Vergilər və Gömrük üçün plan 857 milyon manat artırılır

posted in: Vergi, Xəbər | 0

Vergilər və Gömrük üçün plan 857 milyon manat artırılır

2020-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur.

2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verilir ki, bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.

Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.

Dövlət Neft Fondundan transfert isə 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.

2020-ci il dövlət büdcəsinin xərcləri 26 milyard 913,7 milyon manat proqnozladırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, qiymətli kağızların yerləşdirilməsindən, vahid xəzinə hesabının qalığı və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcəkdir.

Mənbə: marja.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Gömrük Vergilər

Mühasibat uçotu: təşəkkül və inkişafı (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu: təşəkkülü, inkişafı və təşkilatların idarə olunmasında onun müasir rolu (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

V. Flori balansın iki növünü fərqləndirirdi – sınaq və ya cari balans, eləcə də ilin yekunlarına görə tərtib olunan yekun balans. Flori bütün hesabları dörd qrupa bölmüşdür: kapital hesabları, nominal (əməliyyat) hesabları, ticarət (maddi) hesabları və hesablaşma hesabları. İqtisadi həyatda Flori uçotda əks olunmalı olan dörd məqamı ayırırdı: debitor, kreditor, məbləğ və faktın xarakteri. O, uçot informasiyasının analitik inkişafına da öz töhfəsini vermişdir.

Kastillo təsərrüfat həyatının hər bir faktını bağlanmış müqavilə kimi şərh edirdi: alış, satış, töhfə və s. O, səhvən hesab edirdi ki, uçotda prioritet əsası onun iqtisadi məzmunu deyil, müqavilənin hüquqi forması təşkil edir.

Qotlib inventarlaşdırmanın aparılması qaydasını təkmilləşdirib, inventar tərtib etmək əvəzinə təbii qalıqlar haqqında qeydləri birbaşa əmtəə kitablarında etməyi tövsiyə edib. Əslində, o, inventarlaşdırmanın nəticələrinin rəsmiləşdirilməsində istifadə olunan müasir müqayisəni xatırladan uçot reyestrini təklif edib.

Şvayker hesab edirdi ki, sənədlərin mövcudluğu mühasibat uçotunun düzgünlüyünün vacib şərtidir. Bundan başqa, hesab edirdi ki, əsaslı ilkin sənədlər olmadan sistemli qeydiyyatlarda mühasibat uçotunun aparılması düzgün deyil. Əslində, alim təsərrüfat fəaliyyəti faktlarının sənədləşdirilməsi metodunun əsasını qoymuşdu.

Pietro “məsuliyyət mərkəzləri” üzrə xərclər ideyasını irəli sürdü. Bunun üçün bütün istehsal sahələrində məsul şəxslər xüsusi mədaxil-məxaric kitabları aparırdılar, hansılar ki, ayın sonunda mühasibatlığa təqdim edilirdi.

Stevin belə nəticəyə gəlmişdi ki, mühasibat uçotu kassada pulun mövcudluğu, hesabat və maddi məsul şəxslərlə hesablaşmaların vəziyyəti, debitorlarla və kreditorlarla hesablaşmaların vəziyyəti, hər bir malın satışı və alınması üzrə əməliyyatların nəticələri barədə məlumatları təqdim etməlidir. Nəticədə, S. Stevin, Floriyə kimi, uçot informasiyasının analitik inkişafına töhfə vermişdir.

Savari bütün hesabları və müvafiq olaraq, apardıqları qeydiyyatları sintetik və analitik hesablara böldü. Savari tərəfindən edilən əsas elmi nəticələr ondan ibarətdir ki, bütün analitik hesabların saldosunun məbləği onların açıldığı sintetik hesabın saldosuna bərabər olmalıdır. Debet üzrə dövriyyələrin məbləği və bütün analitik hesabların krediti üzrə dövriyyələrin məbləği onların açıldığı hesabın debet və krediti üzrə dövriyyələrə bərabər olmalıdır. Beləliklə, Savari hesabların təsnifatının inkişafına töhfə vermiş və sintetik və analitik hesablar arasında əlaqəni təsvir etmişdir.

Van Gezel hesabların özünəməxsus (passiv) və əks (aktiv) hesablarına bölünməsini müəyyənləşdirdi. Onlardakı qeydlər debet və kredit mahiyyətinə görə əks xarakter daşıyır. Bu alimin hesabların təsnifatının inkişafına verdiyi töhfələr göz qabağındadır.

F. Barr da həmçinin hesabların təsnifatına öz töhfəsini vermiş və iki qrup hesab təklif etmişdir:

  1. mülkiyyətçinin hesablarını (“kapital” hesabı) və onun agentlərinin (kassir, anbarçı və s.) hesablarını daxil edən ümumi hesablar;
  2. müxbir – debitor və kreditorlarla hesablaşmaların vəziyyətini əks etdirən şəxsi hesablar.

