Bu şəxsləri sənəd olmadan işlədənlər 6000 manat cərimə ediləcək

posted in: Vergi, Xəbər | 0

Aparıcı, çalğıçı, rəqqas, fotoqraf və ofisiantları toylarda vergi barədə sənəd olmadan işlədən sahibkarlar 6 min manata     qədər cərimələnəcək cərimə

cərimə

Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən  foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sənəd cərimə

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

posted in: Xəbər | 0

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb.


Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ehtiyac meyarı yaşayış minimumu

Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisinin hesablanması

posted in: sual-cavab, Vergi, Xəbər | 0

                      Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisinin hesablanması əmlak vergisi

Şirkətin konservasiya edilmiş (fəaliyyəti dayandırılmış) əsas vəsaitləri var. Vergi Məcəlləsinə görə onlara amortizasiya hesablanmır. Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisi hesablanacaqmı?

Vergilər Nazirliyinin şərhinə əsaəsn, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər. Lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmlak vergisi konservasiya

Vakansiya: Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib

İşəgötürən: Sahil Transport

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Sahib Əhmədov
  • Telefon: (012) 408-10-04 / (051) 229-82-75
  • E-mail: sahib@stransport.az / info@finstaff.az
  • Əmək haqqı: 500 – 700 AZN.

 

Vakansiya barədə məlumat:

– Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması
– Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək
– İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq
– Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına daxil edilməsini təmin etmək
– Təşkilatlara vergi hesab- fakturalarını yazmaq və təqdim etmək
– Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək
– İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək
– AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı
– Pul vəsaitlərinin, əmtəə- maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək
– Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək
– İş saatı: 09:00-dan 18:00-dək
– İş rejimi: Həftənin 5 günü; istirahet günü şənbə və bazar
– İş yeri: İnşaatçılar metrosu yaxınlığı, Baku Mall

Mühasib üçün tələblər:

– Cari sahədə iş təcrübəsi
– Maliyyə sahəsində ali təhsil
– Ofis proqramlarının peşəkar iştifadəçisi
– Azərbaycan və Rus dilləri bilən
– Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları
– Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik

CV-lərinizi sahib@stransport.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib