Dövlət Statistika Komitəsi müvəqqəti işə götürdüyü şəxslərə ödəyəcəyi vəsaitin məbləğini açıqlayıb

posted in: Xəbər | 0

DSKDövlət Statistika Komitəsinin (DSK) bu gündən başlayaraq oktyabrın 10-na qədər həyata keçirəcəyi əhalinin siyahıya alınması üçün müvəqqəti işə götürdüyü şəxslərə ödəyəcəyi vəsaitin məbləği məlum olub.

Bu barədə Komitənin sədri Tahir Budaqov məlumat verib.

Onun sözlərinə görə, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat xidmət haqqı alacaq: “Onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödəniləcək. Təbii ki, bunlar vergilər daxil olmaqla ödənilən məbləğidir. Vergilər tutulduqdan sonra qalan məbləğ müvəqqəti işçilərə çatacaq. İlk dəfə bu məqsədlə “Kapital Bank” ASC ilə müqavilə imzalanıb. Onların hər biri üçün kart təqdim olunacaq və bütün məbləğ karta köçürüləcək ki, hər hansı mənfi hal baş verməsin”.

DSK sədri eyni işi görən şəxslərin xidmət haqqıları arasındakı fərqi belə izah edib: “Xidmət haqqıları yerli statistika orqanlarının müvafiq işçilərinin maaşına bərabər tutulub. Bilirsiniz ki, statistika orqanlarında əməkhaqqı da əhali sayına görə fərqlənir. Yəni əhalisinin sayı 50 minə qədər olan rayon və şəhərlərdə bir qədər aşağıdır, əhalisinin sayı 50-100 min nəfər olan şəhərlərdə isə bu bir qədər yuxarıdır”.

Xatırladaq ki, DSK-nın müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfərdir. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılardır. Bu şəxslərə, ümumilikdə, 21 353 740 manat xidmət haqqı ödəniləcək.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
DSK

Vergi borcları hansı məbləğdə olduqda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi araşdırma aparır?

posted in: Vergi, Xəbər | 0

Vergi borcları hansı məbləğdə olduqda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi araşdırma aparır?

Vergi öhdəliyi yarandıqda vergi ödəyicilərini vergi orqanının həyata keçirdiyi məlumatlandırma prosesi, hansı hallarda ödəyicinin hesablarına sərəncam qoyulması, vergi borcunun dövlət büdcəsinə birbaşa ödənilməsi üçün tətbiq olunan sərəncamın vaxtı, hesabdakı sərəncam məbləğindən artıq vəsaitin istifadəsi imkanları kimi məsələlər maraqlandırır. (Vergi borcu)

Mövzunu şərh edən vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirib ki, vergi borcunun ödənilməsini əks etdirən bildiriş (və ya tələbnamə) vergi ödəyicisinə təqdim edildikdən sonra borc məbləği 5 gün müddətində ödənilmədikdə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına müvafiq olaraq borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması və ya dövlət büdcəsinə alınması (Vergi Məcəlləsinin 65.2.1-ci maddəsində nəzərdə tutulan hallarda) üçün kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam təqdim edilir.

Sərəncamlar bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə uyğun olaraq icra edilməlidir. Vergi borclarının dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka və ya kredit təşkilatına verildikdə və həmin hesablardan hər hansı birindən vergi borcunun büdcəyə alınması təmin olunduqda digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılması təmin edilməlidir.


Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir


Vergi borclarının ödənilməsinin təmin edilməsinin daha bir üsulu vergi ödəyicisinin əmlakının siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılması qaydasında həyata keçirilməsidir. Vergi ödəyicisinə məxsus əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə (yararlıq müddəti tez bitdiyi halda, dərhal) həmin əmlakın açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilə bilər. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən (siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2002-ci il tarixli 89 aylı qərarı ilə müəyyən edilmişdir) əmlakından başqa, digər əmlakı siyahıya alına bilər.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış hərrac təşkilatı tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır. Həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsi isə icra məmuru tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsilə də satıla bilər.

Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.

Vergi borclarının ödənilməsinin təmin edilməsi üsulların biri də “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməsidir. Borcun ödənilməsi barədə xəbərdarlığın təqdim edildiyi gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi nəticəsində qərar qəbul edilərək, birbaşa icra məmuruna təqdim olunmalıdır. İcra məmuru tərəfindən həmin qərar üzrə tədbirlər “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.


Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir


Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır. Materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir. Cinayət işi başlandığı zaman əsasən ibtidai araşdırma müddətində yerli vergi orqanı tərəfindən mülki iddiaçı olaraq yayındırılmış vergi məbləğinin maddi ziyan kimi tanınması barədə iddia ərizəsi ilə həmin quruma müraciət edilir. Məhkəmənin ittiham hökmü ilə şəxs təqsirli bilinərsə, mülki iddia təmin edilir və vergi borcu üzrə məbləğin məhkum olunan şəxsdən tutulmasına qərar verilir. Şəxsin məhkumluğu mülki iddia qaydasında təmin edilən vergi borcunun ödənilməsi vəzifəsindən onu azad etmir.

Vergi borcunun ödənilməsinin təmin edilməsinin əsas üsullarından biri də fərdi sahibkarların və hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Bununla bağlı yerli vergi orqanları tərəfindən ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra məhkəmə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində ərizəyə baxılaraq məhkəmə aktı qəbul edilir. Ərizə təmin edildiyi halda, qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Vergi borcunun ödənildiyi və ya silindiyi, eyni zamanda məhdudiyyətin aradan qaldırılması üçün digər əsaslar yarandıqda, yuxarı vergi orqanının qərarı ilə şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılır.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını vergiyə cəlb edilən hesabat dövrü bitdikdən sonra yalnız 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin müddət bitdikdən sonra vergilər, Vergi Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən ümidsiz borc kimi silinməlidir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi borcu

Vergi yoxlamalarının azaldılması siyasəti təqdirəlayiq haldır

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlamalarının azaldılması siyasəti təqdirəlayiq haldır

Vergi yoxlamalarının sayında nəzərə çarpan azalma dinamikası mühasiblərin işini xeyli asanlaşdırıb. Bu fikri mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov yoxlamaların sayı barədə danışarkən bildirib.

Ekspert əvvəlki vergi yoxlamaları zamanı yaşanan neqativ halların aradan qaldırıldığını vurğulayıb: “Vergi yoxlamalarının sayını göstərən statistikanı analiz edərkən, əslində, hazırkı dövrdə mühasiblərin işinin əvvəlkindən qat-qat rahat olduğunu görmək mümkündür. 2-3 il əvvələ kimi vergi yoxlamaları vergi ödəyicilərinin, eyni zamanda mühasiblərin xeyli vaxtını alırdı. Elə olurdu ki, yoxlamalar 3 ay davam edirdi. Əgər mühasib 4-5 şirkətin işini aparırdısa, deməli, bütün ili yoxlamalarda keçirməliydi”.

Qeyd edək ki, son 5 ildə vergi yoxlamalarının sayı belə dəyişib: 2014-cü il – 11.356; 2015-ci il – 12.073; 2016-cı il – 6.993; 2017-ci il – 5.778; 2018-ci il – 1.703; 2019-cu il (yanvar-may ayları) – 176.

Vergilər Nazirliyinin yoxlamaların azaldılması siyasətini yüksək dəyərləndirdiyini deyən ekspert, bu mənada, xüsusən mühasiblərin işinin xeyli yüngülləşdiyini bildirib.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi yoxlamaları

Vakansiya: Kiçik Mühasib tələb olunur

Vakansiya Kiçik MühasibVakansiya: Kiçik Mühasib / İşəgötürən: EGE Consulting LLC

  • Əmək haqqı: 300 – 500 AZN
  • Şəhər: Bakı
  • Yaş: 18 – 29 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: İlham Rəhimov
  • Telefon: (055) 622-60-06 / (012) 565-74-25
  • E-mail: info@egeconsulting.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Gündəlik əməliyyatların proqrama daxil edilməsi
– Şirkətə daxil olan məktubları nəzərdən keçirtmək, yönləndirmək və cavablandırmaq
– Digər gündəlik mühasibatlıq işlərinin icrası
– İş qrafiki həftənin 6 günü (6-cı gün yarım iş günü)

Kiçik Mühasib üçün tələblər

– Rus dilini səlis bilməli
– Microsoft office excell proqramı üzrə minimum bilikləri olmalı
– Mühasibatlıq sahəsində işləmək və daima inkişaf etmək həvəsi olmalı
– Kollektivdə işləyə biləcək, dürüst və məntiqli olmalı

Qeyd olunan biliyə və keyfiyyətlərə malik namizədlərdən öz CV-lərini info@egeconsulting.az / info@finstaff.az e-mail ünvanına göndərməkləri xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kiçik Mühasib Vakansiya