Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 61 791 şəxsi işlə təmin edib

posted in: Xəbər | 0

Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 61 791 şəxsi işlə təmin edib

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən  61 791 nəfər  işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Onlardan 21 978-i qadınlardır.

Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.

Mənbə: sosial.gov.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Dövlət Məşğulluq Xidməti

Medpro Marketing Service 1000 AZN əmək haqqı ilə Baş Mühasib axtarır

vakansiya baş mühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Medpro Marketing Service
  • Şəhər – Bakı
  • Yaş – 27 – 40 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs – HR

Vakansiya barədə məlumat

– Mühasibat uçotunun aparılması və müvafiq hesabatların hazırlanması.
-Əməliyyatların 1C proqramında əks olunması.
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək, qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatın olması
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Ödəmələrə nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: 1-5–ci günlər, 09:00-dan 18:00-dək
– İstirahət günləri: Şənbə və bazar

Baş Mühasib üçün tələblər

– Ali təhsilli
– Vergi və Kadr uçotu üzrə biliklər
– Microsoft Office proqramlarını bilmək
1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (xidmət sahəsi)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı.
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı, gəlir və xərclərin müəyyən olunması
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
– Xarici dil bilikləri (Rus və İngilis dili) üstünlük hesab edilirCV-lərinizi foto ilə birlikdə office@medpro.az / info@finstaff.azünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur.
Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Baş Mühasib

Mühasibat uçotu: təşəkkül və inkişafı (1-ci hissə)

posted in: mühasib, Məqalə, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu: təşəkkülü, inkişafı və təşkilatların idarə olunmasında onun müasir rolu.

Dialektik kateqoriyalara görə, inkişaf keçmişdən bu gün vasitəsilə gələcəyə doğru davam edir. Bununla əlaqədar olaraq, istənilən proseslərin və hadisələrin tədqiqi onların tarixi təhlilindən başlayır. Tarixi proseslərin təhlili elmi idrakın metodlarından biridir.

Mühasibat uçotunun inkişafının tarixi mərhələlərə ayrılması şərtidir, çünki müasir elm “mühasibat uçotu” və “hesabatlılıq” anlayışlarının hansı məqamda ortaya çıxması ilə bağlı suala birmənalı cavab vermir. Professor Y.V.Sokolovun fikrincə, bu günə qədər mühasibat nə vaxt yaranıb sualına üç cür cavab vermək olar:

  1. Mühasibatlıq 6 min il bundan əvvəl, təsərrüfat həyatı faktlarının məqsədyönlü şəkildə qeydiyyata alındığı bir vaxtda yarana bilərdi;
  2. 500 il əvvəl Luka Paçolinin kitabı çap olunduqdan və mühasibat uçotunun təsviri dərk olunduqdan sonra;
  3. 100 il əvvəl, ilk nəzəri konstruksiyalar ortaya çıxdıqda.

Hesablama nöqtəsi kimi biz Y.V.Sokolovun “Mühasibat uçotu –  mənbədən bu günə qədər” kitabında təsvir edilmiş tarixi dövrləşməni qəbul edəcəyik. Orada şərti olaraq mühasibat uçotunun inkişafının altı tarixi mərhələsi seçilib.

Mühasibat uçotunun inkişafının müasir alimlər tərəfindən “naturalistik” adlandırılan və tarixin mühüm dövrünü (e.ə. 4 min — e. ə. V əsr) əhatə edən birinci tarixi mərhələ mühasibat uçotunun yaranması ilə bağlıdır. Bu proses təsərrüfat fəaliyyətinin subyektləri tərəfindən onlarda olan əmlakın vahidlərini nəzərə almaq zəruriliyinin dərk edilməsi ilə şərtlənir. Bu dövrdə “təsərrüfat fəaliyyəti faktı” və “inventarlaşdırma” kimi anlayışlar yarandı. Hazırda göstərilən anlayışlar mühasibat uçotu üzrə qüvvədə olan qanunvericilik aktlarında tətbiq edilir.

