Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (2-ci hissə)

posted in: Xəbər | 0

Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (2-ci hissə) (şikayət)

Yazının 1-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

Bu dəfəki yazıda aşağıda göstərilən qaydaların pozulmasına görə hansı qurumların səlahiyyətli olmasını və şikayət qaydasını izah edəcəyik.

– mütəmadi olaraq tv və radio yayımlarının izləyiciləri həmin informasiya vasitələrində qarşılaşa biləcəkləri bəzi pozuntulardan şikayətin qaydasını dəqiq bilmir. Belə ki, yetkinlik yaşına çatmayanların əxlaqi, fiziki, əqli və mənəvi inkişafına mane olan və kodsuz yayımlanan proqramlarla bağlı müəyyən edilmiş qaydanı pozan yayımçılardan Milli Televiziya və Radio Şurasına şikayət edə bilərsiniz.

– Geniş yayılmış hallardan biri də qanunsuz küçə ticarəti, yəni yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərin pozularaq satışın aparılması olduğu üçün həmin halla bağlı Daxili İşlər Nazirliyi və ya müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanına şikayət edə bilərsiniz. Eyni zamanda etil spirti, alkoqollu içkilər və tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması halında da həmin qurumlara müraciət edə bilərsiniz.

– Tibbdə danılmaz faktdır ki, xalq təbabətinin bəzi xəstəliklərin müalicəsində xüsusi təsiri mövcuddur. Bu səbəbdən də bəzi “işbaz”lar diplomu və ya xüsusi icazəsi olmadan xalq təbabəti ilə məşğul olaraq saxta məhlullar hazırlayaraq insanların sağlamlıqlarına zərər vururlar. Bu kimi hallarda isə şikayət olunacaq qurum Səhiyyə Nazirliyidir.

– Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanln pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.

– Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanın pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.

Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:

Daxili İşlər Nazirliyi – https://e-muraciet.mia.gov.az/

102 – qaynar xətti

Səhiyyə Nazirliyi – http://www.sehiyye.gov.az/?do=faq&form

Qaynar xətt məlumatları – http://www.sehiyye.gov.az/unvan.html

Gənclər və İdman Nazirliyi – Telefon: +994 12 465-84-21 (Ümumi şöbə)

Faks: +994 12 465-64-38

E-mail: mys@mys.gov.az

Milli Televiziya və Radio Şurası – Telefon: (+99412) 598-36-59, 493-05-86, 598-32-24, 498-18-82

Faks: (+99412) 498-76-68

E-poçtu: office@ntrc.gov.az

Onlayn müraciət: http://www.ntrc.gov.az/az/content/contact.html
Yazının 1-ci hissəsini oxumaq üçün keçidə daxil olun.
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
şikayət

Mənfəət vergisinin hesablanmasında nəyə diqqət yetirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan müəssisələr mənfəət vergisinin ödəyiciləridir. (Mənfəət vergisinin hesablanması, Mənfəət vergisi)

Mənfəət vergisinin ödəyiciləri olan hüquqi şəxslər vergitutma obyekti baxımından aşağıdakı qaydada qruplaşdırılıb:

  • Rezident müəssisələr;
  • Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisələr;
  • Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezident müəssisələr;

Qeyri-rezident müəssisələr üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisənin daimi nümayəndəliklə bağlı əldə etdiyi mənfəətindən vergi tutulur. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan ümumi gəliri isə xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb edilir.

Məcəllənin həmin müddəalarını şərh edən mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bildirib ki, hüquqi şəxslərin mənfəət vergisi vergilərin siyahısında xüsusi çəkisi olan vergi növüdür. ƏDV və gəlir vergisindən sonra üçüncu ən iri vergi növüdür. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlir və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur:

“Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır”.


Fiziki şəxslərin gəlir vergisində olduğu kimi, hüquqi şəxslərin mənfəət vergisi də, növündən asılı olaraq, bəyannamə üzrə və ya ödəmə mənbəyində tutula bilər


Ekspert qeyd edib ki, fiziki şəxslərin gəlir vergisində olduğu kimi, hüquqi şəxslərin mənfəət vergisi də, növündən asılı olaraq, bəyannamə üzrə və ya ödəmə mənbəyində tutula bilər. Rezident müəssisələr və Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəalliyyət göstərən qeyri-rezident müəssisələr mənfəət vergisi bəyannaməsini təqdim etməklə vergini hesablayırlar. Belə ki, hesabat dövründə əldə olunmuş gəlirlərdən həmin dövr ərzində gəlirlərin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla əldə olunan mənfəətə vergi dərəcəsi tətbiq olunur: “Tutaq ki, 2019-cu ilin yekunlarına görə rezident müəssisənin ümumi gəlirləri 155.000 manat, gəlirdən çıxılan xərcləri 135.000 manat olub. Bu halda mənfəət vergisinin bəyannaməsi təqdim edildikdə: vergitutma obyekti 155.000 – 135.00 0= 20.000 manat; mənfəət vergisi 20.000 * 20% = 4.000 manat olacaqdır. Mikro sahibkarlıq subyekti olan vergi ödəyiciləri isə mənfəət vergisi üzrə 75 faiz güzəşt əldə edərək 4.000 manat deyil, 1.000 manat mənfəət vergisi ödəyəcək”.

Xatırladaq ki, mənfəət vergisinin hesabat dövrü təqvim ili sayılır. Vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər. Vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Müəssisə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu halda müəssisə üçün hesabat dövrü vergi ilinin əvvəlindən müəssisənin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mənfəət vergisinin hesablanması, Mənfəət vergisinin hesablanması, Mənfəət vergisi

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

posted in: Vergi, Xəbər | 0

                                      Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb borclu vergi ödəyiciləri

Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan üç vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 491.683,87 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb. Çıxarılmış qərarlara uyğun olaraq, iki vergi ödəyicisində 472.914,91 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 505.200 manat dəyərində əmlak siyahıya alınıb.

Vergi orqanları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 457.432,91 vergi borcu müqabilində 480.000 manat məbləğində əmlak (obyekt) siyahıya alınıb.

Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-ci məhəllə, ev 9c, 507-ci küçədə yerləşən “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən 15.482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 25.200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Bundan əlavə, fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18.768,96 manat borcuna görə əmlakının siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim olunduğundan, onun barəsində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilməyib.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir. Vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
borclu vergi ödəyiciləri

Vakansiya: Mühasib köməkçisi tələb olunur

Vakansiya Mühasib KöməkçisiVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: Mustafa Tayat

  • Əmək haqqı: 400 – 500 AZN
  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Mikayıl bəy
  • E-mail: karyera@mustafatayat.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Bank əməliyyatlarının proqrama daxil edilməsi
– Kassa və bank hesablarına nəzarət
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunması
– İşçilərlə hesablaşmanın təmin edilməsi

Mühasib Köməkçisi üçün tələblər

– 1C Mühasibat proqramında işləmək bacarığı
– Mühasibat uçotu anlayışı
– Maliyyə təhlili apara bilmək bacarığı
– Minumum 1 illik iş təcrübəsi
– Xanım namizədlərə üstünlük veriləcək

CV-lərinizi karyera@mustafatayat.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib Köməkçisi