Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

posted in: Vergi, Xəbər | 0

Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

İqtisadçı ekspert Emin Səttarov bu maddə ilə bağlı sahibkarları maraqlandıran sullara aydınlıq gətirərək qeyd edib ki, Vergi Məcəlləsinin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır:

Məcəllənin 166.1.1-ci maddəsində göstərilir ki, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda və yaxud, 166.1.2-ci maddəyə əsasən, malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.

Fərz edək ki, ƏDV ödəyicisi olan müəssisə digər şəxsə 25 avqust 2019-cu il tarixində dəyəri 10.000 manat (ƏDV-siz) olan mal təqdim edib və 27 avqust 2019-cu il tarixində isə elektron vergi hesab-fakturasını təqdim edib. Həmin əməliyyatın 5.900 manatı 29 avqust 2019-cu il tarixində vergi ödəyicinin bank və depozit hesabına daxil olub. Sonradan isə əməliyyatın qalan dəyəri, yəni 5.900 manatı isə 09 sentyabr 2019-cu il tarixində daxil olub. Bu zaman ƏDV məqsədləri vergi tutulan əməliyyatın vaxtı nə vaxtdır?

Təcrübədə bəzi vergi ödəyiciləri 30 gün daxilində hissə-hissə daxil olan məbləği hər ayın dövriyyəsinə, yəni 5.000 manatı avqust, 5.000 manat sentyabr ayına daxil edirlər. Əsas olaraq da bəziləri Vergi Məcəlləsinin 175.1.3-cu maddəsində olan oxşarlığını (əvəzləşdirmə maddəsini hesablama maddəsinə ilə eyniləşdirənlər çox olur) və ya bəziləri isə 166.2-ci maddəsini əsas gətirirlər. Bu hal səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz maliyyə sanksiyası tətbiq edilməsi şəraiti yarada bilər.

Əslində isə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilmiş əməliyyatın dəyəri tam ödənildiyi halda və ödənilən məbləğ 30 gün daxilində ödənilibsə, ödəmənin daxil olduğu vaxt, yəni, bizim misalda 10.000 manat dövriyyə tam olaraq sentyabr ayına aid ediləcək.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi tutulan əməliyyat

Cari vergi ödəmələri haqqında arayış yeni qaydada təqdim ediləcək

posted in: Vergi, Xəbər | 0

Cari vergi ödəmələri,Artıq oktyabrın 1-dən vergi ödəyiciləri 3-cü rüb üçün cari vergi ödəmələrinin hesablanması haqqında arayışı vergi orqanlarına təqdim etməyə başlayıblar. Bu yaxınlarda Vergilər Nazirliyi həmin arayışların formasında müəyyən dəyişikliklər edib:151.5 metodunu seçən vergi ödəyiciləri üçün nəzərdə tutulan bölmə digərindən ayrılaraq ayrıca bölmədə verilib. İndi hər bir üsula dair bütün məlumatlar ayrıca blokda yığılır. (Cari vergi ödəmələri)

Vergi ödəyiciləri mənfəətin və vergi ödənişlərinin hesablanmasının əvvəlki qaydası ilə müqayisədə yeni formanın daha rahat və əlverişli olduğunu bildirirlər. Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov cari vergi ödəmələrinin hesablanması haqqında arayışın tərtib edilməsi qaydasını izah edib: “Bir daha xatırlatmaq istəyirəm ki, gəlirin (mənfəətin) hesablanması artan yekun əsasında aparılmalıdır. Yəni ayrıca üçüncü rüb deyil, ilin əvvəlindən üçüncü rübün axırına kimi əldə etdiyiniz gəliri (mənfəəti) formanın müvafiq xanasında qeyd etməlisiniz. Tutaq ki, birinci rübdə 2.000 manat, ikincidə 3.000 manat, üçüncüsündə 2.000 manat gəliriniz (mənfəətiniz) olubsa, 296-cı sütunda bu məbləğlərin cəmini, yəni 7.000 manat göstərməlisiniz. 297-ci sütunda, aşağıda göstərilən düstura uyğun olaraq mövcud vergi ödənişinin dəyərini müstəqil hesablamalı və qeyd etməlisiniz:

Cari Vergi Ödənişləri = 7000 * 20% * 75% = 1050 manat.

Qeyd etdiyiniz məbləğ düzgün hesablandığı halda, sistem avtomatik olaraq 298-ci sütunu Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrində nəzərdə tutulan güzəştləri nəzərə alaraq (mikro-biznes subyektləri olan fiziki və hüquqi şəxslərin mənfəətinin 75 faiz mənfəət vergisindən azad edilməsi) hesablayır və doldurur:

1050 * 25% = 262,50 manat.

Bundan sonra “İrəli” düyməsini sıxaraq arayışı göndərmək olar. Həmin məbləğdən əvvəlki rüblərdə ödənilən vergi məbləğləri çıxıldıqdan sonra qalan hissə oktyabrın 15-dək vergi orqanının hesabına ödənilməlidir. Əgər fərq mənfi alınıbsa, 3-cü rüb üzrə heç bir ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda 3-cü rüb üzrə cari vergi ödəmələrinin hesablanması haqqında arayış oktyabrın 15-dək elektron qaydada və ya kağız formatda vergi orqanlarına təqdim edilməlidir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Cari vergi ödəmələri,

Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi tələb olunur

Təcrübəçi VakansiyaVakansiya: Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi

İşəgötürən: International Bank of Azerbaijan Republic

Vəzifə öhdəlikləri:

– Kredit riskləri üzrə rəhbərlik, tənzimləyici və digər istifadəçilər üçün mütəmadi hesabatların hazırlanması;
– Ehtiyyatların yaradılması;
– İFRS 9-un tətbiqi və bu sahə üzrə hesabatlılıqda iştirak etmək;
– Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
– Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini vermək;

Təcrübəçi üçün tələblər:

– İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil;
– İFRS 9 İAS 39 üzrə biliklər;
– Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq;
– Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
– MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
CFA, DipİFR və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir

Bu iş sizə nələri qazandıracaq:

– Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
– Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
– Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
– Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
– Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-ci il tarixinədək cv@ibar.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit Risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: finstaff.az
Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Təcrübəçi Vakansiya

Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

posted in: Vergi, Xəbər | 0

Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı


Sual: İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqının hesablanması haqda aşağıda qeyd olunan misal üzərindən məlumat verməyinizi xahiş edirik.

1. İşçi noyabr ayında 5 gün ezamiyyədə olmuşdur.

2. İşçinin ezamiyyədə olduğu ay (noyabr) üzrə əmək haqqı – 1000 AZN

3. Əvvəlki 2 ayın əmək haqqı – oktyabr 1000 AZN (23 iş günü), sentyabr 800 AZN Ə/H+200 AZN məzuniyyət= cəmi 1000 AZN (20 iş günü).

Ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı =?

Bildirmək istərdik ki, sualınız Vergilər Nazirliyinin səlahiyyətinə aid edilən məsələlərlə bağlı deyil.

Cavab: Məlumat üçün bildiririk ki, orta əmək haqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə müəyyən edilir. Həmin qərara əsasən əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı orta əmək haqqı hesablanarkən nəzərə alınır.

Beləliklə sizin misalda, İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı = (1000 + 800 + 200) / (23 + 20) * 5 = 232,56 manat təşkil edəcəkdir.

Mənbə: taxes.gov.az

Bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək haqqının saxlanması əmək haqqı emek Ezamiyyə