Zeta Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Zeta Group

  • Əmək haqqı: Razılaşma ilə
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: cv@zeta.az / info@finstaff.az

 

Vakansiya barədə məlumat:

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı müsahibə əsnasında təyin ediləcək.

Mühasib üçün tələblər:

• Yaş: 25-40
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)
• Analitik düşünmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Düzgünlük və Dəqiqlik
• Analiz etmə bacarığı
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az / info@finstaff.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib Vakansiya

Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi: Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir

Azərbaycanın özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqqıları geniş tətbiq olunur.

Vergilər Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əmək haqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri dəfələrlə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.

“Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əmək haqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir”, – deyə Nazirlik bəyan edib.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
özəl tibb müəssisələri maaş

İcbari sığortanın tətbiq olunmamasına cərimələr necə hesablanır?

posted in: Xəbər | 0

                                      İcbari sığortanın tətbiq olunmamasına cərimələr necə hesablanır? icbari sığorta cərimə

İşçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsinə görə işəgötürənlər üçün İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Məcəllənin 469.2-ci bəndinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Misal. Tutaq ki, “A” MMC-də keçirilən yoxlamalar zamanı işçilərin icbari sığortasının olmadığı müəyyən edilib. Yoxlamanın nəticəsi olaraq vəzifəli şəxs kimi “A” MMC-nin rəhbəri 1.500 manat məbləğində cərimə edilir.

“A” MMC-nin hüquqi şəxs kimi cərimə olunmasına gəlincə, İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Əgər səlahiyyətli orqanlar, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati xəta üzrə hüquqi şəxsin cərimələnməsinə kifayət qədər əsaslar müəyyən edərsə, bu zaman inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmənin qərarına əsasən, “A” MMC 5.000 manat məbləğində cərimə edilə bilər.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
icbari sığorta cərimə

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (6-cı hissə)

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (6-cı hissə) əmək müqaviləsi

5-ci hissəni linkə daxil olmaqla oxuya bilərsiniz

Qarşılıqlı razılıqla nəzərdə tutulan əlavə xitam halları…

Əmək müqaviləsində işçi və işəgötürən qarşılıqlı razılıqla Əmək Məcəlləsində göstərilən müqaviləyə xitam verilməsi ilə bağlı əlavə halları qeyd edə bilər. Bu hallara aşağıdakı hallar aid edilir:

  • tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi
  • işçinin səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışması onun sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduğu halda
  • əmək funksiyasının müəyyən müddətdə icrası zamanı iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda
  • işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdüyü halda
  • qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Onu da qeyd edək ki, bu halda əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, qanunvericilikdə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
5-ci hissəni linkə daxil olmaqla oxuya bilərsiniz
7-ci hissəni oxumaq üçün bu linkə daxil olun.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək müqaviləsi xitam emek