ilə bağlı yaranan sullara iqtisadçı ekspert Anar Bayramov münasibət bildirib.
Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal 1: Səməd Əliyev əsas iş yeri olan dövlət təşkilatında 400 manat, əsas iş yeri olmayan qeyri-neft özəl sektorunda isə 1.000 manat məbləğində əməkhaqqı alır. Bu halda onun dövlət sektorunda aldığı əməkhaqqından 28 manat ((400-200) x 14 faiz) gəlir vergisi tutulacaq, özəl sektorda isə gəlir vergisinə 8.000 manata qədər güzəşt olduğu üçün hesablama aparılmayacaq.

Misal 2: Səməd Əliyev neft sahəsində fəaliyyəti olmayan iki özəl şirkətdə çalışır. Əsas iş yeri olan özəl şirkətdə 5.000 manat, əlavə iş yeri olan özəl şirkətdə isə 3.500 manat əməkhaqqı alır. Göründüyü kimi, onun hər iki əməkhaqqı cəmləndikdə, 8.500 manat alınır. Lakin bu o demək deyil ki, işçi 8.000 manatlıq güzəşt limitini aşır. Çünki Vergi Məcəlləsinin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablandığından, misalımızdakı işçi hər bir iş yeri üzrə gəlir vergisindən tam azaddır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gəlir vergisi