“Dəyər” adı almış mühasibat uçotunun inkişafının ikinci tarixi mərhələsi (e.ə. V əsr –  1300 il) pulun yaranması və bu tarixi hadisə ilə əlaqədar mühasibat uçotunun iki funksiyasına uyğun olaraq iki növə bölünməsi ilə bağlıdır. Bu dövrdə yaranan ilk mühasibat növü-patrimonial mühasibat uçotu-pul funksiyası ilə dəyər tədbiri kimi əlaqələndirilmişdir. Uçotun bu növü qiymətləndirmə kimi mühasibat uçotu metodunun yaranması və inkişafı üçün başlanğıc nöqtəsi olmuşdur. Özü də bu uçot növündə indiki dövrdə artıq istifadə olunan dəyər və natural ifadədə qiymətləndirmənin əsası qoyulub. İkinci növ mühasibat uçotu – kameral – pul vəsaitlərinin ödəniş vasitəsi kimi funksiyası ilə bağlı idi və iqtisadi əməliyyatlar üzrə dövriyyələrin müəyyənləşdirilməsinin əsasını təşkil edirdi: pulun gəlməsi və xərclənməsi (dinamik aspekt).

Mühasibat uçotunun inkişafının üçüncü tarixi mərhələsi “dia – qrafik” (1300-1850-ci illər) adlandırılmışdır. Bu mərhələ fransiskan rahibi və məşhur italyan alimi Luka Paçolinin (1445-1517) ikili qeydiyyat kimi unikal üsulun açılışı ilə yadda qalıb. Luka Paçoli özü tərəfindən kəşf edilən və 1494-cü ildə Venesiyada nəşr olunmuş “Hesabın, həndəsənin məbləği, proporsiyalar və münasibətlər haqqında təlimlər” adını almış kitabında ikili qeydiyyat üsulunu təsvir etmişdir. İkili qeydiyyat üsulu göstərilən kitabın 11-ci bölməsində “hesablar və qeydlər haqqında traktat” başlığı ilə təsvir edilmişdir.

Mühasibat uçotu nəzəriyyəsinin və metodologiyasının inkişaf tarixi boyunca, ikili qeydiyyat üsulu tənqid olundu: bir çox elm adamları bu metodu təkmilləşdirməyə və sadələşdirməyə çalışdılar. Lakin, bu unikal üsula layiqli alternativ ortaya çıxmadı.

Luko Paçolinin təsvir etdiyi ikili qeydiyyat üsulu digər ölkələr üzrə də yayıldı və nəzəri fikrin daha da inkişaf etməsinə səbəb oldu. O vaxtdan bəri bir çox mühasibat şərtləri qorunub saxlanılmışdır: balans, hesablama, debet, kredit və ikili qeydiyyata əsaslanan mühasibat uçotu nəzəriyyəsi XV əsrin sonuna qədər İtaliyada nəhayət tam şəkildə formalaşdı.

İkili qeydiyyat üsulu hazırda da dünyanın bütün ölkələrinin milli mühasibat sistemlərinin əsasını təşkil edir. Vaxt keçdikcə bu qeydiyyat üsulu sayəsində balans ümumiləşdirmə metodunun tətbiqi və prioritet mühasibat hesabatının –  balans hesabatının formalaşdırılması mümkün olmuşdur.

Təhlil edilən tarixi dövr ərzində mühasibat uçotu və hesabatlılıq müəssisələrin idarə edilməsində mühüm funksiyanı yerinə yetirməyə başlayır və təsərrüfat fəaliyyətinin fundamental tələbatına çevrilir.Luke Paçoli ilə yanaşı, qeyd olunan dövrdə mühasibat uçotu və hesabatların nəzəriyyəsi və metodologiyasının inkişafına XV –  XIX əsrlərdə dünyanın görkəmli mütəfəkkirləri –  F. V. Flori, D. Kastillo, Qotlib, V. Şvayker, Pietro, S. Stevin, J. Savari, K. Van Gezel, B. F. Barr, P. Skali, Laryu da əhəmiyyətli töhfələr vermişlər.

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat uçotu

Prezident İlham Əliyev: Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

posted in: Vergi, Xəbər | 0

Prezident İlham Əliyev: Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

Vergidən yayınmaq

“Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”. Bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Vergi orqanlarının, digər hüquq-mühafizə orqanlarının bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməli olduqlarını vurğulayan Prezident İlham Əliyev deyib: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergidən yayınmaq