Skali hesabların təsnifatını inkişaf etdirməyə davam etdi, hesabları üç qrupa böldü:

  1. şəxsi hesablar (kapital hesabları, mənfəətlər və zərərlər, nəticələr);
  2. əmlak hesabları;
  3. müxbir hesabları (debitor və kreditorların hesabları).

Laryu kassirlər üçün bir qayda tətbiq etdi: ”əvvəlcə yaz, sonra ödə; əvvəlcə al, sonra yaz”. Maraqlıdır ki, həmin tədqiqatçının mülahizələrində ziddiyyətlər var: pul ödənilərkən o, hesablanma prinsipini, pul aldıqda isə kassa prinsipini tətbiq etməyi tövsiyə edir. Eyni zamanda, bu ziddiyyət hazırda MHBS-də istifadə olunan keyfiyyətli məlumatlardan birini özündə əks etdirir: diqqətlilik prinsipi, yaxud mühafizəkarlıq. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, xərclər və öhdəliklər hesabatlarda həmişə və şübhəsiz əks olunur, aktivlər və gəlirlər isə yalnız iqtisadi fayda gətirəcəyinə əminlik olduğu halda əks olunur.

Beləliklə, mühasibat uçotunun və hesabatın inkişafının üçüncü tarixi mərhələsində ikili qeydiyyat açılması və inkişaf etdirilməsi ilə yanaşı, sadə bir qeyddən istifadə edərək, uniqrafik mühasibat uçotuna bölünməsi yolu ilə patrimonial mühasibat uçotunun və ikili qeydiyyat üsulundan istifadə edən diaqrafik mühasibat uçotunun daha da inkişafı baş verdi. Öz növbəsində, mühasibat uçotunun inkişafının üçüncü tarixi mərhələsində o dövrün alimləri tərəfindən ikili qeydiyyat çərçivəsində mühasibat uçotunun hesablarının ilk tipologiyalarından biri keçirilmişdir. Hesablar mühasibat uçotu üçün istifadə olunan əmlak, qanun və üsul hesablarına və mühasibat mənbələrinə bölünmüşdür: şəxsi kapitalın hesabı və mənfəət və zərər hesabı.

Məqalənin 3-cü hissəsini oxumaq üçün bu linkə daxil olun.

Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasibat uçotu

Nazirdən açıqlama: Pensiyalar yenə artacaq?

posted in: Xəbər | 0

pensiyaNazirdən açıqlama: Pensiyalar yenə artacaq? pensiya

“Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”.

Bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir aparılan optimallaşdırma işlərinin, eyni zamanda əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edildiyini deyib. O bildirib ki, növbəti dövrlər ərzində bu istiqamətdə işlərin davam etdirilməsi nəticəsində həmin məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımına yönəldiləcək.

Minimum əmək pensiyasının 200 manata çatdırıldığını vurğulayan S.Babayev qeyd edib ki, bununla da ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Mənbə: fins.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
pensiya

Azərbaycanda işçi qüvvəsinə tələbatın real vəziyyəti araşdırılır

posted in: Xəbər | 0

Azərbaycanda işçi qüvvəsinə tələbatın real vəziyyəti araşdırılır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin cari və perspektiv planda işçi qüvvəsinə dair tələbatının öyrənilməsi məqsədilə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə sorğu keçirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, e-sistemdə təqdim edilən sorğu anketində işəgötürən ilk növbədə sorğuda iştiraka dəvət edilir. Ona “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı, bu suala müsbət cavab verildikdə isə “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı təqdim edilir. Bundan sonra işəgötürən məşğulluq təsnifatı üzrə təqdim edilən siyahıdan onun üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələb yaranacağını qeyd edərək sistemə daxil edir.

Hazırda işəgötürənlər tərəfindən sorğunun cavablandırılması prosesi davam edir. Sorğunun nəticələri əsasında istehsal və xidmət sahələrində yaxın və ortamüddətli dövrdə işçi sayında hansı dəyişikliklərin gözlənildiyi, hansı peşə və ixtisaslara, əmək bacarıqlarına malik işçi qüvvəsinə tələbatın artacağı barədə real vəziyyəti əks etdirən məlumatlar əldə olunacaq.

Bu da nazirlik tərəfindən əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin işəgötürənlərin işçi qüvvəsinə tələbatına daha uyğun şəkildə, məqsədyönlü hazırlanması və həyata keçirilməsi işlərində önəmli rol oynayacaq.

İşəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil olaraq, qeyd edilən sorğuda aktiv iştiraka dəvət edirik.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
işçi qüvvəsi