Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır

2020-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 785 milyon manat vəsait daxil olacağı gözlənilir.

Bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 7,6% çoxdur.

Gələn il ən çox artım fiziki şəxslərin ödədiyi gəlir vergisində gözlənilir. Bu istiqamətdə daxilolmaların illik müqayisədə 33,5% çox – 1 175 milyon manat olacağı nəzərdə tutulub. Aksiz vergisi üzrə daxilolmaların 24,4% artaraq 749 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmaların 18% artaraq 380 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmaların 12,5% artaraq 2 030 milyon manat, mədən vergisi üzrə daxilolmaların 1,1% artaraq 134,5 milyon manat, əmlak vergisi, dövlət rüsumu və torpaq vergisi üzrə daxilolmaların isə dəyişməyərək müvafiq olaraq 211 milyon manat, 190 milyon manat və 45 milyon manat olacağı proqnozlaşdırılır.

Əvəzində mənfəət vergisi üzrə daxilolmaların 0,5% azalaraq 2 656,5 milyon manat, yol vergisi üzrə daxilolmaların 7,3% azalaraq 76 milyon manat, sair daxilolmaların isə 39,5% azalaraq 228 milyon manata olacağı gözlənilir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
büdcə öhdəliyi Vergilər

Vergi organında çalışan şəxs hər hansı müəssisədə təsisçi ola bilərmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Vergi organında çalışan şəxs hər hansı müəssisədə təsisçi ola bilərmi?


Sual:

Vergi orqanında çalışan şəxs özəl sahədə fəaliyyət göstərən hər hansı müəssisədə təsisçi ola bilərmi?

Cavab:

Bildiririk ki, vergi orqanlarının vəzifəli şəxslərinin təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə, sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

Əsas:

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu

Mənbə: taxes.gov.az

Bax:

Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi təsisçi

Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

posted in: Xəbər | 0

Obyektlərin adı, fəaliyyət növü və iş rejimi barədə lövhələrə dair tələb dəyişib

Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilən reklam açıq məkanda reklam hesab edilib.

Qüvvədə olan Qaydaya əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyib.

Dəyişikliyə əsasən, artıq ümumi ölçüsü 2 kvadratmetrdən deyil, 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Obyektlərin adı

Vakansiya: Əmək haqqı üzrə mühasib

Əmək haqqı üzrə mühasib VakansiyaVakansiya: Əmək haqqı üzrə mühasib.

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu.

Şəhər: Bakı

Yaş: 25 – 40 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR Department

E-mail: cv@avtlogitics.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Əmək haqqı ilə bağlı qanunları bilməli (Əmək məcəlləsi, sosial sığorta haqqında qanun və bununla bağlı digər normativ aktlar);
– Əmək haqqı ilə bağlı elektron sistemlərdən (portallardan) istifadəni bacarmalı;
– DSMF-lərin hesablanması və dövri hesabatların hazırılanıb təqdim edilməsi;
– Məzuniyət, ezamiyət və müavinatların hesablanması və uyğun qurumlara məlumatların təqdim edilməsi;

– Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– 5 günlük iş qrafiki;
– Əmək müqaviləsi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Namizədə tələblər

İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il
Təhsil: Ali təhsil(Maliyyə və Mühasibatlıq yönümlü)
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– Məsuliyətli və çalışqan;
– Problemləri həll etmə bacarığı;
– Rus və İngilis dilini bilmək arzu olunandır..

Müraciət qaydaları: cv@avtlogitics.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək haqqı üzrə mühasib vakansiya