Daha çox8
Daha çox8

2020-ci ildən elektron vergi hesab-fakturası – LƏĞV OLUNUR

posted in: Vergi, Xəbər | 0

2020-ci ildən elektron vergi hesab-fakturası – LƏĞV OLUNUR

2020-ci ildən Azərbaycanda elektron vergi hesab-fakturası ləğv olunur.

Bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Məcəllənin 25 maddəsində elektron vergi hesab-fakturası ya tamamilə ləğv edilir, ya da elektron qaimə – fakturalarla, ya da digər sənədlərlə əvəz edilir.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron vergi hesab-fakturası

Azərbaycanda orta aylıq əmək haqqı 850 manata çatdırılacaq

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verilən məlumata görə, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıqəmək haqqı 544,6 manat olub.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
riskli vergi ödəyiciləri

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək

posted in: Xəbər | 0

Azərbaycanda bu ildən başlayaraq quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəddə deyilir ki, ötən ilin sonuna qədər quraşdırılmış, müəyyən edilmiş meyarlara cavab verməyən və əvvəllər istifadədə olan analoqlarını əvəzləməyən nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəliklərindən çıxılmayacaq.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
nəzarət-kassa aparatları

Vakansiya: Mühasib – Resant Group

Baş mühasib vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Resant Group.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@resantgroup.az / info@finstaff.az
  • Əmək haqqı: 800 – 1000 AZN.

İş barədə məlumat

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək;
– Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
– Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;

– Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının təmin etmək;
– Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək;
– Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək;
– Müştəri hesablaşmaları üzrə əməliyyatları icta etmək;
– Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək;
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini;
– İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək;
– Əmək haqqı; 800-1000 manat
– 5 gün tam iş günü 6 – cı gün yarım iş günü.

Namizədə tələblər

– Ali iqtisadi təhsil;
– Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
– Təşkilati, analitik və idarə etmə bacarıqlar;
– Qida və yeyinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@resantgroup.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!