Daha çox8
Daha çox8

Vakansiya: Mühasib köməkçisi – Bauger MMC

Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Bauger MMC.

  • Şəhər: Bakı
  • Yaş: 18 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Elmi dərəcə
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Günay xanım
  • Telefon: 050 229 06 11
  • E-mail: info@bauger.az / info@finstaff.az
  • Əmək haqqı: 500 AZN.

İş barədə məlumat

  • İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
  • Vergi hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
  • Gündəlik əməliyyatlar və sənədləşmələr
  • Mühasibatliq modulu üzrə Mikro sistemində əməliyyatların aparılması

Namizədə tələblər

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
  • Mühasibatlıq üzrə ən azı 1-2 il iş təcrübəsi;
  • Mikro sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada və təzyiq altında işləmə bacarığı;
  • ACCA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük veriləcək;
  • Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
Mənbə: finstaff.az

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

                    Əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisinin hesablanması gəlir vergisi

Vergi Məcəlləsində əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən gəlir vergisi hesablanması zamanı hər hansı güzəşt nəzərdə tutulmayıb. 

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, “Sosial Sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, həm sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət, həm də məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmasından azaddır. “İşsizlikdən sığorta haqqında” Qanunda isə göstərilir ki, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərə işsizlikdən sığorta haqqı hesablanmır.

Misal. Fərz edək ki, dövlət müəssisəsində işləyən və bir təqvim ayı ərzində əmək qabiliyyətli işçiyə 830 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 410 və 420 manatı müvafiq olaraq işəgötürən və DSMF tərəfindən ödəniləcək. İşəgötürən ilk 14 təqvim günlərinə düşən iş günlərinə görə hesablanan müavinətdən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində güzəşt məbləği nəzərə almaqla 29,40 ((410-200)x14%) manat gəlir vergisi hesablayır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gəlir vergisi

Excel faylının içinə Excel faylı yerləşdirmək

posted in: Excel, Xəbər | 0

Excel faylının içinə Excel faylı yerləşdirmək

Nə qədər qəribə səslənsə də, istənilən Excel faylının içinə başqa bir Excel faylı yerləşdirmək mümkündür (embed). Sadəcə Excel deyil, digər formatlı faylları da yerləşdirə bilərik. Bunun üçün, aşağıdakı sadə prosedurları yerinə yetirmək kifayət edəcəkdir. Menudan Insert >> Text >> Object seçərək əməliyyatımıza başlayırıq.

Qarşımıza çıxacaq Object dialoq qutusundan Create from File >> Browse seçirik.

Lazım olan müvafiq faylı seçib OK düyməsinə basdıqdan sonra Excel faylımızın içində, embed etdiyimiz faylı təmsil edən qara çərçivəli bir skrin görəcəyik.

Üzərinə klikləyib, kənarlarından dartıb, istəyimizə uyğun ölçüsünü düzənləyə bilərik. Üzərinə 2 dəfə kliklədiyimizdə isə (double-click), embed etdiyimiz Excel faylını açmış olacaq.

Bundan əlavə, Insert >> Text >> Object dialoq qutusunun Create New bölməsinə daxil olduqda isə, frəqli növ formatda faylları da Excel faylımızın içinə yerləşdirə bilərik.

Müəllif: Elçin Xəlilov


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Excel faylı

Vakansiya: Mühasib – Operator tələb olunur

Vakansiya Mühasib - OperatorVakansiya: Mühasib – Operator / İşəgötürən: Ayan MMC
  • Şəhər – Xırdalan
  • Yaş – 25 – 40 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs – Şəfa xanım
  • Telefon: (055) 209-03-62 / (012) 342-99-35

Vakansiya barədə məlumat

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Xərc, iş və xidmət alış fakturalarının Logo Tiger Enterprice proqramına daxil edilməsi
– Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək
– Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
– Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin yanacaq kartlarına ödənişlərin online vurulması və hesabatının aparılması
– Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin sığorta tarixinə nəzarət, ümumilikdə icbari sığorta məslələrinin həlli
– Baş mühasibin göstərişlərinin yerinə yetirilməsi
– Şirkət tərəfindən naharla təmin edilmə
– İş qrafiki: 6 gün, 08:00-dan 17:00-dək
– Əmək haqqı: 400-450 azn

Mühasib – Operator üçün tələblər

– Ali və ya orta ixtisas təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
– Xanım namizəd
– Mühasib operator, maliyyə-mühasibat sahəsində azı 1 ill iş stajı olmalı
– Təhlil aparmaq bacarığı
– İnkişafa meyilli
– Ciddi, məsuliyyətli, dəqiq olmalı
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
– Yaş həddi 25-40 arası
– Sumqayit, Xirdalan, Masazir, Biləcəri ərazisində yaşayanlara üstünlük veriləcək

CV-lərinizi sh.esgerova@ayanltd.az / info@finstaff.az ünvanına göndərin. CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib – Operator
error: Content is protected !!