Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə)

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (5-ci hissə)

4-cü hissəni oxumaq üçün linkə daxil olun

Kobud pozuntular..

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin başlıca əsaslarından biri də müqavilə şərtlərinin kobud pozuntusudur.

Belə ki, işçi adi iş günlərindən fərqli olaraq mütləq aşağıdakı pozuntulara yol verdikdə müqaviləyə işəgötürən tərəfindən xitam verilə bilər:

– özünün, yaxın qohumun xəstələnməsi, yaxln qohumun vəfat etməsi halında mümkün olsa da, adi halda heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü ərzində işə gəlməməsi

– alkoqol, narkotik və ya psixotrop maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olaraq işə gəlmək və ya işdə həmin maddələri qəbul edib, sərxoş olması

– mülkiyyətçiyə təqsirli hərəkət (siz)liyi ilə zərər vurulması

– təqsiri nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, yaxud onların ölümünə səbəb olması

– hər bir işçi əmək funksiyasından asılı olaraq müəyyən kommersiya, istehsal və ya dövlət sirri olan məlumatlarla tanış olur ki, bu məlumatların qorunması öhdəliyini qəsdən yerinə yetirməməsi nəticəsində həmin məlumatın yayılması

– kobud səhvi və ya hüquq pozuntusu nəticəsində işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirməsi

– işçiyə əmək funksiyasını pozduğuna görə intizam tənbehi verilibsə, bu tənbeh 6 ay qüvvədə olur. Həmin müddətdə yenidən pozuntu olarsa, işçi işdən azad edilir

– iş vaxtı ərzində inzibati xətalara və ya cinayət məsuliyyəti yaradan əməllərə yol verməsi

Qeyd edək ki, işçinin bu pozuntulara yol verməsi nəticəsində iş yerində işin, əməyin, istehsalın və ya icra intizamının normal ahəngi pozulmuş olmalı ya da işəgötürənə yaxud müəssisənin qanunla qorunan mənafelərinə hər hansı formada zərər dəymiş olsun. Hər bir halda bu kimi əsaslar olduqda işəgötürən işdən azad etməni əsaslandırmaq öhdəliyi daşıyacaqdır.

4-cü hissəni oxumaq üçün linkə daxil olun
6-cı hissəni oxumaq üçün bu linkə daxil olun.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək müqaviləsi xitam

DGK sentyabrda büdcəyə ödənişlərini artırıb

posted in: Xəbər | 0

DGK sentyabrda büdcəyə ödənişlərini 14%-dən çox artırıb

Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin  xətti ilə dövlət büdcəsinə 376,759 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,348 milyon manat və ya 14,4% çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 27,439 milyon manat və yaxud 35,4% artaraq 104,87 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 20,953 milyon manat və yaxud 9,1% artaraq 251,628 milyon manat, aksizlər 1,413 milyon manat və yaxud 7,8% azalaraq 16,789 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 368 min manat və yaxud 11,9% artaraq 3,471 milyon manat təşkil edib.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
DGK

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

posted in: Xəbər | 0

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 25% artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 250,416 milyon manat təşkil edib.

DGK-ya istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,7% artaraq 798,521 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 24,6% artaraq 2 217,207 milyon manat, aksizlər üzrə daxilolmalar 52,9% artaraq 201,492 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 21,1% artaraq 33,196 milyon manat olub.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Gömrük orqanları büdcə

İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

Təcrübədə rast gəlinən məsələlərdən biri də işçinin həm dövlət orqanında, həm də özəl sektorda çalışmasıdır. Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir. Bu məsələ ilə bağlı yaranan sullara iqtisadçı ekspert Anar Bayramov münasibət bildirib.
Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal 1: Səməd Əliyev əsas iş yeri olan dövlət təşkilatında 400 manat, əsas iş yeri olmayan qeyri-neft özəl sektorunda isə 1.000 manat məbləğində əməkhaqqı alır. Bu halda onun dövlət sektorunda aldığı əməkhaqqından 28 manat ((400-200) x 14 faiz) gəlir vergisi tutulacaq, özəl sektorda isə gəlir vergisinə 8.000 manata qədər güzəşt olduğu üçün hesablama aparılmayacaq.

Misal 2: Səməd Əliyev neft sahəsində fəaliyyəti olmayan iki özəl şirkətdə çalışır. Əsas iş yeri olan özəl şirkətdə 5.000 manat, əlavə iş yeri olan özəl şirkətdə isə 3.500 manat əməkhaqqı alır. Göründüyü kimi, onun hər iki əməkhaqqı cəmləndikdə, 8.500 manat alınır. Lakin bu o demək deyil ki, işçi 8.000 manatlıq güzəşt limitini aşır. Çünki Vergi Məcəlləsinin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablandığından, misalımızdakı işçi hər bir iş yeri üzrə gəlir vergisindən tam azaddır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gəlir vergisi