» » » Bu il əmək müqavilələrinin sayı 126 min artıb

Bu il əmək müqavilələrinin sayı 126 min artıb

posted in: Müqavilələr, Xəbər | 0
birbank biznes

Bu il əmək müqavilələrinin sayı 126 min artıb

2019-cu ilin yanvar-sentyabr aylarında əmək müqavilələrinin sayı 126 min artaraq 1 milyon 528 min 246 müqavilə təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən APA-ya verilən məlumata görə, yeni 126 min əmək müqaviləsinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektorunda bağlanıb. Beləliklə, bu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 9 faizdən çox artım qeydə alınıb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəddir.

Əmək müqaviləsi əsasında çalışmaq işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq və s. kimi hüquqlar verir. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım olub.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.