Baş Mühasib Vəzifəsi üzrə vakansiya elan olunur

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib

İşəgötürən: GACC

  • Şəhər: Bakı
  • Yaş: 24 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Azər bəy
  • Telefon: (055) 215-71-59 / (055) 252-36-14 / (012) 408-36-14
  • E-mail: azer.pirimov@gacc.az / info@finstaff.az
  • Əmək haqqı: 1000 – 1500 AZN
Vakansiya barədə məlumat:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Mal-materialların uçotunun aparılması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki bazar ertəsi – cümə 09:00-dan 18:00-dək
– Altı-Bazar günü – istirahət günüdür

Baş Mühasib üçün tələblər:

– Ali təhsilli
– Ən azı 1-5 il Mühasibatlıq sahəsində iş təcrübəsi
– Programlar: 1C(8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi azer.pirimov@gacc.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Baş Mühasib Vakansiya

Azərbaycanda ilk dəfə olaraq bu sahədə xüsusi vergi güzəştləri tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda ilk dəfə olaraq bu sahədə xüsusi vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanda ilk dəfə olaraq pərakəndə satışla məşğul olan ticarət məntəqələrində və ictimai iaşədə xüsusi vergi güzəştləri tətbiq ediləcək.

Bu yenilik Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Yeniliyə əsasən, mağaza və restoranlarda POS-terminallar vasitəsilə aparılan əməliyyatlara 25 vergi güzəşti veriləcək.

Məcəlləyə əlavə edilən yeni maddədə deyilir ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

3 illik müddət isə 2020-ci ilin əvvəlindən deyil, 2019-cu ilin əvvəlindən hesablanacaq.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi güzəştləri

Azərbaycanda vətəndaşların öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçn tələb olunan sahiblik müddəti dəyişdirilir

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda vətəndaşlaırın öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçn tələb olunan sahiblik müddəti dəyişdirilir.

Azərbaycanda vətəndaşlaırın öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçn tələb olunan sahiblik müddəti dəyişdirilir.

Bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, bu müddət 5 ildən 3 ilə endiriləcək.

Dəyişikliyin məğzi ondan ibarətdir ki, indiyədək olan qaydalara görə, evini alandan 5 sonra 5 il ərzində satın vətəndaş vergi ödəməli idi. Vergi ödəməmək üçün əmlakı azı 5 il sonra satmaq tələb olunurdu.

Gələn ildən isə mənzili və ya evi artıq 3 ildən sonra da vergi ödəmədən satmaq mümkün olacaq.

3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Tutaq ki, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq.

Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmlakını satan

Əmək haqqından gəlir vergisinin tutulması və sosial sığortanın hesablanması qaydaları

posted in: Vergi, Xəbər | 0

                Əmək haqqından gəlir vergisinin tutulması və sosial sığortanın hesablanması qaydaları əmək haqqı

1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur. Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatdan çox olduqda 6 manat + 200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən sizin aylıq əmək haqqınızdan 200 manat çıxılmaqla qalan fərqdən gəlir vergisi hesablanır (Məsələn 500 manat əmək haqqı alırsınız. (500-200)*14%=42). Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəlirindən 3 faiz işçi, 22 faiz isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödənilr.

Qeyd olunan hesablamalarla bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək haqqı emek gəlir vergisi