Vergi orqanlarına işə qəbul üzrə 2-ci mərhələyə keçənlərin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçirilib

Oktyabrın 26-da Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbulla bağlı sayca 16-cı test imtahanı keçirib.

Dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə sentyabr ayında elan edilib. Müsabiqə üzrə ilkin sənəd qəbulu 2019-cu ilin sentyabr ayının 20-dən oktyabr ayının 7-dək aparılıb. Müsabiqədə iştirakla bağlı 1.456 vətəndaş müraciət edib, onlardan 1.369 nəfəri vakant vəzifələrin tələblərinə uyğun olduğu üçün müsabiqədə iştiraka buraxılıb. Namizədlər, əsasən, hüquqşünaslıq, iqtisadiyyat və digər ixtisas istiqamətlərini əhatə edir.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə vergi və digər sahələri əhatə edən ədəbiyyat siyahısı nazirliyin www.taxes.gov.az rəsmi internet saytına yerləşdirilib. İmtahanda namizədlərə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Ümumilikdə 3 sааt dаvаm edən imtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən 96 nаmizəd növbəti mərhələyə – müsahibəyə buraxılıb.

İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Vergilər Nazirliyinin internet saytı vasitəsilə ictimaiyyətə elan edilib.

Qeyd edilməlidir ki, geniş potensiala malik gənclərin vergi xidmətinə işə cəlb edilməsi məqsədilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır. Bu imtahanlar vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. Kadr ehtiyatı bazasına daxil edilmiş şəxslər mövcud vakansiyalar üzrə vergi orqanlarına işə qəbul olunmaq üçün təkmilləşdirilir və yüksək hazırlıq səviyyəsinə uyğunlaşdırılır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi orqanları imtahan

Daha böyük iqtisadiyyatda daha çox vergi mədaxili təmin edilə bilir

posted in: Vergi, Xəbər | 0

Mikayıl Cabbarov: “Daha böyük iqtisadiyyatda daha çox vergi mədaxili təmin edilə bilir”

“İqtisadiyyat Nazirliyinin əsas hədəfi iqtisadiyyata bütöv baxışı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur”.

Bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov qeyd edib ki, onlardan biri vergi siyasətidir: “Vergi siyasətini bizi iqtisadiyyatın rəqabətqabiliyyətliliyi amili, faktoru kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq bir sıra istər yerli, istər xarici investorlar yeni işi, yeni biznesi başlamaq yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab verir və müvafiq qərarlar verir. Bu mənada düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu öz növbəsində iqtisadi inkişafın, iqtisadi fəaliyyətin, vergitutma bazasının genişlənməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda müvafiq olaraq daha çox vergi mədaxili təmin edilə bilir.

Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə burada da ilk növbədə qeyd olunmalıdır ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir. Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu tək Azərbaycanda deyil, hər bir ölkənin iqtisadiyyatındadır. İnfrastruktur təminatını, xidmətləri təmin edən qurumların tariflərinin dərəcələri, ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir. Bu mənada inanıram ki, bizim müvafiq aidiyyatı dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan şirkətlərlə işləyərək birgə qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik.

Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakın daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməsi – bunun həm kiçik və orta biznesə olan təsiri, bunun həm ölkəyə cəlb edilən sərmayələrin, xüsusilə də xarici sərmayələrin hansı sektorlara cəlb edilməsinin alətlərindən istifadə etmək kimi imkanlar verir. Qeyd etməliyəm ki, digər sahələrdə də olduğu kimi biz heç də öz işimizi sıfırdan başlamırıq. Son illər ərzində bütün sahələrdə işlər həyata keçirilib. Bütün nailiyyətləri qoruyaraq o sahələrdə ki, çatışmazlıqlar var, o sahələrdə ki, təkmilləşmələrə ehtiyac var, işləyərək həyata keçirəcəyik”.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi mədaxili

Auditorlar palatası Məcburi auditdən keçməyən təsərrüfat subyektlərinə xəbərdarlıq bildirişi göndərib

posted in: Audit, Xəbər | 0

Bildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, Sizin cəmiyyətin illik maliyyə (mühasibat) hesabatının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlisiniz. (Auditorlar palatası)

Aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Sizin cəmiyyət məcburi auditdən keçməmişdir. Ona görə də Sizdən xahiş edirik ki, 1 (bir) ay müddətində 2018-ci il üzrə maliyyə hesabatlarınızı auditor rəyi ilə təsdiq etdirəsiniz və bu barədə məlumatları ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən orqan olan Auditorlar Palatasına təqdim edəsiniz.

Əks halda sizin adınız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınanların siyahısına daxil ediləcək və inzibati xəta haqqında protokol tərtib edilməsi üçün müvafiq quruma göndəriləcəkdir.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz. (www.audit.gov.az). Bir daha hər birimizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının artırılmasında yaxından iştirak etməyə dəvət edirik.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar palatası

Vakansiya: Mühasib – Nurgun Holding

Mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Nurgun Holding.

  • Şəhər: Bakı
  • Yaş: 30 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@nurgun.az / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma əsasında.

İş barədə məlumat

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.

Namizədə tələblər

• Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 30-35 arası;
• İş təcrübəsi.

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.

E – mail: hr@nurgun.az / info@finstaff.az

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib, vakansiya